Azərbaycan mediasında hər kəsin Tribunası 16 illik yol
Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün – oktyabrın 3-də, Azərbaycanın internet mediasının ilk nümunələrindən biri olan Tribuna İnformasiya Agentliyi 16 yaşına qədəm qoyur.
2009-cu ildə yaradılan Tribunainfo.az qısa zamanda xəbər məkanı içində özünəməxsus yol seçərək, düzgün, operativ və obyektiv informasiya təqdimatı ilə oxucuların etimadını qazanıb. İllərdir siyasətdən mədəniyyətə, idmandan texnologiyaya, sosial-ictimai mövzulara qədər müxtəlif sahələrdə xəbərləri işıqlandırıb, vətəndaşların tribunasına çevrilib.
Tribunanın əsas məqsədi yalnız xəbər çatdırmaq deyil, həm də ictimai rəyə təsir etmək, problemləri gündəmə gətirmək və müzakirə mühiti formalaşdırmaqdır. Agentliyin komandası bu illər ərzində on minlərlə xəbər, reportaj və müsahibə hazırlayıb.
16 illik keşməkeşli bu yol çətinliklər, yeniliklər və inkişaflarla dolu bir tarixdir.
Bu gün Tribuna İnformasiya Agentliyi təkcə media qurumu deyil, həm də informasiya məkanında brend kimi tanınır.
Qarşıdakı illərdə isə məqsəd daha geniş auditoriyaya çatmaq, rəqəmsal medianın imkanlarından maksimum istifadə etmək və oxuculara daha da yaxın olmaqdır.
Tribuna komandası oxucularına təşəkkür edir, çünki 16 ilin uğuru birgə yazılıb.


