Icma.az
close
up
RU
“Azərbaycan Kitab Mükafatı üçün elə bir sistem qurulmalıdır ki, proses şəffaf və ədalətli şəkildə təşkil edilsin”

“Azərbaycan Kitab Mükafatı üçün elə bir sistem qurulmalıdır ki, proses şəffaf və ədalətli şəkildə təşkil edilsin”

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan olunacaq. Prezident Fərmanı ilə təsdiqlənəcək mükafatın qalibinə 50 min manat, diplom və döş nişanı veriləcək. Qalib kitab 3000 tirajla çap olunacaq, 2 ölkədə yayımlanacaq, 4 dilə tərcümə ediləcək və satışdan gəlir müəllifə ödəniləcək. Müsabiqə nəsr və poeziya üzrə keçiriləcək. Nəşriyyatlar 2, ədəbi orqanlar isə 1 əsər təqdim edə bilər. Sentyabrda 10, noyabrda 5 əsərdən ibarət siyahı hazırlanacaq. Final mərhələsi şou formatında canlı yayımlanacaq. Qısa siyahıya düşənlərə 2000 manat veriləcək. Bu mükafat Dövlət mükafatının ədəbiyyat sahəsini əvəz edəcək.Ayrılan pul mükafatı ədəbiyyata qoyulan investisiyanın bir forması kimi dəyərləndirilə bilərmi? Bu cür təşəbbüslər ədəbi bazarın iqtisadi aktivliyinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına Qanun nəşriyyatının direktoru Şahbaz Xuduoğlu danışıb: “Ümumiyyətlə kitabın, ədəbiyyatın gündəmə gəlməsi, mövzuya çevrilməsi və bu ətrafda diskussiyaların aparılması bütün hallarda yaxşıdır. Mən bunu alqışlayıram. 50 min mükafatın da, bu təşəbbüsün və istəyin olması çox təqdirəlayiqdir. Amma bu elə olmalıdır ki, faydalı olsun. Həqiqətən də Azərbaycan ədəbiyyatına xidmət eləsin. Ümumiyyətlə yaxşı nəsrin, poeziyanın, bir sözlə keyfiyyətli əsərləri olan kitabların ortaya çıxmasına xidmət eləsin. Bu yolları araşdırmaq lazımdır. Yəni bu üsul ona xidmət edəcək, ya etməyəcək? Məsələ budur.

Mən dövlət mükafatlarına müsbət baxmıram. Amma prezidentin fərdi şəkildə sənət adamlarına mükafat verməsi təqdirəlayiqdir. Məsələn, biri var prezident özü mükafat verir. Deyək ki, bir müstəsna xidməti olan, yaxud müstəsna bir rəssam, ya yazıçı, ya bir bəstəkar kimi ortalığa bir iş qoyan insanlara prezidentin mükafatı ola bilər. Bu, bir çox ölkələrdə tətbiq olunur. Amma ümumiyyətlə ədəbiyyatla bağlı bu cür mükafatların arxasında dövlət qurumlarının dayanmasına mən yaxşı baxmıram. Çünki elə şeylər var ki, həqiqətən də dövlət onu edə bilmir. Hərçənd ki, orda belə bir böyük qəbahət də yoxdur, ancaq dövlətin istər-istəməz bəzi siyasi çərçivələri var və bu çərçivələrdən kənara çıxmaq imkanları məhduddur. Bir il əvvəl Amerikadan Azərbaycana pul gəlməsi mümkün deyildi, amma indi Amerika Azərbaycanla dostdur və artıq iki ölkə arasında pul da gələ bilər, pul da göndərilə bilər. Adam da gələ bilər, adam da göndərə bilərsən. Yəni siyasətdə münasibətlər daim dəyişir və bu da qaçılmaz olaraq keyfiyyətli ədəbiyyatın obyektiv şəkildə seçilməsinə maneə yarada bilər. İstər ABŞ, istər Rusiya, istər İran və digər ölkələrdə də bu, siyasətin təbiətindən irəli gələn bir haldır. Bu baxımdan, hesab edirəm ki, ədəbiyyat dövlətə bağlı olmamalıdır”.

Şahbaz Xuduoğlu

“Ədəbi mükafatlar hansısa qurumlara bağlı ola bilər, yaxud hansısa bir şura yarana bilər və bu şura açıq (şəffaf) səsvermə yolu ilə fəaliyyət göstərə bilər və s. Bu şura hansısa bir qurumun yanında yarana bilər. Məsələn; Mədəniyyət Nazirliyi bu prosesdə iştirak edə bilər, ancaq kənarda qalmaq şərti ilə. Qrant layihəsi ayıran bir qurum kimi iştirak edə bilər. Amma birbaşa qərarların qəbul edilməsinə gərək təsir etməsin. Əvvəlcədən elə bir sərhəd yaratsın ki, məsələn deyə bilər ki, “mən qərarların qəbul olunmasına təsir etməyəcəm”. Əgər doğrudan da Azərbaycanda yaranan ədəbi mükafat regionda və ümumiyyətlə dünyada ad çıxarsın, şan-şöhrət çıxarsın, onda dediyim bu faktorlar nəzərə alınmalıdır”-deyə Şahbaz Xuduoğlu qeyd edib.

Şahbaz Xuduoğlu vurğulayıb ki, beynəlxalq yazarların əsərləri də uzun və qısa siyahılara salına, ilkin mərhələlərə keçə bilməlidir: “Burada söhbət yalnız yerli ədəbiyyatdan getməməlidir, çünki tez-tez beynəlxalq yazarların da adları hallanır. Əgər bu mükafat Azərbaycanın "Booker"i kimi təqdim olunursa, o zaman yeri gəldikdə Salman Rüşdi, Orxan Pamuk və Elif Şafak kimi yazıçılar da iştirak edə bilməlidir. Onların əsərləri də uzun və qısa siyahılara salına, ilkin mərhələlərə keçə bilməlidir. Əgər mükafatın əhatə dairəsi geniş tutulursa, bu, bir tərəfdən yaxşıdır, lakin o halda yerli ədəbiyyata gözlənilən qədər fayda verməyə bilər. Nəzərdə tutulan 50 min manatlıq mükafatı doğrudan da yerli müəllif ala biləcəkmi? Neçə ildən bir bu proses baş verəcək? Bu səbəbdən də gərək mütləq meyarlar olsun. Elə bir sistem qurulmalıdır ki, bu sistemdə proses şəffaf və ədalətli şəkildə təşkil olunmalıdır”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Dekabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri