Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

“Şahdəniz” yatağı Xəzərin zəngin qaz xəzinəsi

“Şahdəniz” yatağı Xəzərin zəngin qaz xəzinəsi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

6 ayda dənizin dibindən 14 milyard kubmetr qaz və 2 milyon ton kondensat çıxarılıb

Ölkəmizin mötəbər enerji tərəfdaşı kimi mövqeyinin güclənməsinə, Avropanın enerji xəritəsinin zənginləşməsinə xidmət edən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi uğurla davam etdirilir. “BP-Azərbaycan” şirkətinin məlumatına görə, 2025-ci ilin yanvar-iyun aylarında “Şahdəniz” layihəsinin əməliyyat tədbirlərinə 1 milyard 282 milyon dollar, əsaslı məsrəflərinə isə 472 milyon dollar xərclənib. Həmin vəsaitin böyük əksəriyyəti hazırda fəal işlənmə mərhələsində olan “Şahdəniz-2” layihəsinə sərf olunub.

Zəngin qaz və kondensat ehtiyatlarına görə seçilən “Şahdəniz” yatağında ötən müddətdə iki hasilat platforması quraşdırılaraq istismara verilib. Hazırda həmin qurğuların gündəlik hasilat gücü təxminən 77,2 milyon (ildə 28,2 milyard kubmetr) kubmetr təşkil edir. Bu ilin birinci yarısında “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından, ümumilikdə, təqribən, 14 milyard kubmetr qaz və 2 milyon ton (təqribən 16 milyon barel) kondensat çıxarılıb.

“Şahdəniz” yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişinin iştirakçıları müqavilə sahəsinin genişliyi və ehtiyatların zənginliyini nəzərə alaraq yatağın bir neçə mərhələdə işlənməsi ilə bağlı qərar qəbul ediblər. Birinci işlənmə mərhələsi çərçivəsində tikinti-quraşdırma işlərinə 2003-cü ilin əvvəllərində, hasilata isə 2006-cı ilin sonlarında başlanılıb.

Yatağın ikinci işlənmə mərhələsi isə genişliyi, əhatəliyi, burada tətbiq olunan yüksək texnologiyalar baxımından seçilir. Bu mərhələ çərçivəsində qaz hasilatına 2018-ci ilin iyul ayının 30-da başlanılıb. Həmin gün yatağın şimal cinahındakı SDC03Z quyusunun istismara verilməsi ilə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunub. Sonrakı illərdə yeni quyuların istismara daxil edilməsi ilə burada hasilat artmağa başlayıb. 2022-ci ildə isə “Şahdəniz-2” layihəsi çərçivəsində daha bir uğura imza atan konsorsium iştirakçıları yatağın qərb-cənub cinahını da işlənməyə daxil ediblər.

2025-ci ilin ilk yarısını layihə üçün uğurlu hesab etmək olar. Bu dövrdə “Şahdəniz-2” layihəsi çərçivəsində yatağın qərb-cənub cinahından 5-ci quyunun işə salınması ilə yanaşı, qalan quyularda sualtı işlər üzrə fəaliyyətlər davam etdirilib. Bütün bu işlər isə “Xankəndi” sualtı tikinti gəmisi vasitəsilə həyata keçirilib. Burada əsas diqqət layihə üzrə qalan quyuların təhvil verilməsinə yönəlib. Gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafik hazırlanıb. Həmin qrafikə uyğun olaraq ilin əvvəlindən gəmi vasitəsilə “Şahdəniz-2” və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək tədbirləri həyata keçirilib.

Fevralın 13-də bütün əlaqədar tikinti işləri və istismar sınaqları uğurla başa çatdırıldıqdan sonra yatağın şərq-şimal cinahından hasilata başlanıb. İyunun 19-da isə yatağın bu hissəsində daha bir quyu istismara daxil edilib. Bununla da, “Şahdəniz-2” layihəsinə daxil olan 5 sualtı işlənmə cinahının əhatə etdiyi bütün sualtı infrastrukturun – boru kəmərləri, hasilat manifoldları, sualtı elastik kabellər və birbaşa elektrik isitmə sisteminin təhvili uğurla başa çatdırılıb.

2025-ci ilin yanvar-iyun aylarında layihə iştirakçıları tərəfindən qazma əməliyyatları da nəzərdə tutulmuş qrafikə uyğun davam etdirilib. Bu məqsədlə “Şahdəniz Alfa” platformasının qazma qurğusu yenidən fəal iş rejiminə qaytarılıb. İkinci rübdə “İstiqlal” qurğusu yatağın qərb-cənub cinahında SDF04 quyusunda qazma işləri həyata keçirib. Heydər Əliyev qazma qurğusu isə şərq-şimal cinahında SDH04 quyusunun qazma işlərini davam etdirib. Ümumilikdə, “Şahdəniz-2” layihəsi çərçivəsində indiyədək 22 quyu qazılaraq istismara verilib. Həmin quyuların 5-i yatağın şimal, 5-i qərb, 4-ü şərq-cənub, 5-i qərb-cənub, 3-ü isə şərq-şimal cinahlarında qazılıb.

Xatırladaq ki, “Şahdəniz” yatağından hasil edilən qaz sualtı infrastruktur vasitəsilə Səngəçal terminalına nəql olunur. Buradakı mövcud qurğular isə qazı qəbul edərək Cənubi Qafqaz boru kəmərinə (CQBK) ötürür. İlin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 62,4 milyon kubmetr olub. Hesabat dövründə boru kəmərinin səmərəli idarə edilməsi məqsədilə yaradılmış şirkətin səhmdarları tərəfindən CQBK-nin əməliyyat tədbirlərinə təqribən 36 milyon dollar, əsaslı məsrəflərinə isə 12 milyon dollar xərclənib.

2006-cı ilin sonlarında istismara verilimiş Cənubi Qafqaz boru kəməri (CQBK) isə “Şahdəniz” qazını Azərbaycan, Gürcüstan və Türkiyəyə nəql edir. Ötən müddətdə Türkiyəyə və Avropadakı alıcılara daha çox qaz çatdırmaq məqsədilə kəmərin imkanları xeyli genişləndirilib. Genişləndirilmiş Cənubi Qafqaz boru kəməri sistemi ilə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb.

Bu il “Şahdəniz” qaz yatağının işlənməsinin növbəti mərhələsinə start verilib. Bu mərhələdə müqavilə sahəsində nəhəng kompressor qurğusunun inşası nəzərdə tutulur. “Şahdəniz Kompressiya” (ŞDK) adlandırılan bu layihə üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi üzrə ictimaiyyətlə məsləhətləşmələrin müddəti aprel ayında başa çatdırılıb. Mayda isə sənəd Azərbaycan hökuməti tərəfindən təsdiqlənib. Bunun ardınca, iyunun 3-də Şahdəniz konsorsiumu ŞDK layihəsi üçün yekun investisiya qərarını elan edib.

2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə, yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Sözügedən layihənin yataqdan, təxminən, 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

Layihə çərçivəsində yeni bir kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının inşası nəzərdə tutulur. Bundan əlavə, bu mərhələdə “Şahdəniz” müqavilə sahəsində bir sıra əlaqədar obyektlərin quraşdırılması, eləcə də hasilat platformalarında və Səngəçal terminalında mövcud infrastruktur üzərində bir sıra işlərin aparılması planlaşdırılır. 2025-ci ilin sonlarında başlanacaq tikinti işləri 2029-cu ildə yekunlaşdırılacaq. ŞDK platforması həmin ildə “Şahdəniz Alfa”dan, növbəti ildə isə “Şahdəniz Bravo”dan hasil edilən qaz həcmlərini kompressiya etmək üçün hazır olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Avqust 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see792

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see320

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see284

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see276

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see272

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see261

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see259

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see255

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see232

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see227

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see214

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see214

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see209

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see196

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see187

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see186

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see185

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see180

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri