Icma.az
close
up
RU
Azərbaycan Mərkəzi Asiyanı Avropaya qovuşduran qardaşlıq körpüsüdür

Azərbaycan Mərkəzi Asiyanı Avropaya qovuşduran qardaşlıq körpüsüdür

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlər yüksələn xətlə inkişaf edərək yeni strateji mərhələyə qədəm qoyub. Tarixi, mədəni və mənəvi bağlarla birləşən bu ölkələr bu gün həm siyasi, həm iqtisadi, həm də nəqliyyat-kommunikasiya sahələrində qarşılıqlı etimada əsaslanan əməkdaşlıq qururlar. Regionda baş verən geosiyasi proseslər, qlobal logistika şəbəkələrinin yenidən formalaşması və yeni iqtisadi çağırışlar Azərbaycanın Mərkəzi Asiyaya inteqrasiyasını daha da aktuallaşdırıb. Bu baxımdan, Azərbaycan Cənubi Qafqazla yanaşı, bütövlükdə, Avrasiya məkanında mühüm strateji mərkəzə çevrilərək Mərkəzi Asiya ölkələri üçün etibarlı tərəfdaş rolunu möhkəmləndirir.

Azərbaycan bu region ölkələri üçün Xəzər dənizi vasitəsilə Avropaya açılan ən qısa və təhlükəsiz yolun təminatçısıdır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində qəbul edilən qərarlar, liman infrastrukturunun modernləşdirilməsi, enerji və nəqliyyat sahəsində yeni layihələrin reallaşdırılması regiondaxili inteqrasiyanı gücləndirir. Eyni zamanda, Mərkəzi Asiya ölkələri Azərbaycanın qeyri-neft ixrac bazarını genişləndirməklə yanaşı, qarşılıqlı investisiya layihələri və sənaye kooperasiyası üçün yeni imkanlar yaradır. Son illərdə ticarət dövriyyəsinin artımı, kənd təsərrüfatı, nəqliyyat-logistika və rəqəmsal texnologiyalar üzrə əməkdaşlığın dərinləşməsi bu əlaqələrin strateji xarakter aldığını göstərir.

Azərbaycanın region üçün vacibliyinin əsas səbəblərindən biri də ölkəmizin yerləşdiyi geostrateji mövqedir. Azərbaycan Şərqlə Qərb, Şimalla Cənubu birləşdirən enerji, nəqliyyat və kommunikasiya körpüsü kimi çıxış edir. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışını təmin edən ən mühüm infrastruktur elementlərindəndir. Bundan başqa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP və TANAP kimi beynəlxalq enerji layihələri region ölkələrinin karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarması üçün geniş potensial yaradır.

Qeyd edək ki, bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə də xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın hazırkı səviyyəsinin məmnunluq doğurduğunu, ticarət dövriyyəsinin sürətli artımını, birgə sənaye və logistika layihələrinin genişlənməsini və qarşılıqlı investisiya fəaliyyətinin daha da dərinləşdiyini vurğulayıb. Müsahibədə həmçinin nəqliyyat, logistika və energetika sahələrində əməkdaşlığın perspektivləri barədə mühüm fikirlər səsləndirilib.

Ölkə başçısının sözlərinə görə, bu gün Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya qurumu fəaliyyət göstərir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sektorları da daxil olmaqla müxtəlif sahələrdə uğurla çalışır və iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə öz töhfəsini verir.

Bildirilib ki, Azərbaycan–Özbəkistan ticarət münasibətləri də son illərdə dinamik şəkildə inkişaf edir. Təkcə 2024-cü ildə ikitərəfli əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-sentyabr aylarında isə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon dollara yüksəlib. Bu göstəricilər iki ölkə arasında ticarət əlaqələrinin sürətlə genişləndiyini təsdiqləyir.

Dövlət başçısı müsahibəsində sərmayə əməkdaşlığının da paralel olaraq gücləndiyini qeyd edib: “2023-cü ildə həm ölkələrimizin daxilində, həm də üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti yaradılıb. Yüngül sənayenin inkişafı üçün yeni imkanlar açan, ənənəvi dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirən birgə müəssisə - Xankəndidə tikiş fabriki xüsusilə diqqətəlayiqdir”.

Bundan başqa, müsahibədə səslənən fikirlərdən aydın olub ki, 2024-cü ildə ölkələrimiz arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir.

Azərbaycanda yaradılmış müasir nəqliyyat infrastrukturundan bəhs edən dövlət başçısı vurğulayıb ki, ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və doqquz beynəlxalq hava limanı ölkənin qlobal nəqliyyat-logistika qovşağı rolunu daha da möhkəmləndirir. O həmçinin qeyd edib ki, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələri üçün əlavə faydalar yaradacaq.

