Icma.az
close
up
RU
Azərbaycan müasir, güclü aqrar iqtisadiyyat yaradır

Azərbaycan müasir, güclü aqrar iqtisadiyyat yaradır

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aqroparklar isə kəndə yeni istehsal mədəniyyəti gətirir

Azərbaycanda 2004-cü ildən indiyədək regionların sosial–iqtisadi inkişafı ilə bağlı layihələrin uğurla reallaşdırılması rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına müsbət təsir göstərib, bununla da ölkəmizin strateji inkişaf hədəflərinin gerçəkləşməsinə əhəmiyyətli töhfə verib. 

Bütün bunlarla bərabər, aqrar sektorun subsidiyalaşdırılması və vergi azadolmaları, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, investisiyaların və ixracın təşviqi, digər dövlət dəstəyi mexanizmləri regional inkişafın sürətlənməsində, kənd təsərrüfatında, eləcə də emal sənayesində yüksək göstəricilərin əldə edilməsində mühüm rol oynayıb. Regionlarda yaradılan aqrar-sənaye komplekslərində sahibkarlığın müasir dünya təcrübəsi əsasında inkişafı üçün əlverişli investisiya mühiti formalaşdırılıb. Sənaye parkları və məhəllələrinin rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular isə ƏDV-dən və gömrük rüsumlarından azad olunub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması layihələri davamlı şəkildə həyata keçirilib. Real sektora özəl investisiyaların cəlbini gücləndirmək məqsədilə dövlətimizin başçısının 2016-cı il 18 yanvar tarixli fərmanı ilə təsdiqlənən “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”na əsasən, həmin sənədinin verilməsi davam etdirilib. Eyni zamanda, sahibkarlıq sahəsində yoxlamaların, lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, bütün bunlarla bağlı dövlət dəstəyinin daha da artırılması sahibkarların xərclərinin azalmasına səbəb olub.

Müvafiq dövlət proqramları çərçivəsində regionlarda kənd təsərrüfatının inkişafı siyasətinə uyğun olaraq aqrar-sənaye parkları və məhəllələrinin fəaliyyətinin təşkili və genişləndirilməsi istiqamətində işlər indiyədək uğurla davam etdirilib. Qeyd edək ki, aqroparklar torpaq sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, yeni istehsal və emal sahələrinin yaradılması, müasir suvarma sistemlərinin tətbiqi üçün innovativ və əlverişli mexanizmdir. 

Son illərdə bu aqrar-sənaye komplekslərinin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində rolu getdikcə gücləndirilib, bu sahənin sahibkarlığın inkişafı, kiçik, orta və iri təsərrüfatların qarşılıqlı faydalı əməkdaşlığı üçün əlverişli platformaya çevrilməsinə xüsusi önəm verilib. Məsələn, Yevlax Pilot və “Araz Vadisi İqtisadi Zonası” parklarının səmərəli fəaliyəti təmin olunub. 

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatında bildirilir ki, ümumi ərazisi 2 min 807 hektar olan və 55,2 milyon manatadək investisiya yatırılacağı nəzərdə tutulan Yevlax Pilot Aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk dövlət aqroparkıdır. Burada 2 min 280 hektar sahədə 34 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb.

Məlumata görə, aqroparkda, ümumilikdə, 55,2 milyon manatadək özəl investisiyanın yatırılması ilə 331 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulub. İndiyədək rezidentlər tərəfindən 44 milyon manat investisiya qoyulmaqla 121 daimi, 457 mövsümi iş yeri açılıb. 21 rezident tərəfindən 1199 hektar ərazidə əkin işləri aparılıb, 412,5 hektar sahədə intensiv və superintensiv meyvə bağları salınıb. Aqroparkda 1,1 min ton buğda, 0,6 min ton arpa, 0,4 min ton pambıq və 660 min ədəd ting istehsal olunub. Həmçinin aqroparkda 2024-cü ildə yığım da həyata keçirilib və bağlar yeni salındığı üçün, ümumilikdə, 44 ton çəyirdəkli meyvə yığılıb. Artıq bu aqroparkın ərazisinin 80 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib.

Ölkəmizdə iqtisadiyyatın inkişafına, ixrac potensialının artırılmasına, rəqabətqabiliyyətli məhsul istehsalına mühüm töhfə verməyi qarşıya önəmli vəzifə kimi qoyan “Araz Vadisi İqtisadi Zonası” 200 hektar ərazini əhatə edir. Parkın aqrar məhsulların emalı, sənaye, sosial və texniki zonalara bölünəcəyi nəzərdə tutulur. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri və digər sahələri əhatə edən məntəqələrin yaradılması planlaşdırılır. 

“Araz Vadisi İqtisadi Zonası”nda sənaye istehsalı müəssisələrinin təşkili ilə bərabər, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal, eyni zamanda, xidmət sahələrinin yaradılması da planlaşdırılır.

Yeri gəlmişkən, iqtisadi zonada naxçıvanlı sahibkarların da fəaliyyət göstərmələri nəzərdə tutulub. Belə ki, sənaye parkında muxtar respublika sahibkarlarının logistik fəaliyyəti üçün 14 hektar sahə müəyyənləşdirilib. Ərazidə Naxçıvan Sahibkarlar Konfederasiyasının vasitəsi ilə logistik anbarların yaradılması, ilkin mərhələdə əsasən, tikinti materiallarının satışı planlaşdırılıb. 

“Araz Vadisi İqtisadi Zonası” yerləşdiyi coğrafiyanın, eləcə də bölgənin qeyri-neft sənayesinin sürətli inkişafına önəmli təsir göstərəcək. Eyni zamanda, bu kompleks respublikamızın ixrac potensialının artırılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına, ölkəyə valyuta axınının, investisiyaların artmasına yeni imkanlar açacaq. 

Qeyd edək ki, azad olunmuş ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsində, xüsusilə aqrar-sənaye sahəsində məşğulluğun təmin olunmasında mühüm rol oynayan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı “Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının yaradılması haqqında” Prezident İlham Əliyevin 4 oktyabr 2021-ci il tarixli Fərmanı ilə Cəbrayıl rayonunda yaradılıb.

Parkın logistik imkanlar baxımından əlverişli ərazidə yaradılması investorların diqqətini cəlb edən əsas amillərdən biridir. İqtisadi zonanın yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşməsi də onun uğurlu fəaliyyəti üçün zəmin yaradır. Belə ki, parkın ərazisindən həmin magistral yollara birbaşa giriş-çıxışın təmin edilməsi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və əksinə, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınmasına imkan verir. 

Parkın prioritet istiqamətləri kimi logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin təşkili müəyyənləşdirilib. Bütün bu amillər həm yerli, həm də xarici iş adamalarının marağına səbəb olub.

İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirildiyinə görə, artıq “Araz Vadisi İqtisadi Zonası”nın 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. Hazırda 16 rezidentin və 2 qeyri-rezidentin fəaliyyət göstərdiyi bu sənaye parkına, ümumilikdə, 130 milyon manatdan çox investisiyanın yatırılması, 1800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulub. İndiyədək iqtisadi zonada görülən işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. Parkın 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. Parkda 1 müəssisənin fəaliyyəti gerçəkləşdirilib, 5-dən çox müəssisənin tikintisi isə sürətləndirilib. 

Xatırladaq ki, işğalçıdan təmizlənən torpaqların dirçəlməsi, bu ərazilərə yeni nəfəs verilməsi strategiyasında sənayeləşmə siyasəti xüsusi yer tutur. Başqa sözlə, Qarabağ və Şərqi Zəngəzurda sənaye parklarının qurulması və bu müəssisələrə investisiya cəlb olunması bölgənin resurslarından, həmçinin iqtisadi imkanlarından yararlanmaqla adları çəkilən iqtisadi rayonların ölkə iqtisadiyyatına səmərəli reinteqrasiyasına əlavə stimul yaradır. 

Laçın Aqro və Sənaye Parkının yaradılması da əsasən bu məqsədə xidmət edir. Parkda, ümumilikdə, 46 müəssisənin fəaliyyət göstərəcəyi, onların da 80 faizinin tezliklə işə başlayacağı nəzərdə tutulur. Burada sənaye sahələrinin işə salınması ilə bərabər, həm də balıq təsərrüfatı, yeyinti və yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, eyni zamanda, kiçik buynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzinin yaradılması planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri