Azərbaycan Mərkəzi Bankı yeni normativin tətbiqini planlaşdırır
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Mərkəzi Bankı (AMB) ötən il təsdiqlədiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində yeni normativin tətbiqini planlaşdırır.
Bunu qurumun sədrinin I müavini Əliyat Məmmədyarov bildirib.
Onun sözlərinə görə, bu normativ "xalis sabit maliyyələşmə nisbəti"dir.
"Hazırda bu istiqamətdə araşdırmalar aparılır. Bu tətbiq bank sektorunun sabit, uzunmüddətli maliyyələşməsinin təşviq edilməsinə, likvidlik mövqeyinin daha uzunmüddətli planlaşdırılmasına, bununla da likvidlik risklərini daha effektiv idarə edilməsinə xidmət edəcək", - deyə sədr müavini qeyd edib.
"Cebheinfo.az"
Baxış sayı:121
Bu xəbər 15 Aprel 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