Mövzu ilə bağlı iqtisad elmləri doktoru, professor Fikrət Yusifov XQ-yə bildirdi ki, Azərbaycan son 20 ildən artıq bir zamanda beynəlxalq siyasi müstəvidə elə bir güclü mövqeyə sahiblənə bilib ki, bu gün yalnız region ölkələrinin deyil, dünya nəhəngi olan dövlətlərin strateji tərəfdaşı kimi tanınır:

– Bu gün Azərbaycan dünyanın ABŞ və Çin kimi nəhənglərinin yaxın dostu və tərəfdaşı statusunu əldə edib. Azərbaycanla yaxın münasibətlər qurmuş istənilən dövlət bu dostluq-əməkdaşlıqdan böyük məmnunluq duyur. Azərbaycanla yaxın dostluq və qardaşlıq münasibətində olan ölkələr sırasında Mərkəzi Asiya ölkələri xüsusi yer tutur.

Yenidən qurulan dünya nizamında Mərkəzi Asiya regionunun rolu olduqca əhəmiyyətlidir. Azərbaycanın hərtərəfli strateji tərəfdaşı olan Çinin regiona təsirləri də böyükdür. Həmçinin ABŞ, Avropa Birliyi və onun aparıcı ölkələri son illər ərzində bu regionda nüfuz sahibi olmaq üçün var gücləri ilə çalışırlar.

Xatırladaq ki, ABŞ Prezidenti D.Tramp isə bütün bunların fonunda bu ayın 6-da Mərkəzi Asiya ölkələrinin başçılarını Vaşinqtona dəvət edərək, onlarla G5+1 formatında, ABŞ Mərkəzi Asiya birgə sammitinin keçirilməsinə nail oldu. Cənubi Qafqaza Zəngəzur dəhlizindən keçəcək Tramp yolu vasitəsilə daxil olan Amerika Birləşmiş Ştatları indi eyni uğurla Mərkəzi Asiya istiqamətində mövqelərini genişləndirir. Azərbaycanla strateji müttəfiqliyə doğru irəliləyən ABŞ-ın regiona bu formada gəlişi təsadüfi deyil. Vaşinqtonun Avrasiya siyasətində Cənubi Qafqaz, bu bölgədə yerləşən Azərbaycan və Xəzər dənizi xüsusi strateji əhəmiyyətə malikdir.

Professor daha sonra qeyd etdi ki, Mərkəzi Asiya ölkələri özlərinin qərblə münasibətlərinin uğurlu davamına Azərbaycan müstəvisindən baxırlar. Bu ən doğru seçimdir:

– Çünki Şərqlə Qərbi birləşdirən ən sərfəli sayılan Orta Dəhliz məhz Azərbaycan üzərindən keçir. Bu isə sadəcə bir yol deyil. Dünya ticarətinin inkişafında, Mərkəzi Asiya ölkələrinin Qərb dünyası ilə ticarət və iqtisadi əlaqələrinin inkişafında Orta Dəhlizin misilsiz rolu olacaqdır. Odur ki, Azərbaycan Prezidentinin üçüncü dəfə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə dəvət edilməsi sıradan bir məsələ deyil. Təsadüf deyil ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 dəfə, Azərbaycan Prezidenti isə bu ölkələrə 13 dəfə səfər ediblər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Prezidentinin Daşkənddə keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının növbəti Məşvərət görüşünə dəvət edilməsi, eyni zamanda, hər iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha bir təzahürüdür. İki ölkə arasında münasibətlərin inkişafında çox yaxşı bir dinamika var. Bu, həm iqtisadi müstəvidə, həm də digər bütün sahələrdə müşahidə olunur. Azərbaycan Prezidentinin dediyi kimi, “Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir.

İqtisadçı alim sonda söylədi ki, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun yaradılması, mövcud infrastrukturun genişləndirilməsi və nəticə etibarilə tranzit imkanlarının artırılmasıdır:

– Təbii ki, bu sırada Orta Dəhliz xüsusi əhəmiyyət kəsb edir və bu dəhliz Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit yolu qismində çıxış edir. Yaxın illər ərzində iki qardaş ölkə arasında mövcud potensialdan istifadə edərək qarşılıqlı investisiyaların həcmini artırmaq yolu ilə iqtisadi müstəvidə daha böyük uğurların qazanılacağı heç bir şübhə doğurmur.

Musa BAĞIRLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Noyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see227

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see172

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see161

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see155

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see139

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see139

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see136

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see135

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see134

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri