Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

İşlər kortəbii şəkildə yox, planlı şəkildə həyata keçir MÜNASİBƏT BİLDİRİLDİ

İşlər kortəbii şəkildə yox, planlı şəkildə həyata keçir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

""Böyük Qaydış"da işlər qüvvəsindədir. Məsələ burasındadır ki, onlar kortəbii şəkildə yox, planlı şəkildə həyata keçir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, digər tərəfdən də, dövlət başçısı Prezident İlham Əliyevin bu məsələyə birbaşa nəzarəti və diqqəti var: "Bu, ondan xəbər verir ki, vaxtında nəzərdə tutulan bütün işlərin hamısını görürük. Bir yandan Qarabağ bölgəsində və onun ətrafında azad olunmuş ərazidə quruculuq bərpa işlərini intensiv həyata keçirməklə, birincisi çoxillik həsrətinə son qoyuruq, arzularını yerinə yetiririk. Mərhələ-mərhələ onlar köçürlər. Demək olar ki, hər ay dövlət başçısı o regionların hamısına səfər edir. Növbəli şəkildə mənzillər tikilir. İnfrastrukturun əsası güclənir və nəhayət, kommunikasiya logistika sistemi təkmilləşir. Bu, son dərəcə vacib bir məsələdir. Çünki işğalçılardan sonra gəlib çatan torpaqlar hamısı sıfırdan qaldırılır. Əlbəttə, bunun oxşar presedenti yoxdur ki, işğalçı dövlət hər hansı bir ərazini tutandan sonra onu yerlə-yeksan etsin. Ağdam, Fizuli, Zəngilan, Qubadlı hamısı pis vəziyyətdədir. Ona görə də, biz bunlara başlamaqla göstəririk ki, biz bu günün tələblərini nəzərə almırıq. Gələcəyin də tələblərini rəhbər tutaraq ağıllı şəhərlər, ağıllı kəndlər ən mütərəqqi texnologiya üsullarından yaradılan istehsal qüvvələrini gücləndiririk.

Bu prosesin əsas qayəsi ondan ibarətdir ki, insanlar qayıtdıqda məyusluq yaşamasınlar. İstər-istəməz düşməndən bizə qalan ərazilərin vəziyyəti çox böyük təəssüf hissi doğurur. İndi isə insanların arzusu yerinə yetir, mərhələ-mərhələ öz doğma yurdlarına köçürlər. Bir gündə, bir ayda bu prosesləri təmin etmək mümkünsüzdür. Burada, həm də təmkin lazımdır, çünki çox məsələlər həllini tapdıqca görürük ki, əvvəl əsas götürülmüş hesablamalar, ideyalar sanki öz mahiyyətini itirir. Ona görə də, bu, baş verməsin deyə dövlət rəhbərliyi tərəfindən də elə tələblər ortaya qoyulub ki, işlər, həm texnoloji, həm modern şəraitdə həyata keçsin. Əlbəttə, bəzi məqamlar var ki, bir növ problemli görünür. İnsanların gözləntiləri bir şeydədir, onlar görmək istədiklərini gəlib görə bilmirlər. Onlar anlamalıdırlar ki, birincisi, ölkənin imkanları mümkün etdiyi qədər həyata keçir. Əgər onlar, həqiqətən də, fantastik şəhərlərin ucalmasını, ya kəndlərin yaradılmasını istəyirlərsə, bu, hələ mümkün olmayacaq. Çünki onlar bu yerlərə qayıtdıqdan sonra özləri də gərək bu işlərdə yaxından iştirak etsinlər".

"Mənim fikrimcə, dövlət rəhbərliyinin istəkləri ondan ibarətdir ki, həqiqətən də, yenidən qaldırılmış Ağdam, Ballıca və.s və digər məntəqələr sözün əsl mənasında dünyaya qayıtsınlar. Yenidən inşa olunaraq ən yüksək tələblərə cavab versinlər və nəhayət, insanları da ruhlandırsınlar. Ona görə də, insanlar burada işgüzarlıq göstəriciləri gərək özlərini bariz şəkildə nümayiş etdirsinlər və onlar bu prosesdə dövlətə dəstək versinlər. Ümumiyyətlə, hər şeyi dövlətin üstünə yıxmaq olmaz, dövlət onsuz da çalışır ki, insanların arzularını reallaşdırsın. Bu istiqamətdə vətəndaşlar da, gərək götür-qoy etsinlər, işlərə qatılsınlar. Bu prosesin əsas hissəsi başlayıb. Sonuncu mərhələsi də azərbaycanlıların Qərbi Zəngəzura qayıdışıdır. Siyasi prosesləri mürəkkəb etməyə çalışan Ermənistan çalışır ki, məsələni gündəmdən çıxarsın.

Bir neçə gün əvvəl Özbəkistanın paytaxtı Daşkənddə Qoşulmama hərəkatının parlament şəbəkəsi səviyyəsində sayca 4-cü beynəlxalq konfransı keçirildi və orada Qərbi azərbaycanlıların məsələsi, birincisi siyasi, mənəvi cəhətdən dəstək aldı. Bu, bir daha onu göstərdi ki, bu məsələ tək Azərbaycanın yox, həm də dünya birliyinin gündəliyində öz möhkəm yerini alır. Proses siyasi görünsə də, onun mahiyyəti humanitar sahəyə daha çox aiddir, çünki insanlar öz doğma torpaqlarındakı dünyaya göz açıblar. Onların övladları haqlı olaraq, öz doğma yurdlarına qayıtmaq istəyir. Böyüklərinin qəbirləri orada qalıb, düzdür, orada bir çox şeyləri ermənilər dağıdıblar .Buna baxmayaraq, insanların əzmi ondan ibarətdir ki, biz mütləq o torpaqlara qayıtmalıyıq" - deyə o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Aprel 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see652

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see458

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see324

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see321

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see320

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see307

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see292

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see272

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see262

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see246

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see239

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see228

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see226

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see226

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see222

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see205

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see198

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see197

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see193

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri