Icma.az
close
up
RU
Əkinçi” xalqın tribunası

Əkinçi” xalqın tribunası

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

XIX əsrdə Azərbaycanda maarifçilik hərəkatı ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisə ki­mi yadda qaldı. Bu dövrdə cəhalətə, dini fanatizmə və sosial ədalətsizliyə qarşı çıxan maarifçi ziyalılar xal­qın elmə, təhsilə və mədəni inkişafa yiyələnməsini əsas hə­dəf seçdilər. Böyük maarifpərvər ziyalı Həsən bəy Zər­­dabi bu hərəkatın öncüllərindən biri kimi çıxış edə­rək xalqın oyanışı və tərəqqisi uğrunda yorul­ma­dan ça­lış­dı. Onun yüksək amallar uğrunda apardığı mü­ba­ri­zə­nin nəticəsi olaraq ilk milli mət­bua­tımızın əsa­sı qoyuldu.

İmperiya əsarəti dövründə mövcud olan bütün çə­tinliklərə, senzura və təzyiqlərə baxmayaraq, böyük maarifçi və vətənpərvər ziyalı Həsən bəy Zərdabi 1875-ci il iyulun 22-də ilk nömrəsi nəşr olunan “Əkinçi” qəzeti vasitəsilə xalqın milli kimliyini ifadə et­məyə müvəffəq oldu. “Əkinçi” təkcə bir qəzet de­yil­di, bu nəşr uzun illər boyu susdurulmuş bir xalqın sə­si, milli düşüncənin təməli və maarifçilik ide­ya­la­rı­nın car­­çısı idi. Həsən bəy Zərdabi bu qəzet vasitəsilə cə­­ha­lə­tə, geriliyə və xurafata qarşı mübarizə apardı, xalqı el­mə, təhsilə və milli oyanışa səslədi. “Əkinçi”nin nəşri Azər­baycan milli mətbuatının başlanğıcı olmaq­la ya­na­şı, xalqın milli şüurunun formalaşmasında mü­hüm rol oy­nadı, gələcəkdə baş verəcək azadlıq və müs­­tə­qillik ide­yalarının toxumlarını səpdi.

“Əkinçi” qəzeti yalnız bir mətbuat orqanı deyil, ey­ni zamanda xalqın tribunası, onun duyğularının, dü­­şüncələrinin və arzularının ifadə olunduğu bir meydan idi. Bu nəşr Azərbaycanda xalqı düşünən, onun dər­­dini çəkən, gələcəyi üçün narahat olan ziyalıları və maarif­­pərvərləri bir araya toplamağı bacardı. Təx­mi­nən iki illik fəaliyyəti dövründə “Əkinçi” qəzeti Azər­bay­can xalqının ictimai şüurunun formalaşmasında müs­­təsna xidmətlər göstərdi.

Eyni zamanda “Əkinçi” qəzetinin təsiri ilə
 Azər­bay­canın maarifpərvər ziyalıları daha da fəallaşdı, cə­miy­yətdə milli düşüncə və oyanış prosesi sürətləndi. Həsən bəy Zərdabinin başladığı bu iş, sonrakı illərdə Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Üzeyir bəy Hacıbəyli kimi görkəmli, tarixi şəxsiyyətlərin fəaliyyətinə böyük təsir göstərdi.

Məhz “Əkinçi” ilə başlanan yolla mütərəqqi zi­ya­lı­larımızın sayəsində Azərbaycanın milli intibah döv­rü­nün təməli qoyuldu, mədəniyyət, ədəbiyyat və təh­sil sahələrində yeni bir mərhələnin başlanğıcı yarandı.

