Icma.az
close
up
RU
44 günlük müharibənin dərsləri öyrənilməlidir TƏHLİL

44 günlük müharibənin dərsləri öyrənilməlidir TƏHLİL

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın qələbəsi xalqın İlham Əliyevə verdiyi tam kart balansı ilə mümkün oldu 

Müasir beynəlxalq münasibətlər sistemində münaqişə və müharibələr artıq lokal xarakterdən çıxaraq qlobal sabitliyi və təhlükəsizliyi ciddi şəkildə təhdid edən əsas faktora çevrilib. Dünyanın müxtəlif bölgələrində davam edən silahlı qarşıdurmalar göstərir ki, müasir müharibələr nəinki uzunmüddətli xarakter daşıyır, eyni zamanda ağır humanitar, iqtisadi və siyasi nəticələr doğurur.

Xüsusilə, 4 ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsi minlərlə insanın həyatına son qoyub, iri şəhərlərin və infrastrukturun dağıdılmasına səbəb olub və qlobal iqtisadi sistemdə dərin çatlar yaradıb. Müharibənin nə vaxt və hansı şərtlərlə başa çatacağı isə hələ də qeyri-müəyyən olaraq qalır.

Digər tərəfdən, qısa müddətdə yekunlaşacağı ehtimal edilən İran ilə Amerika Birləşmiş Ştatları –İsrail cütlüyü arasındakı qarşıdurmanın uzanması da müasir münaqişələrin mürəkkəb və çoxşaxəli mahiyyətini bir daha nümayiş etdirir. Doğrudur, hazırda tərəflər arasında 14 günlük atəşkəs əldə olunub. Amma bu münaqişənin yenidən baş qaldıra biləcəyi və uzunmüddətli davam etmə ehtimalı beynəlxalq ictimaiyyəti narahat edir. Bu qarşıdurma təkcə tərəf dövlətlərə deyil, bütövlükdə dünya iqtisadiyyatına mənfi təsir göstərir, enerji bazarlarında dalğalanmalara və ümumi qeyri-sabitliyə yol açır.

Bütün bu mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycan cəmi 44 gün ərzində Ermənistan üzərində mütləq qələbə qazanaraq yeni bir reallıq yaradıb, fərqli bir tarix yazdı. Otuz ilə yaxın müddət ərzində torpaqlarının beşdə birindən artığı işğal altında saxlanılan, bir milyondan çox vətəndaşı öz doğma yurdundan didərgin düşən bu xalq, nəhayət, 2020-ci ilin payızında alnına yazılan bu ləkəni təmizlədi. 44 gün ərzində Ermənistanı kapitulyasiyaya məcbur edən Azərbaycan müasir dövrdə nadir rast gəlinən “mütləq qələbə” nümunəsi ortaya qoydu. Bu uğur təkcə hərbi üstünlük deyil, eyni zamanda strateji planlaşdırmanın, düzgün siyasi kursun və milli birliyin nəticəsi kimi dəyərləndirilir. Daha sonra 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı Azərbaycanın suverenliyini tam bərpa etməsi ilə nəticələndi və əvvəlki qələbənin məntiqi davamı kimi qiymətləndirildi. Bu proseslər bir daha göstərdi ki, müasir müharibələrdə uğurun əldə olunması yalnız hərbi güclə deyil, həm də siyasi iradə, diplomatik çeviklik və operativ qərarvermə ilə birbaşa bağlıdır. Bu kontekstdə Azərbaycan əsgərinin qəhrəmanlığı və rəşadəti ilə yanaşı, ölkənin ali siyasi rəhbərliyinin rolu xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, prinsipial siyasəti və strateji baxışı Azərbaycanın qələbəsini şərtləndirən əsas amillərdən biri kimi ön plana çıxır. Dövlət başçısının müxtəlif çıxışlarında səsləndirdiyi fikirlər də öz növbəsində bu qələbənin ideoloji və siyasi əsasını təşkil edir.

Bir sözlə, dünyada uzanan və qeyri-müəyyən nəticələrlə müşayiət olunan münaqişələr fonunda Azərbaycanın təcrübəsi həm hərbi, həm də siyasi baxımdan effektiv model kimi çıxış edir və müasir münaqişələrin həlli yolları ilə bağlı mühüm nəticələr çıxarmağa imkan yaradır.

 Tədqiqatçı jurnalist Asəf Quliyev Sherg.az-a bildirib ki, Azərbaycanın milli maraqlarını uca tutaraq münaqişənin həllini hərb, diplomatiya və informasiya müstəvisi üzrə eyni anda apardı. Onun sözlərinə görə, Azərbaycanın Ermənistan üzərində qələbəsini şərtləndirən ən ciddi və başlıca faktor Azərbaycan xalqının Prezident İlham Əliyevə verdiyi tam kart balanş idi: “Heç kim və heç bir halda Ali Baş Komandanın 2020-ci ildə 44 günlük müharibədə və 2023-cü ildə keçirən 23 saatlıq antiterror əməliyyatında qəbul etdiyi qərarları mübahisələndirmədi. Xalqın İlham Əliyevdən bircə tələbi var idi - DAYANMA! Bu məsələnin bir tərəfi. O ki, qaldı ümumilikdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllinə bu münaqişə 30 ildən artıq davam etdi. Burada diqqət yetirməli olduğumuz maraqlı nüanslar var. Bütün münaqişələrin özünəməxsus mərhələləri olduğu kimi, nəzəri baxımdan bütün münaqişələr 4 mərhələyə bölünür.

1. Münaqişənin yaranması

2. Münaqişənin özəlləşməsi

3. Münaqişədən doğan münaqişə

4. Sülhdən doğan münaqişə

44 günlük müharibə məhz sülhdən doğan münaqişə mərhələsi idi. Buna görə də mən hər zaman bu hərbi əməliyyatları “Sülhə məcburetmə” əməliyyatları kimi təqdim olunmasının tərəfdarı olmuşam. Bu gün arıq Azərbaycanın davamı siyasəti nəticəsində sülhdən doğan münaqişə mərhələsi də arxada qalmaqdadır. Ermənistan konstitusiyanı dəyişəcəyi və iddialardan birdəfəlik əl çəkəcəyi təqdirdə sülh axır ki, bərqərar olacaq”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Aprel 2026 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri