Deputat: Uşaqlar tərəfindən törədilən cinayətlərin səbəbləri öyrənilməlidir
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Ölkədə boşanmaların sayının sürətlə artması ciddi narahatlıq doğurur. Məhkəmələrdə işlərin çoxu boşanmalarla bağlıdır. Eyni zamanda, erkən nikah, qohum nikahı və selektiv abortlarla bağlı problemlər də qalmaqda davam edir".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, insanlar da bu məsələyə həssas münasibət ortaya qoymurlar və problem artır:
"Digər bir məsələ isə uşaqların törətdikləri cinayətlərlə bağlıdır. Son bir neçə gündə sırf uşaqlar tərəfindən dörd cinayət törədilib. Uşaqlar tərəfindən törədilən cinayətlərin sayının artması ciddi narahatlıq doğurur və bunun səbəbləri öyrənməlidir".
"Prosesə təsir edən bir neçə məsələ var ki, onlardan biri də televiziyalardır. TV-lər ailə dəyərlərinə mənfi təsir edən məsələlərdən çəkinməlidir. Lakin ailə dəyərlərinə zidd məsələlər bəzi hallarda televiziyalarda müzakirəyə çıxarılır. Amma əgər bir kənddə insanlar 16 yaşlı qızın toyuna gedib iştirak edirlərsə, deməli, onlar da günahkardırlar. Yəni hüquq-mühafizə orqanları ilə yanaşı, cəmiyyət də bu məsələdə həssas olmalıdır. Çünki bugünkü müharibə beyin müharibəsidir. Cəmiyyəti məhv etmək üçün də kənardan ciddi addımlar atılır. İnanıram ki, cəmiyyətimiz dövlətimizlə birlikdə bu məsələlərin öhdəsindən gələcək".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 30 May 2025 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















