Icma.az
close
up
RU
Azərbaycan millisinin heyətində Ukraynaya qarşı oynamağı çox istəyərdim MÜSAHİBƏ

Azərbaycan millisinin heyətində Ukraynaya qarşı oynamağı çox istəyərdim MÜSAHİBƏ

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan millisinin sabiq qapıçısı, əslən Ukraynadan olan Andrey Popoviç Sportal.az saytına müsahibə verib.

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçvisəində İslandiya ilə yanaşı Ukrayna ilə eyni qrupdadır. Qrupdakı digər komanda isə Fransa-Xorvatiya cütünün qalibi olacaq. Səncə, püşkatma Azərbaycan millisi üçün uğurlu olub?

Bəli, püşkatmanın nəticələrinə baxdım. Düzü, güclü qrupdur. Püşkatmanın yaxşı, yoxsa pis olduğunu deyə bilmərəm. Reytinqimizə baxanda, istənilən halda güclü qrupa düşəcəyimiz bəlli idi. İndiki də yaxşı qrupdur. 

Yəqin ki, Ukraynada insanlar Azərbaycanın onlar üçün zəif rəqib olduğunu düşünürlər?

Ukrayna millisinin Azərbaycanı qiymətləndirməyəcəyini düşünmürəm. Valideynlərim və dostlarım mesaj yazıb, qrup haqda danışdılar. Onlara dedim ki, Azərbaycan millisinin heyətində Ukraynaya qarşı oynamağı çox istəyərdim. 

Sən özün necə düşünürsən, Azərbaycan milli komandası Ukraynadan xal ala bilər? Qələbə qazanmaq realdır?

Çətin olacağına çətindir. Amma hər şey mümkündür.  Baxaq da, hansı komanda oyuna necə və hansı formada hazırlaşacaq. Bunu zaman göstərəcək.

Azərbaycan millisi Millətlər Liqasında C divizionundan D divizionuna yuvarlandı. Bu uğursuzluqdan sonra millinin seçmə mərhələ oyunlarında uğurlu nəticə qazanması mümkündür?

Düşünürəm ki, futbolçular özləri də vəziyyəti düzəltməli olduqlarını anlayırlar. Ona görə də, böyük motivasiya ilə meydana çıxacaqlar. Ümidvaram ki, Azərbaycan millisi uğurlu çıxış edəcəklər.

Yəqin ki, millinin rəqiblərindən birinin Fransa olmasını istəməzdin? Onlar vaxtı ilə millimizə 10:0 qalib gəlmişdi. Ötən il isə Fransa Cəbəllütariqə 14:0 qalib gəlib...

Nə deyəcəyimi heç bilmirəm. Təbii ki, belə hesabla uduzmaq istəməzdim. Amma futbolçu kimi Fransaya qarşı oynamaq və belə bir rəqiblə gücümü sınamaq istəyərdim. Azərbaycan millisinin bütün rəqiblərlə görüşdə sona qədər mübarizə aparacağını düşünürəm.

Azərbaycan - Ukrayna matçlarında hansı komandaya azarkeşlik edəcəksən?

Bunu söyləmək çətindir. Çünki bunlar mənim üçün iki doğma ölkədir. Ona görə də yaxşı futbola köklənəcəyəm. 

Mirbağırağa

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://sportal.az
archiveBu xəbər 17 Dekabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see204

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see203

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see202

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see201

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see183

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see140

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see137

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see136

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see133

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see127

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri