Azərbaycan Koreya energetika müzakirəsi
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Koreya Respublikasının Azərbaycandakı səfiri Kanq Kımqu ilə görüşüb.
Qurumdan verilən məlumata görə, tərəflər Azərbaycan–Koreya iqtisadi münasibətlərinin inkişaf perspektivləri, Orta Dəhlizin qlobal təchizat zəncirlərində artan strateji əhəmiyyəti, süni intellekt və verilənlərə əsaslanan idarəetmə, regional data strategiyası, yaşıl nəqliyyat dəhlizləri və bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Vüsal Qasımlı Orta Dəhlizin yalnız Asiya ilə Avropanı birləşdirən tranzit marşrutu deyil, həm də ticarət, investisiya, istehsal, enerji və regional inteqrasiyanı təşviq edən çoxşaxəli iqtisadi platforma olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat-logistika infrastrukturu ölkənin dəhlizin əsas qovşaqlarından biri kimi rolunu gücləndirir.
Söhbət zamanı Koreyanın qabaqcıl texnoloji imkanları və “ağıllı logistika” sahəsində təcrübəsi ilə Azərbaycanın regional bağlantı potensialının uzlaşdırılmasının yeni əməkdaşlıq imkanları yarada biləcəyi qeyd olunub. Liman və dəmir yolu infrastrukturunun rəqəmsallaşdırılması, intellektual logistika sistemləri, yüklərin real vaxt rejimində izlənilməsi və kağızsız ticarət mexanizmlərinin inkişaf perspektivləri nəzərdən keçirilib.
Eyni zamanda, süni intellektin, böyükhəcmli verilənlərin təhlilinin və proqnozlaşdırma modellərinin yük axınlarının optimallaşdırılmasına, logistika risklərinin əvvəlcədən müəyyənləşdirilməsinə və sərhədkeçmə prosedurlarının sürətləndirilməsinə imkan verdiyi vurğulanıb. Tərəflər “yaşıl logistika”, karbon emissiyalarının azaldılması, bərpaolunan enerji mənbələrindən istifadə və ”yaşıl enerji”nin ötürülməsi sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Sonda iki ölkənin analitik mərkəzləri və tədqiqat institutları arasında birgə araşdırmaların aparılması, ekspert mübadiləsinin təşkili və müvafiq istiqamətlər üzrə ortaq tədbirlərin keçirilməsi imkanları nəzərdən keçirilib.
Görüşdə Koreya Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri və missiya rəhbərinin müavini Kim Changsoo, İİTKM-in iqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli və Rəqəmsal Ticarət Qovşağının rəhbəri İsmət Mehrəliyeva iştirak ediblər.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 26 Avqust 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















