Icma.az
close
up
RU
Azərbaycan Milli Kitabxanası “Gil lövhələrdən rəqəmsal arxivlərə: Mərkəzi Asiya kitabxanalarının yolu” mövzusunda Beynəlxalq Konfransda təmsil olunub

Azərbaycan Milli Kitabxanası “Gil lövhələrdən rəqəmsal arxivlərə: Mərkəzi Asiya kitabxanalarının yolu” mövzusunda Beynəlxalq Konfransda təmsil olunub

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən “Mərkəzi Asiya və Azərbaycanda mənəvi irs və maarifçilik” mövzusunda Beynəlxalq Konqres öz işini 14 noyabr tarixində Özbəkistan Respublikası Elmlər Akademiyasının təşkilatçılığı ilə “Mərkəzi Asiyanın tarixi-mədəni irsi: bir keçmiş – ümumi gələcək”, Dini İşlər üzrə Komitənin Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı ilə “Birliyin mənəvi əsasları: həmrəyliyin inkişafında maarif və mənəviyyatın rolu”, Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasının təşkilatçılığı ilə “Gil lövhələrdən rəqəmsal arxivlərə: Mərkəzi Asiya kitabxanalarının yolu”, Özbəkistan Respublikası Kinematoqrafiya Agentliyinin təşkilatçılığı ilə Mərkəzi Asiya Kino Günləri çərçivəsində “Mərkəzi Asiya güzgüsündə sənədli film, kinematoqrafiya sənəti və mədəni dəyərlər”, Özbəkistan Milli Teleradio Şirkətinin  təşkilatçılığı ilə “Mədəni-maarif telekanalları: yeni formatlar və beynəlxalq mübadilə”, Özbəkistan Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə “Renessans obrazları: XXI əsrdə Mərkəzi Asiyanın incəsənət məktəbləri”, Özbəkistan Respublikası Gənclərlə İş üzrə Agentliyin təşkilatçılığı ilə “Gənclik və rəqəmsal dövr: qədim əlyazmalardan süni intellektə”, Özbəkistan Yazıçılar Birliyinin təşkilatçılığı ilə “Söz və dövr: Mərkəzi Asiya ədəbiyyatı mənəvi dirçəliş güzgüsü kimi”, Özbəkistan Bəstəkarlar və Musiqiçilər Birliyinin təşkilatçılığı ilə “Musiqi mədəni dil kimi: Mərkəzi Asiya və Azərbaycanda ənənədən müasirliyə” mövzularında tematik bölmə iclasları formatında davam etdirib.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov “Gil lövhələrdən rəqəmsal arxivlərə: Mərkəzi Asiya kitabxanalarının yolu” adlı Beynəlxalq Konfransda “Mədəni irsin mühafizəsində Azərbaycan Milli Kitabxanasının rolu” mövzusunda məruzə və təqdimatla çıxış edib. Direktor çıxışında qiymətli və zəngin arxiv fondunu yaradaraq gələcək nəsillər üçün mühafizə edən Azərbaycan  Milli Kitabxanasında həyata keçirilən layihələrdən bəhs edib, qeyd edib ki, Milli Kitabxananın fondunda mühafizə olunan Azərbaycan kitab mədəniyyətinin ilk nümunələri, mətbuat tarixinin misilsiz bir hissəsini təşkil edən dövri mətbuat arxivi, dünyanın 20‐ə yaxın dilində olan ən qədim kitablar, muxtəlif elm sahələrinə aid fundamental tədqiqat əsərləri, unikal “Səsyazıları Fondu” böyük əhəmiyyət kəsb edir.

O, qədim köklərə malik olan Azərbaycan musiqisinin çoxəsrlik inkişaf tarixindən, xalqın əsrlər boyunca yaratdığı musiqi sərvətlərinin qorunub saxlanmasında və nəsildən-nəsilə ötürülməsində Azərbaycan Milli Kitabxanasının rolundan, Azərbaycanın musiqi irsinin mühafizəsi və təbliği istiqamətində kitabxananın həyata keçirdiyi layihələrdən, “Elektron musiqi kitabxanası”, həmçinin dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatının klassiklərinə mənsub olan qiymətli əlyazmaların müəyyən olunaraq elektron və kağız nüsxələrinin Milli Kitabxanaya gətirilməsi məqsədi daşıyan “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsindən danışıb.  

Qeyd edək ki, Mərkəzi Asiyanın milli və iri kitabxanalarının direktor və nümayəndələrinin, nadir əlyazma və kitab şöbələrinin rəhbərlərinin, mədəni irsin rəqəmsallaşdırılması və arxiv işi üzrə mütəxəssislərin, kitabxana və informasiya işi üzrə ekspertlərin iştirakı ilə keçirilən tədbirdə iştirakçı ölkələrin mədəni, tarixi və mənəvi irsini, həmçinin ölkələrin müasir nailiyyətlərini əks etdirən nəşrlərdən ibarət “Bir keçmiş – ümumi gələcək” adlı kitab sərgisi də təşkil olunub. Sərgidə nümayiş edilən və hər bir iştirakçı ölkənin tarixinə, ədəbiyyatına, mədəniyyətinə aid kitablar xalqlar arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə vermək məqsədilə yeni açılmış Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin Kitabxanasının fonduna hədiyyə olunacaq.

Beynəlxalq Konqres çəçivəsində eyni zamanda, Özbəkistanın mədəni və mənəvi irsinin beynəlxalq arenada öyrənilməsi, qorunması və təbliğinə həsr edilmiş elmi və nəşr layihələri, sənədli filmlər və interaktiv media formatlar təqdim olunur, Mərkəzi Asiya ölkələrinin dünya sivilizasiyasına verdiyi töhfələri əks etdirən xüsusi sərgilər keçirilir. 

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri