Icma.az
close
up
RU
Dilimizin təbliğat tribunası...

Dilimizin təbliğat tribunası...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya Radio Günüdür

Radio nüfuzlu və kütləvi media yayımı vasitələrindən biridir. Bu kütləvi informasiya vasitəsi bir əsrdən artıqdır ki, insanların məişətinə daxil olmaqla bərabər, onların həyat tərzində mühüm rol oynayır. Eyni zamanda, radio bir rabitə sistemi kimi fövqəladə hallarda geniş və əvəzsiz imkanlara malikdir. Bundan başqa, radio həm də dilimizin təbliğat tribunasıdır. Elektron mediumlar arasında ən köhnəsi olan radionun - “qulaq dostumuzun” yaranmasının uzun bir tarixi var. Hazırda gördüyümüz, daha doğrusu, dinlədiyimiz radionun ərsəyə gəlməsi 1894-cü ilə gedib çıxır.

Bu gün Dünya Radio Günüdür. Bu günün təsis edilməsi barədə qərar UNESCO-ya üzv dövlətlər tərəfindən 2011-ci ildə qəbul olunub. 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası fevralın 13-nü Dünya Radio Günü elan edib. Həmin tarixin seçilməsi təsadüfi deyil. Belə ki, 1946-cı il fevralın 13-də BMT-nin mənzil-qərargahında BMT radiosu ilk dəfə efirə çıxıb.

Radio təkcə texniki vasitə kimi deyil, eyni zamanda, demokratik müzakirənin formalaşması və möhkəmlənməsinin baş verdiyi informasiya məkanıdır. Bu gün bütün radio dinləyiciləri, audiovizual mütəxəssislər və yayımçılar təkcə radionun xüsusiyyətlərinə hörmətlə yanaşmağa deyil, həm də onun sülhü təşviq etmək üçün unikal alətə çevrilməsinə töhfə verməyə dəvət edilir.

Radio necə yaranıb?

Radionun tarix meydanına çıxması üçün səsin yazılıb-yenidən canlandırılması, bundan daha önəmlisi isə fəzada mövcud olan elektromaqnit dalğalarının tapılıb bəşəriyyətin ixtiyarına verilməsi zəruri idi. Səsyazmanın tarixi 13-cü əsrdə-Almaniyada qraf “Böyük Albert”lə başlasa da, sonralar Fransa (J.Dyuqamel və L.Skot), Böyük Britaniya (T.Yunq) və Rusiyada (A.Krotsenşteyn) davam etdirilsə də proses 19-cu əsrdə ABŞ-da sona çatdı. Məşhur ixtiraçı T. Edison davamlı sınaqlardan sonra 1877-ci ilin dekabrında düzəltdiyi fonoqrafın qarşısında həyəcanla “Meri və onun körpə quzusu” adlı uşaq şeirini söyləyir. Bir dəqiqədən sonra ixtiraçının köməkçisi C.Krues heyrət içində aparatın həmin şeiri anlaşılmaz şəkildə təkrar etdiyini eşidir. Beləliklə, səsin dəqiq yazılması və onun yenidən eşidilməsi kəşf olunur, lakin bu, radionun kəşfi demək deyildi. Bundan əvvəl teleqrafın (1837), Morze əlifbasının (1843), telefonun (1876) və səsin telefonla ötürülməsinin (1880) kəşfi də hələ radionun ixtirasını yaxınlaşdırmırdı. Bunun üçün fəzadakı elektromaqnit dalğaları kəşf olunmalı, bu dalğaların axını insanın iradə və istəyinə tabe edilməli, məlumatı naqilsiz, yəni elektromaqnit dalğaları ilə uzağa ötürmək üsulu meydana çıxmalı idi.

Kəşf kimindir: Markoni, yoxsa Popov?

Radionun kəşfi 1894-cü ildə italiyalı mühəndis, radiotexnik Qulyelmo Markoniyə nəsib olur. Uzaq məsafəyə hava dalğaları ilə simsiz xəbər göndərmək marağını təmin etmək üçün Boloniyadakı evinin damında inadla təcrübələr aparan ixtiraçı nəhayət, öz istəyinə çatır.

Markoni hələ məktəbliykən beynindən çoxlu ixtiralar etmək istəyi keçirdi. 20 yaşında olarkən elektromaqnit dalğaları haqqında oxuduğu bir yazı onu çox cəlb etdiyindən gənc mühəndis eksperimentlərə başladı. O, xəyali olanları praktikada tətbiq etmək qərarına gəldi. Markoninin valideynləri övladlarının çox xərc aparan eksperimentləri üçün pullarını əsirgəmədilər. Maraq, bilik və praktik bacarıq 20 yaşlı bu gənci bütün Avropada məşhurlaşdırdı. İtaliyada yaşayan Markoni 21 yaşında İngiltərəyə köçdü və orada naqilsiz rabitə şirkəti yaratdı.

Q.Markoni ilə təxminən eyni vaxtda, 1895-ci ildə rus mühəndisi Aleksandr Popov da elektromaqnit dalğalarını kəşf etmiş və onun tapıntısı dərhal təcrübədə sınaqdan keçirilmişdi. Elektromaqnit dalğaların mövcudluğunu göstərməyin daha həssas və etibarlı üsulunu tapan A.Popov bu dalğaları bilavasitə qeydə alan “Kogerer” adlı ölçü cihazı da düzəltmişdi. 1900-cü ilin sərt qışında Finlandiyada - Lavensaari gölündə qəzaya uğramış balıqçıların xilas edilməsində A.Popovun təklif etdiyi bu cihaz radioteleqraf kimi mühüm rol oynadı və bundan sonra rus mühəndisinin ixtirasına diqqət xeyli artdı. Son dövrlərdə, yəni dünya elmi ilə təmaslar artdıqca, o cümlədən radionun tarixi ilə bağlı dəqiq bilgilər çoxaldıqca Rusiya alimləri yanlış olaraq “radionu kim kəşf edib? Markoni, yoxsa Popov?” dilemmasını ortaya atmağa çalışırlar. Əlbəttə, radionun inkişafında A.Popovun xidmətləri danılmazdır. Amma dünya radionun banisi kimi Markonini tanıyır. Amma yaxşıdır ki, bu sahədə A.Popovun ixtiraları da danılmır. Məsələn, son dövrün bir çox sorğu kitablarının səhifələrində Markoni və Papov “barışdırılır”.

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Fevral 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see384

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see373

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see353

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see346

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see303

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see278

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see213

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see208

Azərbaycan kinosunun ən uğurlu 18+ filmi (VİDEO)

11 İyul 2026 05:19see201

Qələbənin memarı: Cənab Ali Baş Komandan kitabının təqdimatı olub

11 İyul 2026 14:34see184

Öldürülsə, İrana görünməmiş zərbələr endirməyi tapşırıb

10 İyul 2026 21:02see182

Yamal Fransaya meydan oxudu “Onların qorxmalı olduğu komanda bizik”

11 İyul 2026 02:23see170

Dünyanın gözü Hörmüzdə: ABŞ nin İrana verdiyi vaxt bitir, gəmilər radarlardan itir

11 İyul 2026 09:02see165

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see165

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see163

Başmaqdan yaranan suluqlar qadını xəstəxanalıq etdi

10 İyul 2026 22:10see159

“Rihanna dördüncü dəfə ana olacaq”

11 İyul 2026 08:41see159

Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu (Video)

12 İyul 2026 01:03see155

FİFA ingilis referilərə Argentina oyunlarında hakimlik etməyi qadağan edib

11 İyul 2026 05:13see153

Fidan: Kiçik bir səhv yeni böhrana səbəb ola bilər

10 İyul 2026 21:46see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri