Icma.az
close
up
RU
Azərbaycan müharibəni ədalətli şəkildə həll etməklə dünyaya nümunə göstərdi MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycan müharibəni ədalətli şəkildə həll etməklə dünyaya nümunə göstərdi MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan regionda sülhün bərqərar olmasında maraqlı ölkə olduğunu dəfələrlə sübut edib". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.

O bildirib ki, 30 illik münaqişə dövründə beynəlxalq sənədlərə istinadən həll variantlarını Ermənistana təklif etsə də, qarşı tərəf hər fürsətdən istifadə edərək həll variantlarını müzakirə etmək istəməyib: "Torpaqlarımızın azad edilməsi bütün danışıqların əsas predmeti olub, İrəvan isə xarici havadarlarının çətiri altından buna qarşı fəaliyyət göstərib. Avropanın müxtəlif şəhərlərində keçmiş vasitəçilərin iştirakı ilə keçirilən görüşlərdə də oxşar nəticələr əldə edilib, beynəlxalq güclər isə Ermənistanın qanunsuz, heç bir beynəlxalq qanunlar çərçivəsinə sığmayan hərəkətlərinə lazımi qiymət verməyiblər.

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini həyata keçirəndən, 44 günlük müharibədə bütün dünyanın tanıdığı ərazilərini azad etdikdən sonra həmsədr ölkələr də daxil aparıcı güclərin reaksiyasında çaşqınlıq özünü göstərirdi. Azərbaycan Ermənistanın başlatdığı ədalətsiz müharibəni ədalətli şəkildə həll etməklə dünyaya bir nümunə göstərdi. Adətən məğlub ölkəyə qarşı bəlli qadağalar tətbiq edilir, onların beynəlxalq hüquq çərçivəsində fəaliyyət dairəsi məhdudlaşdırılır, amma Azərbaycan əksinə, kapitulyasiya aktını imzalamış Ermənistana ədalətli sülh təklif edir, onun ərazi bütövlüyünü tanıyır, sülh üçün 4 əsas baza prinsiplərini əsas götürür. Son hadisələr də göstərir ki, müharibənin bitməsindən 4 il 4 ay keçməsinə baxmayaraq Azərbaycan mövqeyində heç bir dəyişiklik etməyib. Əvvəlki kimi, yenə də Ermənistanla sülh sazişinin imzalamasında maraqlıdır. Erməni tərəfinin atəşkəsi pozmasına gəlincə, bəzi revanşist qüvvələrin orduda hələ də qaldıqlarını söyləmək olar. Onlar münaqişənin sülhlə bitməsində maraqlı deyillər. Xarici təsirlər də az rol oynamır. Dünyada beynəlxalq standartları dəyişmək cəhdləri var. Amma Azərbaycan öz mövqeyində qətidir, sülh gündəliyinin sazişin imzalanması ilə yekunlaşacağına inanırıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Aprel 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri