Icma.az
close
up
RU
Azərbaycan Xalq Cümhuriyyətindən Müasir Güclü Dövlətə

Azərbaycan Xalq Cümhuriyyətindən Müasir Güclü Dövlətə

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

28 May tarixi Azərbaycan xalqı üçün qürurverici və müstəsna əhəmiyyət daşıyan bir gündür. Məhz bu tarixdə – 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti elan olunaraq, Şərqdə ilk parlamentli respublika quruldu. Bu, təkcə Azərbaycan xalqının deyil, bütün müsəlman Şərqinin tarixində mühüm dönüş nöqtəsi idi. Mürəkkəb hərbi siyasi şəraitdə, tarixi, mədəniyyəti, dili, dini təziqlər altında olan bir dövrdə, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək  nəinki Şərqdə eləcə də  müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini dünyaya nümayiş etdirmiş oldu.


Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti Çox mürəkkəb şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi . Bu dövrdə  AXC hökuməti və parlamenti elmin, təhsilin, xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlamış, dövlət atributları təsis etmiş, bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. 1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi. Milli hökumətin həmin dövrdə qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Bu tarixi hadisə, xalqımızın azadlıq və müstəqillik arzularının təcəssümü idi.


AXC-nin süqutundan sonra uzun illər Sovet imperiyasının tərkibində yaşasaq da, 1991-ci ildə SSRİ-nin dağılması ilə xalqımız yenidən azadlığına qovuşdu. XX əsrin sonlarında Azərbaycan yenidən müstəqilliyinə qovuşaraq  suverenliyini qoruyub saxlamağı bacardı. Həmin dövrdə, daxili münaqişələr ölkəni çətin bir vəziyyətə salmış, işğalçı Ermənistan  Azərbaycan torpaqlarına təcavüz etmişdir. Belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. 1993-cü ilin oktyabrında Ulu Öndər dövlət başçısı seçildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Böyük düha sahibi Heydər Əliyevin  xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi Azərbaycan dövlətinin dünyada tanınması baxımından son dərəcə mühüm rolu olmuşdur. Daha şəxsiyyət Heydər Əliyevin dediyi kimi : “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir”. “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik arzusunun təntənəsidir. Biz bu şanlı tarixə söykənərək müasir Azərbaycan dövlətini qurduq” deyən Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarına daim yüksək dəyər verir, onun siyasi və ideoloji xəttini müasir dövrə daşıyırdı.


Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası, müdrik siyasi kursu, mütərəqqi dövlətçilik konsepsiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə 28 May – Müstəqillik Günü dövlət bayramı kimi təsdiq olundu. Bu addım bir daha göstərdi ki, ölkə rəhbərliyi tarixi mirasa böyük önəm verir, dövlətçilik ənənələrinin qorunmasını prioritet hesab edir. Prezidentin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işləri, regionda sülh və təhlükəsizlik təşəbbüsləri, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması, müstəqil və prinsipial mövqe ilə müşayiət olunur. 28 May – Müstəqillik Günü təkcə keçmişin xatırlanması deyil, həm də gələcəyə inamın və milli birliyin simvoludur. Azərbaycan xalqı bu tarixi irsin daşıyıcısı olaraq, dövlətçiliyini qorumağa və gücləndirməyə davam edir. Azərbaycan Respublikasının bugünkü inkişafı, dövlətçilik ənənələrinin davamlılığı və xalqın rifahı üçün göstərilən qətiyyətli siyasət, bunların həyata keçdiyinin parlaq sübutudur.


Samirə Hüseynova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://sfera.az
archiveBu xəbər 27 May 2025 05:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri