Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Azərbaycan güclü və müasir gəmiçilik ölkəsidir

Azərbaycan güclü və müasir gəmiçilik ölkəsidir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Son 10 ildə mülki donanmaya 35 bərə,  teploxod və tanker əlavə olunub

Son illər Prezident İlham Əliyevin dəniz nəqliyyatı sahəsində müəyyənləşdirdiyi siyasətə uyğun olaraq yeni gəmilərin tikintisi və donanmaların tərkibinin müasir gəmilərlə genişləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətindən (ASCO) XQ-yə verilən məlumatda bildirilir ki, gəmiçilik sahəsində görülən işlər ölkəmizin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasında, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalara yaranan tələbatın ödənilməsində, bir bazardan asılılığın aradan qaldırılması məqsədilə xarici sularda fəaliyyətin genişləndirilməsində və dənizdə neft-qaz layihələrinin icrasında mühüm rol oynayır.

Donanmaların yenilənməsi strategiyası çərçivəsində həyata keçirilən işlər çərçivəsində təkcə 2013-cü ildən – ASCO yarandığı dövrdən indiyədək 35 müasir gəmi istismara verilib. Bunlardan 5-i tanker, 1-i “Aframax” tipli tanker, 8-i universal quru yük gəmisi, 2-si “Handysize” tipli quru yük gəmisi, 2-si “Ro-Pax” tipli gəmi-bərə, 1-i təchizat-yedək, 7-si təchizat, 1-i liman-yedək, 3-ü sərnişin, 5-i isə kiçik su tutumlu yedək gəmisidir. 

Məlum olduğu kimi, 2013-cü ilin sentyabr ayında Bakı Gəmiqayırma Zavodunun istismara verilməsi ilə Azərbaycan dünyanın gəmi istehsal edən ölkəsinə çevrilib. Ötən müddətdə müəssisədə 1-i liman yedək, 3-ü sərnişin, 2-si “Ro-Pax” tipli gəmi-bərə, 4-ü tanker olmaqla, ümumilikdə, 10 gəmi inşa edilib. Bununla yanaşı, 
ASCO-nun Strateji İnkişaf Proqramına uyğun olaraq Bakı Gəmiqayırma Zavodu daha 11 gəminin, o cümlədən 1 “Ro-Pax” tipli gəmi-bərə, 3 tanker, 50 nəfərlik 3 sərnişin gəmisi, 60 və 45 metr dərinliklərdə işləmək üçün nəzərdə tutulmuş 4 dalğıc gəmisinin tikintisinə dair yeni sifarişlər alıb. 

Bakı Gəmiqayırma Zavodu ildə 25 min ton metal konstruksiya istehsal etmək gücünə malikdir. İstehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu olmayan bu müəssisədə ildə 15 min ton yükgötürmə qabiliyyəti olan 4 və ya 70 min ton yükgötürmə qabiliyyəti olan 2 tanker və 4 özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək imkanına malikdir. Zavodun inşası ilə paralel olaraq onun fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyan, uzunluğuna görə Xəzər dənizində ən böyük üzən quru dok tikilib. Müəssisənin tikinti layihəsinin növbəti mərhələsində yeni quru dokun, əlavə istehsal və körpü sahələrinin tikintisi planlaşdırılır.

Eyni zamanda, dövlət başçısının tapşırığına əsasən, son dövrlərdə beynəlxalq sularda yeni tipli daha böyük gəmilərin istismara verilməsi istiqamətində də uğurlu layihəlAər icra olunub. Təkcə son iki ildə 2023-cü  beynəlxalq sularda 5-i “Aframax” tipli tanker, 2-si “Handysize” tipli quru yük gəmisi olmaqla, ümumilikdə, 7 iritutumlu gəmi istifadəyə verilib. “Aframax” tipli tankerlərdən 4-ü ASCO və 
SOCAR tərəfindən yaradılan birgə müəssisə tərəfindən alınıb.

Bütövlükdə isə, hazırda “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin neft donanmasının sərəncamında olan 204 gəmi var. Həmin gəmilər neft sənayesinin ayrı-ayrı sahələrində uğurla fəaliyyət göstərir. Bununla yanaşı, ASCO-nun nəqliyyat donanmasının 54 gəmisi ilə müxtəlif təyinatlı yüklər daşınır. Daha 6 gəmi isə Xəzərdən kənarda fəaliyyət göstərir. 

Bu arada, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC bərə və “Ro-Pax” tipli gəmiləri ilə ötən il ərzində daşınmış yüklərin həcmini açıqlayıb. Qurumun məlumatına əsasən, hesabat dövründə ölkənin dəniz nəqliyyatı ilə 39 min 734 ədəd müxtəlif növ avtomobil və  37 min 337 ədəd vaqon daşınıb. Bildirilib ki, yükdaşıma göstəricilərinə əsasən, universal quru yük gəmiləri ilə il ərzində 911 min ton yük nəql edilib. 2024-cü ildə tankerlərlə daşınan yükün miqdarı isə 4,2 milyon tona bərabər olub.

Yeri gəlmişkən, donanmaya məxsus gəmilərin ahəngdar fəaliyyətinin təmin edilməsi, təmir-sazlama işlərinin vaxtlı-vaxtında aparılması üçün də bütün lazımi şərait yaradılıb. Bu işlər isə ASCO-nun “Bibiheybət” və “Zığ” gəmi təmiri zavodlarında həyata keçirilir. Adı çəkilən zavodların fəaliyyəti “Xəzər Dəniz Gəmiçiliyi”nin və kənar təşkilatların gəmilərini, texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri, xüsusi boyalar və texniki vasitələr hazırlamaqdan ibarətdir. 

Həmin müəssisələrdə gəmi sistem və qurğularının, elektrik və radionaviqasiya avadanlıqlarının, mühərriklərin, cihazların quraşdırılması və sazlanması, dalğıc və sualtı hidrotexniki işlər, gəmilərin doka qaldırılaraq sualtı gövdə, sükan və vintlərinin yoxlanılması, onların təmizlənməsi və rənglənməsi, hava ilə doldurulan xilasetmə sallarının, hidrostatik ayırıcı qurğuların, fərdi xilasetmə vasitələrinin yoxlanılması və təmiri, ASV tipli nəfəs aparatlarına texniki xidmətin göstərilməsi və s. işlər həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Yanvar 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri