Icma.az
close
up
RU
Azərbaycan məktəblərində erməni dili öyrənilməlidir! TƏKLİF

Azərbaycan məktəblərində erməni dili öyrənilməlidir! TƏKLİF

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Ermənistanın 3 dövlət məktəbində növbəti tədris ilindən Azərbaycan dili kursları təşkil olunacaq. 2025-2026-cı tədris ilindən etibarən həyata keçiriləcək bu təşəbbüs çərçivəsində 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllü əsasda tətbiq ediləcək və onun həyata keçirilməsi ixtisaslı müəllimlərin mövcudluğundan asılı olacaq. Maraqlıdır, Azərbaycandakı orta məktəblərdə də erməni dilinin tədrisi mümkündürmü?

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə Modern.az-a deyib ki, Ermənistanda Azərbaycan dili fənninin tədrisi uzunmüddətli perspektivdə qarşılıqlı anlaşmanın və dialoqun möhkəmlənməsinə gətirib çıxara bilər.

“Əgər ermənilər bizim mənbələri, ədəbiyyatımızı və tariximizi oxusalar, vəziyyətə daha real baxa bilərlər. Bu zaman onlar dünyanı, eləcə də regionu daha obyektiv görər, uydurma miflərdən uzaq durar və Azərbaycanın mövqeyini daha yaxşı anlayarlar”,- deyə sədr müavini söyləyib.


Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov isə bildirib ki, Azərbaycandakı orta məktəblərdə erməni dilinin tədrisi istiqamətində addımlar atıla bilər və bu, olduqca vacibdir:

“Uzun illərdir ki, Ermənistan Azərbaycanla bağlı müxtəlif layihələr həyata keçirir. Qeyd etmək lazımdır ki, Ermənistan artıq çoxdan Azərbaycanla bağlı elmi tədqiqatlar aparır, ölkəmizi öyrənir. Bu gün bizim də eyni istiqamətdə ciddi addımlar atmağa ehtiyacımız var”.

Deputat həmçinin vurğulayıb ki, biz də Ermənistanı dərindən öyrənməli, onun tarixini, cəmiyyətini, siyasətini və mədəniyyətini ciddi şəkildə araşdırmalıyıq:

“Azərbaycanda bu istiqamətdə müəyyən dövlət qurumları və strukturları tərəfindən addımlar atılır, lakin bu proses mərhələli şəkildə həm orta məktəblərdə, həm də universitetlərdə davam etdirilməlidir.

Bizim üçün region dövlətlərini öyrənmək son dərəcə mühüm əhəmiyyət daşıyır. Bölgənin tarixini dərindən bilmədən oradakı proseslərə hakim olmaq, düzgün siyasət yürütmək mümkün deyil”.

C.Məmmədov onu da əlavə edib ki, təkcə Ermənistanı deyil, Gürcüstanı, Rusiyanı və digər qonşu ölkələri də yaxından öyrənməli, onların dillərini mənimsəməliyik:

“Bu, bizim üçün həm vacib, həm də strateji baxımdan prioritet məsələdir. Bu baxımdan, sözügedən məqsədə mütləq şəkildə nail olmalıyıq. Gec olmadan bu prosesə öz töhfəmizi verməli və onu sistemli şəkildə həyata keçirməliyik”,- deyə deputat qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Noyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri