Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Maskın raketi suya düşərək partladı Video

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

Çinlə münasibətlər Azərbaycan üçün nə qədər önəmlidir?

Çinlə münasibətlər Azərbaycan üçün nə qədər önəmlidir?

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin hal-hazırda Çinə səfəri davam edir. Ölkə başçısı Çin rəsmiləri ilə görüşlər həyata keçirir, müəyyən məsələlər müzakirə olunur, sənədlər imzalanır.

Azərbaycan və Çin münasibətlərinin inkişafı ölkəmiz üçün nə qədər önəmlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı Ziyad Səmədzadə bildirdi ki, 30 ilə yaxındır ki, Çin iqtisadiyyatı ilə məşğul olur:

"Bir neçə kitab çap etdirmişəm. Dəfələrlə Çində olmuşam, alimlərlə görüşmüşəm. Çin iqtisadiyyatı bu gün qloballaşan dünyada ABŞ ilə 1–2-ci yerləri bölüşdürür. Çinin tarixi, bəşər sivilizasiyasında oynadığı rol imkan verdi ki, Çin digər ölkələrə nisbətən daha sürətlə, dinamik inkişaf etsin. Azərbaycan artıq 1991-ci ildən Çin ilə münasibətlər qurub. Çin Azərbaycanı tanıyan ilk ölkələrdən biri olub. Ulu öndər Heydər Əliyevin 1994-cü ildə Çinə səfəri, aparılan danışıqlar, imzalanan sənədlər Azərbaycan–Çin münasibətlərinin inkişafında yeni mərhələ oldu. Cənab Prezident ulu öndərin siyasətini davam etdirərək artıq 21 ildən çoxdur ki, Çin ilə iqtisadi əlaqələrin genişlənməsinə, təkmilləşməsinə imkan verir. Çin ilə münasibətlərimizi gündən-günə sağlamlaşdıran səbəblərdən biri odur ki, Azərbaycan Çini vahid dövlət kimi tanıyır. Çinin də Azərbaycana münasibəti onda ifadə olunur ki, ilk günlərdən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb".

Deputat bildirdi ki, Prezident İlham Əliyevin Çində imzaladığı sənədlər inkişaf üçün böyük imkanlar yaradır.

"Bilirik ki, Çin qədim İpək Yolunun mərkəzində yerləşir. Azərbaycan da Cənubi Qafqazda strateji məkanda yerləşən bir ölkədir. Çin rəhbərliyinin irəli sürdüyü yol layihəsi Azərbaycan üçün daimi gəlir mənbəyidir. Çin ilə münasibətlərimizin perspektivinə çox inanıram. Arzum ondan ibarətdir ki, bizim ticarət əlaqələrimizdə ixrac məhsullarımızın xüsusi çəkisi artsın. Çindən dəfələrlə çox məhsul idxal edirik. Amma hələ ixrac potensialımız idxalın yanında kifayət qədər deyil. İmzalanan sənədlər ölkələr arasında əlaqələrin təkmilləşməsinə öz müsbət təsirini göstərəcəkdir. Çin qloballaşan dünyada aparıcı ölkələrdən biridir. Azərbaycanın belə bir ölkə ilə əməkdaşlığı, Çin rəhbərliyinin rəhbərliyimizə qarşı olan münasibəti bu əməkdaşlığın yaxın vaxtlarda müsbət nəticələr verəcəyindən xəbər verir", - deyə Z.Səmədzadə vurğuladı.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Naqif Həmzəyev isə bildirdi ki,  Azərbaycan və Çin münasibətlərinin inkişafı Azərbaycan üçün strateji əhəmiyyət daşıyır.

"Çin dünyanın ən böyük iqtisadiyyatlarından biridir və Azərbaycan üçün əhəmiyyətli investisiya mənbəyi ola bilər. Orta Dəhlizin inkişafı Azərbaycana tranzit ölkə kimi mövqeyini gücləndirməyə imkan verir, bu da logistika və nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi diversifikasiyaya töhfə verir. Çin texnologiya sahəsində dünya liderlərindən biridir. Çinlə əməkdaşlıq Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafına, yüksək texnologiyalar sahəsində bilik və təcrübə mübadiləsinə şərait yaradır. Xüsusilə bərpa olunan enerji sahəsində Çinin təcrübəsindən faydalanmaq Azərbaycanın "yaşıl keçid" hədəflərinə çatmasına kömək edə bilər".

Deputat qeyd etdi ki, beynəlxalq arenada Çin kimi nüfuzlu dövlətlə strateji tərəfdaşlıq Azərbaycanın siyasi mövqeyini gücləndirməyə xidmət edir.

"Xüsusilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çinlə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasət maraqlarının reallaşdırılmasında əhəmiyyətli rol oynayır. Çin Qlobal Cənub ölkələri arasında mühüm təsir qüvvəsinə malikdir. Azərbaycanın COP29-a ev sahibliyi etdiyi və Qlobal Cənubun maraqlarını təmsil etdiyi bir dövrdə Çinlə münasibətlərin gücləndirilməsi bu mövqeyi daha da möhkəmləndirir. Azərbaycanın Çinlə strateji münasibətlərinin inkişafı, bölgədə balanslaşdırılmış xarici siyasət yürütməsinə və müxtəlif güc mərkəzləri ilə əlaqələri diversifikasiya etməsinə imkan verir.

Bütün bu faktorlar nəzərə alındıqda, Azərbaycan-Çin münasibətlərinin hərtərəfli tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Azərbaycanın həm iqtisadi, həm də siyasi maraqlarına uyğun olub, ölkənin beynəlxalq arenada mövqeyini gücləndirməyə və davamlı inkişafına töhfə verir", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Aprel 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

28 Sentyabr 2026 02:24see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

28 Sentyabr 2026 07:50see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri