Icma.az
close
up
RU
“Şahdəniz” Xəzərdə zəngin qaz xəzinəsi

“Şahdəniz” Xəzərdə zəngin qaz xəzinəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Ötən 18 ildə bu yataqdan 243 milyard kubmetr qaz çıxarılıb

26 il öncə, 1999-cu il iyulun 12-də Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının açılması rəsmən elan olunub. Bu münasibətlə ölkə Prezidenti, ulu öndər Heydər Əliyevin iştirakı ilə təntənəli təqdimat mərasimi keçirilib.

Ümummilli lider Heydər Əliyev bu əlamətdar hadisə münasibətilə neftçiləri və ölkə ictimaiyyətini təbrik edərək deyib: “Şahdəniz” yatağı Azərbaycanın Xəzər dənizindəki sektorunda, demək olar ki, ən böyük və ən zəngin neft və qaz yataqlarından biridir... “Şahdəniz” konsorsiumunun prezidentinin və başqa natiqlərin burada verdikləri məlumatlar bizi həddən artıq sevindirir və güman edirəm ki, bu, dünya miqyasında böyük bir hadisəyə çevriləcəkdir”.

“Şahdəniz” yatağı uzun illərdir ki, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Burada qazma işlərinə 1990-cı ildə başlanılsa da, vəsait çatışmazlığı səbəbindən işlər yarımçıq dayandırılıb. Yalnız 1996-cı ilin iyun ayında Bakıda “Şahdəniz” qaz-kondensat yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalandıqdan sonra neft ölkəsi kimi tanınan Azərbaycan, eyni zamanda, əsas qaz təchizatçısı kimi dünyanın maraq dairəsinə daxil olub. Bu saziş dünyanın transmilli neft şirkətlərinin “Əsrin müqaviləsi”nin imzalanması ilə təməli qoyulmuş Azərbaycanın yeni neft strategiyasının həqiqiliyinə inamı bir qədər də artırıb.

Xatırladaq ki, “Şahdəniz” yatağı Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-600 metr arasında dəyişdiyi ərazidə yerləşir. Dünyanın ən böyük qaz-kondensat yataqlarından biri sayılan “Şahdəniz”in sahəsi 140 kvadratkilometrdən çoxdur. Bu həm də layihənin operatoru olan BP şirkətinin kəşf etdiyi ən böyük qaz yatağıdır. Belə ki, “Şahdəniz” yatağının təsdiqlənmiş ehtiyatı 1 trilyon kubmetr qaz və 240 milyon ton kondensatdan ibarətdir. Bu da Azərbaycanın qaz potensialının təxminən 50 faizini təşkil edir.

“Şahdəniz-1” layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinə 2003-cü ilin fevral ayında start verilib. Bu mərhələdə suyun 105 metr dərinliyində 15 quyunun qazılması üçün nəzərdə tutulmuş nəhəng hasilat, qazma və yaşayış platforması inşa olunub, hər biri 100 kilometr uzunluğunda olan iki sualtı boru kəməri çəkilib. “Şahdəniz” yatağından həmin kəmərlər vasitəsilə nəql olunan qaz və kondensatın qəbulu üçün Səngəçal terminalında lazımi infrastruktur yaradılıb. Bundan əlavə, “Şahdəniz” qazının Gürcüstana və Türkiyəyə ixracını təmin etmək məqsədilə 690 kilometrlik Cənubi Qafqaz boru kəməri tikilib istismara verilib.

2013-cü il dekabrın 17-də isə konsorsium iştirakçıları tərəfindən “Şahdəniz-2” layihəsinin işlənməsi üçün yekun investisiya qərarı qəbul olunub. Bununla da, “Şahdəniz” qaz hasilatı və ixracı layihəsi həlledici mərhələyə qədəm qoyub. Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin ixrac gücünə ildə 16 milyard kubmetr əlavə olunması (Azərbaycanda 48 düyməlik yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası), Türkiyə ərazisindən keçən TANAP və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan TAP kəmərlərinin tikintisi ilə bağlı planların gerçəkləşməsinə imkan yaradıb.

“Şahdəniz-2” layihəsi çərçivəsində mövcud platformaya körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması inşa olunub, suyun 550 metrədək dərinliyi ilə 500 kilometr uzunluğunda sualtı boru kəmərləri çəkilib, Cənubi Qafqaz boru kəmərinin ixrac imkanlarının artırılması məqsədilə Azərbaycanda 48 düyməlik yeni boru kəməri, Gürcüstanda isə ildə daha16 milyard kubmetr qazın qəbulu üçün iki kompressor stansiyası tikilib, Səngəçal terminalında əlavə genişləndirmə işləri aparılıb.

“Şahdəniz” yatağının ikinci mərhələsi üzrə hasilata 2018-ci ildə başlanılıb. Bütövlükdə isə, hasilata başlanıldığı 2007-ci ilin əvvəlindən 2025-cü il aprelin 1-dək “Şahdəniz” yatağından, təqribən, 243 milyard kubmetr qaz və 50 milyon ton kondensat çıxarılıb. Energetikamızın incisi sayılan “Şahdəniz” yatağı hələ uzun illər Azərbaycan və tərəfdaş ölkələr üçün əsas tədarük bazası olacaq.

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

“Şahdəniz” Xəzər dənizində indiyə qədər kəşf edilmiş ən böyük təbii qaz yatağı, sözün əsl mənasında, yataqların şahı hesab edilə bilər. Bu yatağın kəşf edilməsi və sonradan onun resurslarının mərhələli şəkildə bazarlara çıxarılması Azərbaycanın enerji sektorunda yeni inkişaf mərhələsinə daxil olan qaz sənayesinin XXI əsrdə əldə etdiyi ən böyük nailiyyətdir.

Azərbaycan quruda yerləşən yeni qaz obyektlərinə, dəniz qurğularına və ixrac infrastrukturuna malik olmaqla yanaşı, bunların hamısını öz dövrünün qabaqcıl texnologiyalarından istifadə etməklə beynəlxalq standartlara uyğun layihənin həyata keçirilməsi ilə gerçəkləşdirə bildi. Bu irimiqyaslı layihənin həyata keçirilməsi həm Azərbaycan, həm də layihədə təmsil olunan şirkətlər, o cümlədən “Şahdəniz” yatağının işlənilməsinə operatorluq edən BP şirkəti üçün əlamətdar hadisədir. Çünki bu layihə bütün maraqlı tərəflərin səyləri nəticəsində əfsanədən reallığa çevrilən və bundan sonra da neçə onilliklər ərzində ətraf mühitə ziyan vurmadan, səmərəli və təhlükəsiz şəkildə işlənilməsi nəticəsində təkcə regionun deyil, həm də Azərbaycandan çox-çox uzaqlarda yerləşən neçə-neçə ölkənin enerji təhlükəsizliyinə töhfə verən bir layihədir.

Ölkəmizin 2007-ci ildə başlayan qaz ixracı bir daha təsdiqlədi ki, “Şahdəniz” yatağının kəşfiyyatı və işlənilməsi layihəsinə dair saziş tarixdə, sadəcə, Azərbaycan hökuməti ilə bir qrup xarici neft şirkətinin birləşdiyi konsorsiumda həyata keçirilən hasilatın pay bölgüsü tipli sıradan bir saziş olaraq qalmadı. Bu layihənin inkişafı Azərbaycanı əvvəlcə regionda seçilən dövlətə çevirdi, daha sonra isə uzaq ölkələrlə onun münasibətlərinin formalaşdırılmasına yol açdı. Cənubi Qafqaz Boru Kəmərindən başlayan yol sonradan “Cənub Qaz Dəhlizi” kimi nəhəng bir magistrala çevrildi. Bu təkcə enerjinin zəfəri deyil, ölkənin qarşıdakı böyük uğurlarının başlanğıcı və ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Azərbaycanın neft strategiyasının təntənəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyul 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see312

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see286

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see276

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see270

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see255

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see254

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see245

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see242

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see242

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see239

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see234

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see223

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see222

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see215

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see209

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see208

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see203

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see196

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see196

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri