Icma.az
close
up
RU
Belqradda azərbaycanlılarla görüş Fotolar

Belqradda azərbaycanlılarla görüş Fotolar

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla münasibətlərin intensivliyi, onların Azərbaycanla əlaqələrinin möhkəmliyi məqsədilə mütəmadi görüşlər təşkil edir.

“Qafqazinfo” xəbər verir ki, bu çərçivədə Serbiyanın paytaxtı Belqradda Azərbaycan icması ilə görüş keçirilib, soydaşlarımızın problemləri, təklif və təşəbbüsləri dinlənilib, diaspor fəaliyyətinin daha səmərəli təşkili məqsədilə müzakirə aparılıb.

Azərbaycan və türk icmasının, eləcə də yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın və Serbiyanın Dövlət himnlərinin səsləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Leyla Həmzəyeva komitənin dünya azərbaycanlılarının təşkilatlanması, milli həmrəyliyin gücləndirilməsi və diaspor şəbəkəsinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihə və proqramlar barədə geniş məlumat verib. Bildirib ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız öz fəaliyyətləri ilə Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, mədəni irsimizin təbliğində və dövlət maraqlarının müdafiəsində mühüm rol oynayır. Qeyd olunub ki, Serbiyadakı Azərbaycan icmasının formalaşdırdığı sağlam ictimai mühit qarşılıqlı etimada, dostluq münasibətlərinə və ortaq milli maraqlara əsaslanır, soydaşlarımızın birgə fəaliyyəti diasporun nüfuzunun ildən-ilə artmasına təkan verir.

Belqrad Universitetinin filologiya fakültəsində fəaliyyət göstərən “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin rəhbəri Günel Babanlı azərbaycanlıların bu ölkədə birlik və həmrəylik içində yaşadığından bəhs edib, həmçinin mərkəzdə Azərbaycan dilinin tədrisi ilə yanaşı, ölkəmizin zəngin mədəniyyətinin, milli adət-ənənələrinin sistemli şəkildə öyrədildiyini söyləyib.

Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları Gülnarə Məmmədova və Orxan Əliyev icma görüşündə iştirak edib.

Görüş konstruktiv müzakirələrlə davam edib. Soydaşlarımız Azərbaycan diasporunun təşkilatlanması istiqamətində aparılan ardıcıl, məqsədyönlü və sistemli işin nəticələrini, əldə olunan nailiyyətləri diqqət mərkəzinə gətirib, göstərilən qayğıya görə dövlətimizə minnətdarlıq ediblər.

Diaspor fəalı, mərhum Zərifə Əlizadənin təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı onun qızına təqdim edilib. Zərifə Əlizadə Serbiyada fəaliyyət göstərmiş tanınmış azərbaycanlı professor, musiqiçi və diaspor xadimidir. Soydaşımız uzun illər Azərbaycan mədəniyyətinin Serbiyada və Balkan regionunda təbliğ olunmasında böyük rol oynayıb.

İcma görüşündə, həmçinin Şərqi Avropada yaşayan Azərbaycanlıların Serbiya üzrə Koordinasiya Şurasına yeni koordinator seçilib.

Serbiyada Azərbaycan icması ilə görüş bədii hissə ilə davam edib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları təkcə 2025-ci ildə 30 ölkəyə 100-ə yaxın səfər həyata keçirib, minlərlə azərbaycanlının və xaricinin iştirakı ilə görüşlər keçiriblər. Baş tutan görüş və məhsuldar müzakirələr dünya azərbaycanlılarının azərbaycançılıq ideyaları ətrafında daha sıx birləşməsinə, milli həmrəyliyin güclənməsinə və diaspor fəaliyyətinin yeni mərhələyə yüksəlməsinə təkan verir.






Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 İyun 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri