Icma.az
close
up
RU
Статья не опубликована
Azərbaycan kommunistlərinin tarixi xəyanəti Xocalı qeydlərim

Azərbaycan kommunistlərinin tarixi xəyanəti Xocalı qeydlərim

Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xocalıya çatanda qəhər məni basdı. Qardaşımın idarə elədiyi maşından enib ətrafa boylandım. Əsgəran arxada qalmışdı, Xankəndinin bir addımlığındaydıq. Torpaqlarımız işğal olunmazdan qabaq Ağdam yolu ilə Laçına çox getmişdim. Uşaq yaddaşımda çox şey qalsa da, ərazini indi gördüyüm qədər dəqiqliklə xatırlaya bilməzdim. 1992-ci ilin qarlı-çovğunlu fevralında silahlı basqına məruz qalmış xocalıların can hövlüylə Ağdama çatmaq üçün ətrafa necə səpələndiyini təsəvvür etməyə çalışdım. Sonrasını bilirsiniz: qəsəbədə, yollarda, meşələrdə, yarğanlarda gülləbəran edilmiş, girov götürülmüş, ən amansız işgəcəncələrə məruz qoyulmuşdular. Biz o gündən bəri Xocalıya boylanmışıq, bu qəsəbədə gerçəkləşmiş soyqırımından sonra Azərbaycan tarixinin necə dəyişdiyinə şahidlik etmişik. Amma indi Xocalıdan boylanırıq Qarabağa, Azərbaycana, dünyaya...

Diqqətinizi bir marşruta çəkəcəm. Bu marşrutu bilmədən, görmədən, təsəvvür etmədən 30 il boyunca torpaqlarımızın işğal altında qalmasının səbəblərini anlamaq mümkün deyil. Axı necə oldu ki, Qarabağ münaqişəsinin yenidən alovlandığı illərdə bir toplum olaraq ərazi, demoqrafik, iqtisadi və digər parametrlərə görə biz azərbaycanlılardan qat-qat geridə olan iki cüt, bir tək erməni kifayət qədər geniş, çətin iqlimə, dağlıq relyefə malik əraziləri işğal edə, uzun müddət nəzarətdə saxlaya bildi? Bax, bu sualın cavabını ancaq Xocalıda, Xocalıdan keçmişə və keçən yollara boylanmaqla tapmaq mümkündür.

Yolları deyim: Ağdamın Xıdırlı kəndi- Əsgəran- Xocalı- Xankəndi - Şuşa-Qaladərəsi - Laçın. Uzunluğu cəmi 75 kilometr olan bu marşruta bir də fərqli açıdan baxaq. Azərbaycana qarşı Ermənistanın ərazi iddialarına alət edilmiş etnik azlıq SSRİ dövründə bu marşrut üzrə Əsgəranda, Xankəndidə və Qala dərəsində azərbaycanlıların kompakt məskunlaşdığı məntəqələrin arasında yaşayırdı. Azərbaycan SSR Kommunist Partiyasının Baş katibi Kamran Bağırov əslən Şuşadan idi. Yəqin ki, bu yolu da, həndəvəri də tanıyırdı. Görünür, tarixi şüura malik deyilmiş.

Tarix 20 fevral 1988-ci il. DQMV Xalq Deputatları Sovetində Ermənistana birləşmək haqqında qərar qəbul olunur. İki gün sonra bu qərara etiraz edən iki azərbaycanlı gənc Əsgəran yaxınlığında qətlə yetirilir. Həmin ilin iyununda Ermənistan Qarabağı özünə birləşdirmək barədə qərar çıxarır. İstər Azərbaycan SSR, istərsə də SSRİ konstitusiyası baxımından heç bir hüquqi əhəmiyyəti olmayan bu qərarlar ermənilərin Qarabağı işğal etmək üçün məkrli ssenari cızdıqlarından xəbər verirdi. Lakin Kamran Bağırov sepatizmin qarşısına ciddi bir planla çıxa bilmədi. Stepanakertə gedib erməniləri dilə tutmağa çalışdı, təbii ki, cəhdləri puç oldu. Robert Köçəryanın xatirələrinə görə, həmin görüşdə ermənilər Kamran Bağırovun “nə edəcəyini bilmədiyinə” əmin oldular. Nəticədə daha da azğınlaşdılar. Vəziyyətin getdikcə mürəkkəbləşdiyini və Azərbaycanın nəzarətindən çıxdığını görən Kamran Bağırov vəzifədən getməyə razı oldu:

“Dağlıq Qarabağda və Sumqayıtda baş vermiş məlum hadisələrlə əlaqadar etiraf edirəm ki, respublikanın partiya təşkilatına rəhbərlik etməyə mənəvi cəhətdən haqqım çatmır. Baş vermiş hadisələrdə öz məsuliyyətimi yaxşı başa düşürəm”

Əlbəttə, məsələ təkcə Kamran Bağırovun “öz məsuliyyətini yaxşı başa düşməsində” deyildi. Çünki 21 may 1988-ci ildə, onunla eyni gündə Ermənistan kommunistlərinin lideri Karen Dəmirçiyan da postundan uzaqlaşdırılmışdı. Moskvadan gələn başqa göstərişlə isə, Azərbaycan kommunistləri özlərinə Əbdürrəhman Vəzirovu- uzun illər ölkədən kənarda yaşamış və M.S. Qorbaçovun hələ 1985-ci ildən Azərbaycanda hakimiyyətə gətirmək istədiyi kosmopoliti rəhbər “seçmişdilər”.

Fikrimcə, Azərbaycanın ən yeni tarixdə üzləşdiyi faciələrin, ərazi itkisinin, siyasi böhranların əsası məhz o gün qoyulub. Daha açıq desəm, Azərbaycan kommunistləri- son dərəcə formal səciyyə daşısa da, kağız üzərində suveren olan bir ölkənin yeganə və ən mütəşşəkkil siyasi qüvvəsinin aktivləri mütilik, qorxaqlıq və səbatsızlıq nümayiş etdirib ermənilərin Qarabağ planını poza biləcək bir namizəd irəli sürə bilmədilər. Əgər o gün Moskvadan gələn təklifə qarşı çıxa bilsəydilər, əminəm ki, bu gün təqvimimizdə Xocalı soyqırımı, Şuşanın, Laçının, digər ərazilərimizin işğal günləri olmayacaqdı. Əlbəttə, fərqindəyəm ki, tarix “əgər”lə başlayan cümlələri sevmir. Amma tarix keçmişdəki olaylar barədə məlumat bazası kimi daha çox nəticə çıxarmaq və gələcəyi düzgün modelləşdirmək üçündür. Buna görə də, ilk növbədə bu suala aydınlıq gətirək: Qarabağı ermənilərin işğal planından necə qorumaq olardı?

Xocalıdan baxanda aydın görsənir ki, Azərbaycan SSR rəhbərliyi birinci növbədə “Laçın dəhlizi”ni tam nəzarətə götürməli, bunun üçün Şuşayla Laçın arasındakı Qala dərəsindən ermənilər çıxarılmalı idi. Necə? Məsələn, elə 1991-ci ildə həyata keçirilən “Halqa” əməliyyatında olduğu kimi.

Digər addım DQMV hüdudları ilə kəsişməyən Gəncə- Kəlbəcər- Laçın xətti açmaq, buna paralel olaraq Füzuli-Qubadlı-Laçın yolunu möhkəmləndirmək olmalı idi. Bu addımlar DQMV-nin Ermənistanla bütün təmaslarını kəsmək üçün vacib idi.

Ə. Vəzirov tamamilə əks addımlar atmış, Xankəndi ilə İrəvan arasında davamlı hava xətti qurulmasına razılıq vermiş, vilayətin ermənilər yaşayan məntəqələrinə asfalt yollar çəkdirmişdi. Halbuki üçüncü addım məhz bu olmalı idi ki, Xankəndi və DQMV-nin digər məntəqələri arasında bağlantı kəsilsin. Bunun üçün Şuşanın və Şuşa ətrafındakı azərbaycanlılar yaşayan kəndlərin, xüsusən də Daşaltı və Kərkicahanın strateji mövqeyindən bəhrələnmək tamamilə mümkün idi.

Dördüncüsü, Əsgəranı nəzarətə götürülməklə Ağdamla Xankəndini demoqrafik baxımdan birləşdirmək labüd idi. Buna Xocalı Soyqırımından təxminən 1 ay öncə cəhd olunmuş, lakin qala alınmamışdı. Ümumilikdə isə, Əsgəran heç də ermənilərdən alına bilməyəcək qala deyildi, o dövrdə milis dəstələri bir neçə dəfə bu yöndə uğurlu əməliyyat aparmışdılar.

Nəhayət, hüquqi, iqtisadi və sosial cəhətdən Bakıdan asılı olan DQMV-də seperatizmə qarşı kompleks tədbirlər görülməli, “Qarabağ hərəkatı”nın önə çıxan isimləri həbs olunmalı idi.

Bütün bunlar Azərbaycan SSR-də ehtiyac duyulan rəhbərin obrazını müəyyənləşdirməyə imkan verir. O, xalqdan dəstək almalı, SSRİ-nin dağılacağını görməli, yeri gələndə Qorbaçovla üz-üzə gəlməkdən çəkinməməli, ancaq Moskva ilə münasibətləri kəskin şəkildə pozmamalı, Azərbaycanı müstəqilliyə hazırlamalı, xüsusən Milli Ordunun təməllərini atmalı, əhali və ərazi itkisi olmadan ölkəni azadlığa çıxarmalı idi.

Azərbaycanın belə bir oğlu vardı- Heydər Əliyev!

SSRİ-nin rəhbəri M.S. Qorbaçov Heydər Əliyevdən çəkinirdi. Əliyevin biliyi, təcrübəsi, xarizması Qorbaçovu kompleksə salırdı. Heydər Əliyevin milli mənsubiyyəti ona SSRİ rəhbəri olmasına imkan vermirdi. Bununla belə, yüksək peşəkarlığa malik bir siyasi xadimin hər hansı situasiyada Moskvadakı dəngələrə təsir edə biləcəyindən qorxan Qorbaçov Əliyevi mümkün qədər təzyiq altında saxlamağa çalışırdı. Bəlkə də elə bu səbəbdən Qorbaçovu Əliyevin yenidən Azərbaycana rəhbərlik etməsinə razı salmaq mümkün idi. Heydər Əliyevin Moskvadan çıxması, siyasətin təbiətindən çıxış etsək, Qorbaçov üçün ən azından müzakirə olunan təklif ola bilərdi. Lakin Azərbaycan kommunistləri belə bir təkliflə nəinki çıxış etmədilər, əksinə, istər Vəzirov, istərsə də Mütəllibov dövründə Heydər Əliyevə qarşı qaralama və böhtan kampaniyası apardılar. Diqqət edin: Qarabağın Ermənistana birləşdirilməsi barədə qərarın altına Xankəndidə də, İrəvanda da erməni kommunistləri imza atmışdılar. Haradan cürət və dəstək almalarından asılı olmayaraq, onlar faktiki olaraq SSRİ-yə protest vermişdilər. Amma Azərbaycan kommunistlərinin milli bir plan qurmağa, xalqımızı böyük təhlükələrdən qorumaq üçün yetərincə tanıdıqları bir siyasi xadimi özlərinə yenidən sədr seçməyə iradəsi çatmamışdı...

Heydər Əliyev 1988-ci ilin mayında Azərbaycan Kommunist Partiyasına yenidən rəhbərlik etməyə başlasaydı, nələr olardı?

Əvvəla, dediyim kimi, Qarabağın 75 kilometrlik “şah damarı”nın Bakının tam nəzarətinə keçməsi ilə seperatizm yuvası qurulmamış dağıdılacaqdı.

Azərbaycan Kommunist Partiyası, çox güman, həm ad, həm də məzmun dəyişdirəcək, Sosial Demokrat platformaya keçəcək, iqtisadi transformasiya daha rahat ortamda gerçəkləşəcəyi üçün çoxpartiyalı siyasi sistem cəmiyyətdəki real maraqlar konfliktinə dayaqlanacaqdı.

Qarabağ münaqişəsinin Azərbaycanda yaratdığı siyasi dalğalar meydana çıxmayacaq, o cümlədən Azərbaycan Xalq Cəbhəsi daha fərqli bir qurum kimi təşəkkül edəcəkdi.

Azərbaycanın əsas sərvəti olan neftlə bağlı beynəlxalq razılaşmalar 1993-cü ildən gec olmayaraq imzalanacaq və həm Gürcüstandan, həm də Ermənistandan keçən ixrac boruları Cənubi Qafqazda tamam fərqli dinamika yaradacaqdı.

Fəqət tarix iş yeri deyil, onu dəyişmək olmur. Yaxşı gələcək qurmaqsa öz əlimizdədir. Mən ermənilərin Qarabağa qayıtmasını mümkün saymıram və saymaq da istəmirəm. Bundan sonra daha gözəl, daha firavan, daha xoşbəxt bir gələcəyə sahib olmağımız üçün Xıdırlıdan Laçına qədər olan 75 kilometrlik məsafənin bizə aşıladığı bir gerçəklik var- ədalət öz yerini gec-tez tapır, amma bunun üçün millətin önündə gerçək lider yürüməlidir. İlham Əliyev Xankəndiyə Xıdırlıdan, Laçına Xankəndidən getmədi. Horadizdən Şuşaya 95 kilometrlik ZƏFƏR YOLU açdı. Onun əmri ilə Azərbaycan əsgəri Şuşanın salt qayalarına əliyalın dırmaşdı. Ağdamı, Laçını və Kəlbəcəri Nikol Paşinyana imzalatdırdığı kapitulyasiya bəyanatı ilə təhvil alaraq 30 il ərzində çətinləşmiş, mürəkkəbləşmiş və qloballaşmış bir münaqişəni Xankəndiyə bayraq sancmaqla bitirdi. Xankəndi ilə nə Ağdam, nə Şuşa, nə də Laçın arasındakı məsafə dəyişib. Odur ki, fikrimcə, Ağdamda, Şuşada, Laçında azərbaycanlılar yaşayarkən Xankəndiyə bayraq sancmaq daha asan idi. Amma bacarmadıq. Kommunistlər və onlara alternativ qüvvə kimi meydana çıxanlar imkan vermədilər. Məğlubiyyətimizin əsas səbəbi 1988-ci ildə kommunistlərin yetkin və milli plan ortaya qoya bilməməsi, hətta SSRİ dağıldıqdan sonra da Rusiya xofundan qurtula bilməmələri və həvəskar meydan siyasətçilərinin tarixi sınaqlara hazır olmadan hakimiyyətə can atmalarıdırsa, qələbəmizin əsasında dayanan amil Heydər Əliyevin milli iradəni yenidən təşkil etməsi və məhz bu iradəyə arxalanan İlham Əliyevin yeni çağın lideri kimi tarix səhnəsində özünü təsdiq etməsidir. Bu gün İlham Əliyev təkcə Qarabağı yenidən abadlaşdırmır, toplumu yenidən qurur, tarixdən neqativ asılılıqlarımızı aradan qaldırır, xalqı yenidən nizamlanacaq dünya üçün təşkilatlandırır. Qarabağ Zəfəri ilə İlham Əliyev dünyanı bir faktla barışmağa məcbur etdi ki, Azərbaycan regionun ən güclü dövlətidir- həm hərbi, həm iqtisadi, həm də diplomatik baxımdan. Azərbaycan prezidentinin geopolitik hədəfi bu liderliyi inkişaf etdirmək üçün dayanıqlı institutlar, davamlı təsir və nəzarət mexanizmləri yaratmaqdır. Ən önəmli institut, təsir və nəzarət mexanizmi isə elə İlham Əliyevin özüdür.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru

Xocalı- Bərdə- Bakı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 05 Aprel 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see238

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see184

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see181

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see178

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see176

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see174

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see154

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see151

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see149

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see138

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see135

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see135

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see129

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see127

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see125

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri