Icma.az
close
up
RU
Azərbaycan mədəniyyətinin zəngin xəzinəsi

Azərbaycan mədəniyyətinin zəngin xəzinəsi

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi – 80 

Bakı şəhərinin mədəniyyət simvolu olan, öz memarlıq üslubu, əzəməti ilə paytaxtımıza xüsusi gözəllik qatan, dahi şairimiz Nizami Gəncəvinin adını daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaranmasından 80 il ötür.

Ədəbiyyat Muzeyinin binasının tikilmə tarixi XIX əsrin ortalarından başlasa da, onun açılışı Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr olunmuş daimi sərgi xatirə muzeyinin təşkili haqqında Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1 noyabr 1939-cu il tarixli sərəncamından sonra, 1945-ci il mayın 14-də baş tutumuşdur. Binanın fasadında Azərbaycanın görkəmli şairləri və yazıçılarının – Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Xurşidbanu Natəvan, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlının heykəlləri ucalır.  Muzeyin

interyeri görkəmli ornamentalist rəssam, xalçaçı və pedaqoq Lətif Kərimov tərəfindən işlənilmişdir. Sonradan Nizami xatirə muzeyi Azərbaycan Ədəbiyyatı Muzeyi kimi fəaliyyət göstərməyə başlamışdır.

1959 və 1967-ci illərdə muzey əhəmiyyətli dərəcədə genişləndirilmiş, ekspozisiya imkanları artırılmış, binanın memarlıq cəhətdən müasir tələblərə cavab verən bir məkana çevrilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Xüsusən ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün sahələrdə olduğu kimi, mədəni irsimizin qorunması və təbliğində mühüm rol oynayan muzeylərin fəaliyyətinə də diqqət və qayğı ilə yanaşmışdır. 1970-80-ci illərdə Ümummilli lider Ədəbiyyat Muzeyinin maddi-texniki bazasının möhkəmləndirilməsi, fondlarının genişləndirilməsi və ekspozisiyasının zənginləşdirilməsi istiqamətində əhəmiyyətli qərarlar qəbul etmişdir.

Heydər Əliyev muzeyin inkişafına olan diqqətini müstəqillik illərində də davam etdirmiş, onun birbaşa təşəbbüsü ilə ədəbiyyat klassiklərimizin, korifeylərimizin yubileyləri təntənəli şəkildə qeyd olunmuş, Ədəbiyyat Muzeyi də bu istiqamətdə fəal iştirak etmişdir.

Dövlət başçısı İlham Əliyev də hakimiyyətə gəldikdən sonra ölkədə mədəniyyətin müxtəlif sahələrinin inkişafı istiqamətində mühüm təşəbbüslər irəli sürmüş, o cümlədən muzey işinin müasirləşdirilməsi, fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində genişmiqyaslı islahatlar həyata keçirmişdir. Bu çərçivədə 2004–2009-cu illərdə Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında Ədəbiyyat Muzeyində təmir və restovrasiya işləri aparılmış, sərginin sahəsi 2500 kvadrat metrədək artmışdır.

Ədəbiyyat Muzeyinin əsas missiyası qonaqları Azərbaycanın zəngin ədəbi irsi ilə tanış etməkdən ibarətdir. Burada Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir.

Muzeydə Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən müasir dövrə qədər keçmiş olduğu yol işıqlandırılır,  müxtəlif sənədlər, kitablar, nadir əlyazmalar və s. ilə yanaşı, qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri, xalçalar nümayiş etdirilir. Ədəbiyyat Muzeyi 18 əsas şöbə, 35 ekspozisiya zalı, 4 regional filial, elmi fond və s. struktur bölmələrdən ibarətdir.

Bu mədəniyyət ocağının hər gün xeyli ziyarətçisi olur. Onların sırasında xarici ölkələrdən gələn qonaqlar, turistlər, görkəmli dövlət xadimləri, alimlər, ziyalılar, tələbələr, məktəblilər də var. Muzeyin müxtəlif zallarında yer alan rəsm və heykəltaraşlıq əsərləri, portretlər, tablolar, illüstrasiyalar, eləcə də müasir Azərbaycan ədəbiyyatını əks etdirən qiymətli sənədlər, şəxsi əşyalar xüsusilə tamaşaçıların böyük marağına səbəb olur. Qonaqlar gəzintinin sonunda muzeydəki “Rəy kitabı”na təəsüratlarını, xoş arzularını qeyd edirlər.

Artıq böyük ədəbi-tarixi hadisələrlə dolu, şərəfli yol kemiş muzey 80 ili geridə qoyub. Azərbaycanın görkəmli elm xadimi, tanınmış ədəbiyyatşünas, Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynovun direktoru olduğu bu mədəniyyət ocağı hazırda təkcə ölkəmizdə deyil, bütün dünyada zəngin elmi və mədəni potensiala malik bir mərkəz kimi tanınır, öz fəaliyyətini uğurla davam etdirir.

Akademik Rafael Hüseynov muzeyə rəhbərlik etdiyi 22 il ərzində bu mədəniyyət ocağının elmi, mədəni, ədəbi fəaliyyəti əhəmiyyətli dərəcədə genişləndirilmiş, muzeydə Azərbaycan ədəbiyyatının canlı salnaməsi yaradılmışdır. Məhz onun təşəbbüsü ilə muzeydə sərgi zalları yenilənmiş, burada irimiqyaslı tədbirlər təşkil olunmuş, elmi tədqiqat işlərinin aparılmasına xüsusi diqqət göstərilmişdir. O, həm də Milli Məclisin deputatı, tanınmış ictimai xadim kimi muzeyin hərtəfəli inkişafına, nüfuzunun yüksəldilməsinə mühüm töhfələr vermişdir. Məhz akademik Rafael Hüseynovun rəhbərliyi dövründə dövlət başçısının sərəncamı ilə muzeyə “Milli” statusu verilmişdir. 

Muzeyin nizamimuseum.az adlı saytında binanın tarixi, qurumun strukturu, fond materialları və elmi-tədqiqat fəaliyyəti haqqında ətraflı məlumatlar yer almışdır. Burada, eyni zamanda görkəmli şair və yazıçılarımızın həyat və yaradıcılığı, yubiley tədbirləri, yeni nəşlər, beynəlxalq əməkdaşlıq, muzeyin fəaliyyəti ilə bağlı yeniliklər, keçirilən konfranslar və digər tədbirlərlə bağlı informasiyalar ictimaiyyətə təqdim olunur.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ölkənin dövlətçilik tarixində mühüm hadisə olmaqla yanaşı, elmi, mədəni həyatına da təsir göstərmiş, müvafiq sahənin alim və mütəxəssislərinin, ziyalılarının qarşısına konkret vəzifələr qoymuşdur. Bu kontekstdə Ədəbiyyat Muzeyi də öz fəaliyyətini dövlətçilik ənənələri, milli suverenlik ideologiyasına uyğun genişləndirmiş, ədəbi irs vasitəsilə dövlətçilik düşüncəsinin təbliği istiqamətində tədqiqatlara geniş yer ayırmışdır.

İnanırıq ki, muzey bundan sonra da uğurla fəaliyyət göstərərək milli ədəbiyyatımızın təbliği, mədəni irsimizin gələcək nəsillərə çatdırılması istiqamətində şərəfli missiyanı uğurla davam etdirəcək.

Nərgiz Qəhrəmanova, 
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, 
mətbuat və informasiya şöbəsinin  Elektron informasiya sektorunun müdiri 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 May 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri