Icma.az
close
up
RU
Azərbaycan klublarının büdcəsinə görə SIRALAMASI

Azərbaycan klublarının büdcəsinə görə SIRALAMASI

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Premyer Liqasında iştirak edən 10 klubun 2024-cü il üzrə büdcəsi açıqlanıb.

“Futbolpress.az“ın məlumatına görə, çempion “Qarabağ” ən yüksək büdcəyə sahib komandadır. Premyer Liqada qızıl medalları qazanan, ölkə kubokunda finala yüksələn “atlılar”ın büdcəsi 34 milyon 753 min manat olub. Klub büdcəsinə uyğun ölkə futbolunda layiqli yerini tutur.

Büdcələrdə maraqlı məqam autsayder “Səbail”lə bağlıdır. Bayıl təmsilçisinin ötən il üzrə büdcəsi 7 milyon 799 min manat olub. Premyer Liqada sonuncu sırada qərarlaşan və elitanı tərk edəcək klub büdcə sıralamasında 6-cı yerdə qərarlaşıb.

“Neftçi” isə ən çox büdcəsi olan 2-ci komandadır. “Ağ-qaralar” 28 milyon 250 min manatlıq maliyyə qarşılığında mövsümü 6-cı sırada bitirib.

Premyer Liqanın gümüş medalçısı “Zirə” 10 milyonluq büdcə ilə 4-cü, Konfrans Liqasına vəsiqə qazanan “Araz-Naxçıvan” isə 6 milyonluq büdcə ilə 7-ci pillədə qərarlaşıb.

Çempionatın ən yüksək büdcəsi olan üçüncü komanda “Sabah” isə Premyer Liqada “dördlük”dən kənarda qalıb (5). “Bayquşlar” ölkə kubokunda finaldadır və kuboku qazanacağı halda, Konfrans Liqasına vəsiqə qazanacaq.

Aşağı büdcəli “Kəpəz” və “Şamaxı” elitada qaldı, bu komandalardan ikiqat çox büdcəyə sahib “Səbail” isə çempionatı tərk edən komanda oldu.

Büdcəsinə görə klubların sıralası belədir:

1. Qarabağ – 34 milyon 753 min manat
2. Neftçi – 28 milyon 250 min
3. Sabah – 26 milyon, 953 min manat
4. Zirə – 10 milyon 968 min 897 manat
5. Sumqayıt – 9 milyon 178 min manat
6. Səbail – 7 milyon 799 min manat
7. Araz-Naxçıvan – 6 milyon 208 min manat
8. Turan Tovuz – 6 milyon 145 min manat
9. Kəpəz – 3 milyon 711 min manat
10. Şamaxı – 3 milyon manat.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:471
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 18 May 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri