Azərbaycan Mərkəzi Bankı Gürcüstan Milli Bankı ilə Anlaşma Memorandumu imzalayıb
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Mərkəzi Bankı (AMB) və Gürcüstan Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"GMB-nin sədri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməkdən məmnun olduq. Görüş zamanı qurumlar arasında mövcud əməkdaşlığın cari vəziyyətini müzakirə etdik və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq. Əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi məqsədi ilə Anlaşma Memorandumu imzaladıq. Bu memorandum hər iki ölkənin mərkəzi bankları arasında tərəfdaşlığın inkişafına və maliyyə sektorlarının möhkəmlənməsinə töhfə verəcək. Əminik ki, bu əməkdaşlıq uzunmüddətli və uğurlu olacaqdır", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 06 Mart 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















