Azərbaycan milliləri Avrasiya Liqasında liderdir
Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın stolüstü tennis üzrə milli komandaları Qazaxıstanda təşkil olunan Avrasiya Liqasında mübarizəni davam etdirirlər.
Apasport.az xəbər verir ki, qadınlardan ibarət yığmamız baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında bu gün yarışın üçüncü turunun Pavlodarda keçiriləcək görüşlərinə çıxacaq.
Ləman Abdulhəmidova, Aylin Əsgərova və Şəbnəm Mansurovadan ibarət komandamız turnirdə ölkəmizi təmsil edir.
Oğlanlardan ibarət seçmə komandamız isə baş məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Almatı şəhərində üçüncü turun oyunlarını keçirəcək. Onur Quluzadə, Adil Əhmədzadə və Rüstəm Hacılıdan ibarət heyət mübarizəyə qoşulacaq.
Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan və Türkmənistan təmsilçilərinin iştirak etdiyi Avrasiya Liqasında iki turun nəticələrinə əsasən, hər iki Azərbaycan komandası 12 kollektivin yer aldığı turnir cədvəlinə başçılıq edir.
Üçüncü tura noyabrın 8-də yekun vurulacaq. Yarışın sonuncu turunun görüşləri isə dekabr ayında keçiriləcək.
Stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir Təmsilçilərimizdən 5 medal Şahin Mustafayev ASTF-in prezidenti seçilib Stolüstü tennisçilər Belçikaya yollanıblar Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 06 Noyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















