Icma.az
close
up
RU
Azərbaycan məhsulları üçün nəhəng bazar Çinlə ticarətin perspektivləri

Azərbaycan məhsulları üçün nəhəng bazar Çinlə ticarətin perspektivləri

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Son illərdə Azərbaycanla Çin arasında iqtisadi və ticarət əlaqələrinin genişlənməsi müşahidə olunur. Hazırda Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. 2023-cü ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 3.1 milyard ABŞ dolları təşkil edib. 2024-cü ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 20.7 faiz artaraq 3.7 milyard ABŞ dollarına yüksəlib. Bu ilin yanvar-aprel aylarında isə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 37 faiz artaraq 1.4 milyard dolları üstələyib.
Ənənəvi olaraq enerji resursları ixracda üstünlük təşkil etsə də, artıq kənd təsərrüfatı və emal məhsullarının da Çinə ixracı gündəmdədir. Azərbaycandan Çinə fındıq və badam ixracına hazırlıq gedir. Artıq Çinə toyuq ayaqlarının ixracı məsələsi də gündəmdədir.
Demokrat.az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
Bəs, görəsən, bu bazar Azərbaycan üçün hansı perspektivlər vəd edir? Növbəti mərhələdə daha hansı məhsullarımızın Çinə ixracı mümkündür?
İxracda yeni hədəflər
Millət vəkili Vüqar Bayramov deyir ki, Çin istehlakçı sayına görə dünyanın ikinci bazarıdır: "Eyni zamanda, alıcılıq qabiliyyəti baxımından da Çin bazarı qlobal olaraq seçilir. Təbii ki, burada kifayət qədər böyük tələb var. Qiymətləndirmələr göstərir ki, Azərbaycanın Çinə ixracatında daha çox üstünlük ərzaq və kənd təsərrüfatı məhsullarına verilə bilər. Ərzaq məhsulları baxımından Çin bazarı Azərbaycan üçün kifayət qədər cəlbedici və rentabelli hesab olunur. Xüsusən nəzərə alsaq ki, Azərbaycan idxalda artıq Çinlə ən böyük tərəfdaşdır. Bu kontekstdən həm də bizim ixrac potensialımızı artırmaq lazımdır. Çünki Çindən daha çox məhsul idxal etdiyimizdən vacib məqamlardan biri də odur ki, bu ölkəyə ixracın artırılmasına nail olaq".
Millət vəkilinin fikrincə, Çin bazarına ərzaq məhsulları ixracı üçün geniş imkanları var: "Məsələn, həm meyvə suları, həm xammal, eləcə də emaledici kənd təsərrüfatı məhsullarının Çin bazarına çıxarılması potensialı yüksək qiymətləndirilir".
İstehsalın artırılmasına ehtiyac var
İqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, Çin bazarı qeyri-neft sektoru üçün əhəmiyyətli ola bilər: "Çinlə Azərbaycanın geniş ticarət əlaqələri var. Amma biz daha çox bu ölkədən idxal edirik, ixrac zəifdir. Əslində nə istehsal edə biliriksə, onu Çinə ixrac etmək mümkündür. Bazara girmək üçün çinli tərəfdaşlarla əlaqə qurulmalı, ixrac ediləcək məhsul rəqabətli olmalıdır. Çünki Çin bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı üzrə çox yaxşı inkişaf edib, özlərinin bərəkətli torpaqları var.
Təəssüf ki, hazırda Çinə əsasən, neft-kimya məhsulları ixrac edə bilərik. Yəni, biz xammal ixrac edən ölkəyik. Qızıl, neft-qaz, müəyyən qədər kənd təsərrüfatı məhsulları, pambıq çiyidi, gübrə və s. Normal istehsal olmalıdır ki, ixracın şaxələndirilməsi barədə düşünə bilək".
Rusiya bazarından asılılıq azalar
Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti Emin Qəriblinin fikrincə, Çin bazarı Azərbaycan üçün böyük perspektivlər vəd edir. Ekspert vurğulayır ki, bu ölkə Azərbaycanla əlaqələrini genişləndirməkdə maraqlıdır: "Bunun bir neçə səbəbi var. Ərazimizdən keçən nəqliyyat dəhlizi, neft-kimya sənayemizin, kənd təsərrüfatının inkişafı üçün geniş potensialın olması Azərbaycanın cəlbediciliyini artırır. Artıq Çin də investisiya cəlb edən ölkədən investisiya yatıran ölkəyə çevrilib. Azərbaycan məhsul ixrac etməkdən daha çox Çin investisiyalarını cəlb etməkdə maraqlıdır. Lakin bu bazar Azərbaycan üçün böyük perspektivlər vəd edir. Bizim əsas hədəfimiz kənd təsərrüfatı məhsullarıdır. Çünki biz bu məhsulları əsasən Rusiya bazarlarına ixrac edirik. Orada zaman-zaman müəyyən dəyişikliklər baş verir, bürokratik maneələr meydana çıxır. Ona görə bu sahəni diversifikasiya etsək yaxşı olar, Rusiya bazarından asılılıq azalar. Düzdür, Çinə məsafə bir qədər çoxdur. Amma bu gün yaradılan infrastruktur layihələri gələcəkdə imkan verəcək ki, daha ucuz xərclə Çin bazarına çıxa bilək".
"Orqanik məhsullar Çin bazarında rəqabətlidir"
E.Qəribli qeyd edir ki, hazırda Çin bazarında orqanik məhsullara tələbat yüksəkdir: "Çin əhalisi 1.4 milyardı keçən, varlı və orta təbəqəsi durmadan artan, sağlam, təbii qida istehlakına marağı olan nəhəng bir bazardır. Azərbaycanın ekoloji cəhətdən təmiz məhsulları bu kontekstdə diqqət çəkə bilər. Çünki bazar böyük olduğundan orada istehlakçı tələbatını qarşılamaq üçün geni dəyişdirilmiş məhsullar təklif olunur. Hesab edirəm ki, Azərbaycanda bütün məhsullar məhz orqanik məhsul olaraq ixtisaslaşarsa, daha yaxşı olar. Bunun üçün bizdə kifayət qədər potensial mövcuddur. Xurma, gilas, ərik və s. meyvələrin keyfiyyətinin saxlanması və bu bazara ixrac olunması mümkündür".
Quru meyvə, ədviyyat və bal
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov hesab edir ki, Çin bazarına aqrar məhsullarla çıxmaq daha uğurlu ola bilər: "Məsələn, bu bazara quru meyvələr və müxtəlif ədviyyatların ixracı mümkündür. Amma bizdə bu sahədə istehsal o qədər də geniş deyil. Hazırda ancaq fındıq, qoz və badam kimi məhsulların ixrac imkanı var. Amma bal və bal məhsullarının Çinə ixracı çox perspektivli ola bilər. Dünyada ən çox bal istehlak və idxal edən ölkələrdən biri Çindir. Düzdür, öz istehsalları var, amma tələbatı tam ödəyə bilmirlər. Biz bu ölkəyə maksimum təxminən 100-150 ton bal göndərə bilərik. Bu çox azdır, əgər istehsal həcmi artarsa, ixrac imkanlarımız da genişlənər. Ümumiyyətlə, Azərbaycan balı keyfiyyətli olduğundan dünya bazarında ona yüksək tələb var. Bu sahəni inkişaf etdirə bilsək, ciddi gəlir əldə etmək mümkündür".
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Avqust 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri