Mərkəzi Bankı ilə Gürcüstan Milli Bankı arasında əməkdaşlıq genişləndirilir YENİLƏNİB/FOTOLAR
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gürcüstan Milli Bankının sədri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyətinin Mərkəzi Banka səfəri baş tutub. SİA xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov Gürcüstan Milli Bankının nümayəndə heyətini qəbul edib. Görüşdə bir sıra istiqamətlərdə mərkəzi banklar arasında mövcud əməkdaşlıq əlaqələri çərçivəsində əldə olunan nəticələr ilə bağlı məmnunluq ifadə olunub, ödəniş sistemlərinin müasirləşdirilməsi, risk-əsaslı bank nəzarətin tətbiqi, monetar sferada islahatlar, maliyyə texnologiyalarının tətbiqi, maliyyə savadlılığının artırılması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Mərkəzi Bank ilə Gürcüstan Milli Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi pul siyasəti, maliyyə sabitliyi siyasəti, bank nəzarəti, ödəniş sistemləri, eləcə də maliyyə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsidir. Həmçinin memorandum çərçivəsində təcrübə və məlumat mübadiləsinin aparılması, təlim və birgə seminarların keçirilməsi, texniki məsləhətlərin verilməsi məqsədilə araşdırma və tədqiqat xarakterli səfərlərin təşkili də nəzərdə tutulub.
İmzalanmış memorandum hər iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın daha da möhkənlənməsinə xidmət edəcək, həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin maliyyə sektorunun inkişafına öz töhfəsini verəcəkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 06 Mart 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