“Əkinçi” təkcə dövrünün maarifçilik ideyalarının daşıyıcısı olmaqla kifayətlənmədi, həm də gələcəkdə Şərqin ilk dünyəvi və demokratik dövləti kimi tarixə düşəcək Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji tə­­məllərinin formalaşmasında mühüm rol oynadı. “Əkinçi” fəaliyyəti ilə milli istiqlal yolunun ilk bə­ləd­çisi ol­du və Azərbaycan Xalq Cümhuriyyətinin qurul­ma­sın­da və fəaliyyətində əhəmiyyətli rol oynadı.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan son­ra, ölkəmiz uzun müddət sovet imperiyasının tər­ki­bində əsarət və ideoloji basqılar altında yaşadı. Bu dövrdə milli düşüncə, azad fikir və sərbəst mətbuat məh­dudlaşdırıldı. Nəhayət, 1991-ci ildə Azərbaycan ye­nidən müstəqilliyini bərpa etdikdən sonra əsarət il­lərinin yaratdığı səssizliyi aradan götürüldü və öl­kə­mizdə azad mətbuat yaranmağa başladı.

Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi ha­ki­miy­yətə qayıdışından sonra Azərbaycanın müs­tə­qil mətbuatı yeni bir inkişaf dövrünə qədəm qoydu. Öl­kədə ictimai-siyasi sabitlik bərpa olunduqca söz və ifa­də azadlığı sahəsində də mühüm islahatlar həyata keçirildi. Ən mühüm addımlardan biri mətbuatda senzuranın ləğvi oldu. Bu tarixi qərar azad mətbuatın in­kişafı üçün mühüm hüquqi zəmin yaratdı. Azad sö­zə olan basqılar aradan qaldırıldı, dövlət orqanlarının media ilə əməkdaşlığı inkişaf etdi. Ülu öndər Heydər Əliyev hakimiyyəti dövründə dövlətin mətbuata mü­nasi­bə­tin­də diqqət və qayğı əsas prinsipə çevrildi. Medianın mad­di-texniki bazasının gücləndirilməsi, jurnalist­lə­rin hüquqlarının müdafiəsi və peşəkarlığın artırıl­ma­sı istiqamətində atılan addımlar müstəqil mətbuatın sağ­lam şəkildə inkişafına yol açdı.

Daha sonrakı illərdə bu sağlam ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Azad və obyektiv medianın cəmiyyətdəki rolu daha da də­rin­ləşdi, dövlət tərəfindən mətbuatın inkişafına gös­tə­ri­lən diqqət və qayğı artırıldı. Prezident İlham Əliyev me­dianı cəmiyyətin ayrılmaz bir hissəsi, dövlətlə xalq ara­sında körpü rolunu oynayan önəmli bir sahə kimi dəyərləndirdi. Jurnalistlərin sosial rifahının, xüsusilə də mənzil şəraitlərinin yaxşılaşdırılması və evlə təmin olunmaları istiqamətində mühüm addımlar atıldı. Bu, döv­lətin mətbuata olan münasibətinin yalnız sözlə de­­yil, əməli dəstəklə müşayiət olunduğunu bir daha nü­mayiş etdirdi. Görülən tədbirlər nəticəsində media sa­həsində peşəkar və azad jurnalistikanın inkişafı üçün əlverişli şərait yaradıldı. Bütün bu uğurların mən­tiqi nəticəsi olaraq, şərəfli və keşməkeşli bir yol keç­­­miş, öz üzərinə düşən tarixi missiyanı ləyaqətlə ye­­­rinə yetirmiş Azərbaycan Milli Mətbuatı bu gün özü­­nün inkişaf dövrünü yaşayır. Hal-hazırda 150 illik yubileyinə doğru addımlayan milli mətbuatımız ta­rix boyu qazandığı dəyərləri və təcrübəni qoruyaraq ye­ni dövrün çağırışlarına uyğun şəkildə fəaliyyətini da­vam etdirir. Mətbuatımız təkcə informasiya daşı­yı­cı­sı deyil, həm də Vətənə, dövlətə və millətə sədaqət kimi unikal dəyərlərin daşıyıcısıdır. Peşəkarlıq, ob­yek­­­tivlik və ictimai məsuliyyət prinsiplərinə əsas­la­nan bu mətbuat ənənəsi, Azərbaycan cəmiyyətinin maarif­lənməsi, milli birliyin möhkəmləndirilməsi və dövlətçiliyimizin gücləndirilməsi yolunda mühüm rol oynayır.

Xumar Məmmədova, 
Filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyul 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri