Icma.az
close
up
RU
Çinlə yaxınlaşma Azərbaycan üçün mühüm üstünlüklər yarada bilər ŞƏRH

Çinlə yaxınlaşma Azərbaycan üçün mühüm üstünlüklər yarada bilər ŞƏRH

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Bu gün dünyada gedən böyük dəyişikliklər hər bir ölkəni daha güclü tərəfdaşlarla əməkdaşlıq etməyə vadar edir. Azərbaycan da bu dəyişikliklər fonunda öz milli maraqlarını qorumaq və inkişafı davam etdirmək üçün müxtəlif ölkələrlə, xüsusilə də Çinlə münasibətlərini gücləndirir. Çin hazırda dünyanın ən güclü iqtisadiyyatlarından biri sayılır və onunla əməkdaşlıq həm iqtisadi, həm də texnoloji baxımdan ölkəmiz üçün böyük əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxışı zamanı qeyd etdi ki, Azərbaycan öz milli maraqlarını qətiyyətlə qoruyur və ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu yeni əməkdaşlıqlar üçün geniş imkanlar açır. 


Heydər Əliyev adına Hərbi İnstitutun professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:


"Vaxtilə Çin iqtisadiyyatının indiki gücdə olmaması ölkənin demoqrafik vəziyyətinə ciddi təsir etməklə, vətəndaşların ölkə xaricinə kütləvi miqrasiya etməsinə səbəb olurdu. Bunu praktik formada biz Azərbaycanda da açıq-aşkar görə bilirdik. Ölkənin hər tərəfində çinlilərin yolboyu gəzərək qeyri-qanuni xırda ticarətlə məşğul olduğunu görmək adi hala çevrilmişdir. Prosesin kritikliyini görən Azərbaycan dövləti məsələnin hüquqi çərçivədə, miqrasiya qaydalarına uyğun tənzimləməyə start verdi və çinlilərin sayı getdikcə azalmağa başladı. Amma zaman ötdükcə Çin iqtisadiyyatının ciddi formada dəyişməsi, güclənməsi və şaxələnməsi vətəndaşların yaşam tərzinə hiss olunacaq dərəcədə təsir göstərməyə başladı. Elmi-texnoloji yeniliklərə əsaslanan sənayesinin durmadan inkişafı, zavod, fabriklərin ard-arda açılması, kütləvi məhsul istehsalı və ixracı işçi qüvvəsinə tələbatı artırdı. Qısa zamanda ölkənin iqtisadi sıçrayışı, sosial rifahın yaxşılaşması çinlilərin hansısa başqa ölkələrə miqrasiya etməsinə və iş axtarmasına ehtiyacı azaltdı.

Belə olan təqdirdə ölkənin digər ölkələrlə münasibətlərində ciddi fərqlər hiss olundu. O cümlədən, Azərbaycanla da əlaqələr çoxşaxəli və dinamik şəkildə inkişaf etməkdədir. Bu münasibətlər dostluq, qarşılıqlı hörmət, iqtisadi əməkdaşlıq və regional təşəbbüslərə dəstək prinsipləri əsasında qurulur. Ölkənin bir çox iri şirkətlərini, fabriklərini məhz çinli iş adamları idarə edirlər. Ölkəyə idxal olunan müxtəlif çeşidli məhsullar arasında Çin istehsalı olanlar əsas yeri tutur.

Bu baxımdan Çin kimi iqtisadi, siyasi, hərbi, texnoloji güc baxımından dünya nəhəngi ilə münasibətlərin gələcək perspektivlərini düzgün dəyərləndirən Azərbaycan hazırkı vəziyyətdə daha düşünülmüş, strateji addımlar atır və atmaqdadır. Azərbaycan Prezidentinin Çinə səfəri və iki ölkənin maraqlarına xidmət edən mühüm sənədlərin imzalanması, ardınca Çinlə viza rejiminin ləğv edilməsi də bunun bariz nümunəsidir".


Politoloq Çinlə əlaqələrin genişləndirilməsinin olduqca vacib olduğunu söyləyib:

"Böyük iqtisadi gücə, rəqabətqabiliyyətli və çevik bazar iqtisadiyyatına malik, müasir texnologiyanın tətbiq edildiyi, yüksək təhsilin və elmin təşviq olunduğu Çinlə əməkdaşlığın daha da dərinləşdirməsi, onun təcrübəsindən effektiv və səmərəli istifadə etməsi olduqca vacibdir.

Xüsusən də Çinin vaxtilə tətbiq etdiyi açıq qapı strategiyasından istifadə olunması-uzunmüddətli vergi güzəştlərinin, liberan gömrük rüsumlarının və s. tətbiq olunması Qarabağ və Şərgi Zərgəzur bölgəsinə investorların (əsasən də çinli investorların) marağının artmasına, maliyyə resurslarının cəlb olunmasına müsbət təsir göstərər. Texnoloji yenilikləri özündə etiva edən zavod və fabriklərin açılması ora köçürülən vətəndaşların daimi işlə təmin olunmasına, sosial rifah halının yükləsməsinə xidmət etmiş olar. Beləliklə, dövlətin bu istiqamətdə yükünün nisbətən azalması ilə paralel iqtisadi gücünün artmasına, iqtisadi sabitliyinin və dayanıqlığının təmin olunmasına, bölgədəki suverenliyinin güclənməsinə imkan yaradacaq.

Digər tərəfdən müasir dünya nizamının yenidən formalaşdığı, milli dövlətlərə basqının artdığı bir məqamda super gücə çevrilməkdə olan Çinlə iqtisadi-siyasi yaxınlaşma ölkənin geosiyasi mövqelərinin möhkəmlənməsinə, hərbi-siyasi gücünün artmasına və nəticə etibarilə milli təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək".


Ekspert ikitərəfli münasibətlərin qarşılıqlı maraqlara əsaslandığını bildirib: 

"Azərbaycan kimi Çin də bölgədə möhkəmlənməkdə maraqlıdır. Yüklərin rahat və təhlükəsiz formada Avropaya daşınmasında Azərbaycanın tranzit ölkə kimi rolunun getdikcə artması Çinin diqqətini cəlb etməkdədir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 İyul 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri