Azərbaycan mətbəxi Belqradda ustad dərsində nümayiş olundu Fotolar Video
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Belqradda yerləşən Qonaqpərvərlik və Turizm Məktəbində keçirilən beynəlxalq master-klasda layiqincə təmsil edilib.
“Qafqazinfo” xəbər verir ki, restoran və hotelçilik sektoruna həsr olunmuş bu tədbirdə “Zuğulba Mangal Steak House”un rəhbəri Namiq Məmmədov, eləcə də, “Mangal Zuğulba” və “Zuğulba Sarayı”nın peşəkar aşpaz komandası – Tural Quliyev və Mixail Kozlov xüsusi dəvətlə çıxış edərək ustad dərsi keçiblər.
Bu master-klas zamanı Azərbaycan mətbəxinin özünəməxsus dadları təqdim olunub, komandamızın illərlə formalaşan peşəkarlığı nümayiş etdirilib, qonaqpərvərlik və kulinariya sahəsində iki ölkə arasında təcrübə mübadiləsi aparılıb.
“Bu tədbir bizim üçün yalnız bir ustad dərsi deyil – Azərbaycan kulinariyasının beynəlxalq arenada daha bir uğurlu addımıdır.
Komandamız peşəkarlığı, yaradıcı yanaşması və yüksək mətbəx mədəniyyəti ilə yenidən fərqlənib.
Serbiya və Azərbaycan arasında illərdir formalaşan qarşılıqlı hörmət və dostluq bu tədbirdə bir daha öz əksini tapıb.
Mədəniyyət, qonaqpərvərlik və kulinariya sahəsində tərəfdaşlığımızın güclənməsi bizi daha da qürurlandırır”, - “Zuğulba Mangal Steak House”un instaqram hesabında qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 13 Aprel 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















