Icma.az
close
up
RU
Vətəndaşlar mütləq şəkildə diqqətli olmalıdırlar” MÜNASİBƏT BİLDİRİLDİ

Vətəndaşlar mütləq şəkildə diqqətli olmalıdırlar” MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılır. Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılma riski region ölkələri, o cümlədən Azərbaycan üçün də real təhlükə yaradır. Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişliyinin imzaladığı müvafi qərara əsasən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında artıq 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə məqsədli məhdudiyyətlər tətbiq olunur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ( AQTA ) tərəfindən də bir sıra zəruri tədbirlər görülür: “Belə ki, heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya tədbirləri görüləcək. Bu prosesdə sağlamlaşdırma işlərinin həyata keçirilməsi çox vacibdir. Bazarların ərazisi hasarla sərhədləşdirilir, giriş və çıxış zonalarında dezobaryerlər yaradılır, mütəmadi olaraq dezinfeksiya və təmizləmə işləri həyata keçirilir. Həmçinin kəsilən hər heyvan həkim nəzarəti altındadır, heyvanların daşınmasının müvafiq təlimatlara uyğun olması diqqətdə saxlanılır. Eyni zamanda ölkəyə idxal olunan heyvanlar karantinə salınaraq, onlara mütləq klinik baxış keçirilir, labaratoriya nümunələri götürdükdən sonra kəsim prosesi həyata keçirilir. Ancaq bu o demək deyil ki, ölkə üzrə heyvan kəsimi məntəqləri öz fəaliyyətlərini dayandırır. Əksinə onlar işləyir və kəsim məqsədilə ölkəyə daxil olan heyvanlar 72 saat ərzində kəsilməlidir. AQTA artıq yerlərdə müvafiq orqanlarla tədbirləri genişlədirir. Bu tədbirlərə yerli icra hakimiyyət orqanları, bələdiyyələr də qoşulub.

Sözügedən yoluxucu xətəliklərin aradan qaldırılması bilavasitə insanların sağlamlığına xidmət edir. Çünki bu xəstəliklər heyvanlara kütləvi zərər verə bilər. Ona görə də bu istiqamətdə müvafiq labaratoriyalar öz işini genişləndirir və burada xüsusi təhlükəli heyvan xəstəliklərinin aşkarlanması və müalicəsi üçün zəruri maddi-texniki baza mövcuddur. Vətəndaşlar özləri də bu məsələdə diqqətli olmalıdırlar. Onlar xəstə heyvanları müşahidə etdikdə mütləq müvafiq orqanlara məlumat verməli, xəstə heyvan ətindən istifadə etməməlidirlər. Buna görə də vətəndaşlar mütləq şəkildə diqqətli olmalıdırlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:292
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri