Azərbaycan mülkiyyəti üzərində ABŞ və Ermənistan razılaşması nə deməkdir?
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanla ABŞ Dövlət katibi Marko Rubio Zəngəzur dəhlizinin (TRİP) açılmasının rəsmiləşdirilməsi barədə birgə Bəyannamə imzalayıb. ABŞ TRİP marşrutunda 74% paya, Ermənistan isə 26% paya sahib olacaq. Bu isə faktiki olaraq Azərbaycanla Naxçıvanı birləşdirən Zəngəzur yoluna ABŞ-ın nəzarəti deməkdir. 74% pay təkcə nəzarət hüququ deyil, eyni zamanda regionda gələcək iqtisadi və logistik imkanlarının ABŞ-ın əlində cəmlənməsi deməkdir.
Ancaq, Moskva da dəfələrlə bəyan edib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat qüvvədədir və sənədə əsasən Zəngəzur dəhlizində nəzarət funksiyası Rusiyaya məxsusdur. ABŞ–Ermənistan razılaşması Moskvanın mövqeyi ilə açıq ziddiyyət təşkil edir və bu, yalnız regionda güc balansının pozulması riski deyil, həmçinin Zəngəzur dəhlizində hüquqi və geosiyasi münaqişə potensialını da artırır. Düşünürəm ki, Moskva üçün vəziyyətdən çıxış kimi, ancaq Paşinyanın devrilməsi görünür. Rusiyanın Ermənistanda iyunda keçiriləcək parlament seçkilərinə müdaxiləsi və ölkədə hərbi çevrilişi də mümkündür.
Zəngəzur dəhlizinin mənsubiyyətinin müəyyən edilməsi üçün onun tarixi, hüquqi və mövcud geosiyasi baxımdan analizi, dəyərləndirilməsi zəruridir. 1920-ci ilin yanvarında Paris Sülh Konfransı çərçivəsində Antanta dövlətlərinin Ali Şurası Azərbaycan (AXC), Ermənistanı və Gürcüstanı de-fakto müstəqil dövlət kimi tanımışdır. Həmin dövrdə Azərbaycanın ərazisi 114 min kvadrat kilometr, Ermənistanın isə faktiki olaraq 9 min kvadrat kilometr çərçivəsində rəsmiləşmişdir.
1920-ci ilin aprelində Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra, 1920–1921-ci illərdə RSFSR rəhbərliyinin və Zaqafqaziya Bürosunun inzibati-siyasi qərarları ilə Azərbaycanın razılığı olmadan Zəngəzur Ermənistanın tərkibinə verilmişdir. Bu qərarlar nə referendumla, nə beynəlxalq müqavilə ilə, nə hüquqi razılaşma ilə müşayiət olunmamışdır. Nəticədə Azərbaycan Naxçıvanla birbaşa quru əlaqəsini itirmişdir.
Buna baxmayaraq, Zəngəzur Ermənistanın ərazisi kimi təqdim edilsə də, SSRİ Dövlət Müdafiə Komitəsinin 6 iyul 1945-ci il qərarı və onun əsasında qəbul edilən 28 iyul 1945-ci il tarixli 647/9 saylı əmr, eləcə də SSRİ Nazirlər Sovetinin təsdiq qərarları ilə Zəngəzurdan keçən dəmir yolu xətti Azərbaycanın balansında saxlanılmışdır.
Bu qərarlar SSRİ-nin dağıldığı günə kimi dəyişdirilməmiş, bu yolun mülkiyyəti faktiki və hüquqi baxımdan Azərbaycan SSR-ə məxsus olmuşdur. SSRİ-nin süqutundan sonra ittifaq respublikalarının balansında olan əmlaklar hüquqi varislik prinsipi ilə həmin dövlətlərin mülkiyyəti kimi tanınmışdır. Hüquqi baxımdan Zəngəzur dəhlizi üzərindən keçən yol Azərbaycanın əmlakı hesab olunur və bu fakt beynəlxalq hüquqda “notorious facti” (sübuta ehtiyacı olmayan fakt) anlayışı ilə xarakterizə olunur.
Zəngəzur yolunun Azərbaycana məxsusluğu tarixi, hüquqi və faktiki əsaslarla təsdiqlənmiş reallıqdır. ABŞ–Ermənistan arasında imzalanmış razılaşma isə Azərbaycanın tərəf olmadığı ikitərəfli sənəddir və bu səbəbdən Azərbaycanın Zəngəzurdakı mülkiyyətinə iddia hüququnu aradan qaldırmır və yol de-fakto Azərbaycan ərazisi olaraq qalır.
Nəticə etibarilə, ABŞ - ın Zəngəzur marşrutuna nəzarəti Azərbaycanın hüquqi varisliyini zəiflətmir, əksinə, Zəngəzurun mənsubiyyətini mübahisə predmeti kimi beynəlxalq müstəviyə çıxarır. Bu gün Zəngəzur dəhlizi hüquqi yüklüdür və bu status Paris Sülh Konfransının, SSRİ DMK-nin qərarları əsasında “notorious facti” prinsipi ilə beynəlxalq hüquqla təsdiqlənir. İlk mərhələdə yolun açılması şərt və hədəfdir, sonrakı mərhələdə isə BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycanın mülkiyyət hüququnun tanınması üçün hüquqi prosedurlar həyata keçirilə bilər.
Zəngəzurla bağlı nəinki Ermənistan–ABŞ arasında, ümumiyyətlə, digər dövlətlərlə bağlanmış hər hansı müqavilə və ya bəyanat Azərbaycanın iştirakı olmadan imzalanarsa, bu Azərbaycanın Zəngəzura mülkiyyətçi hüququna təsir göstərmir.
Vüqar Dadaşov
politoloq
Bu mövzuda digər xəbərlər:Tramp axtardığı sülhü Qafqazda tapdı: Azərbaycan Ermənistan razılaşması nə deməkdir?
08 Avqust 2025 14:59
Azərbaycan bayrağının proyeksiyası Ermənistan səfirliyi üzərində KONKRET
31 Yanvar 2025 17:00
Ermənistan üzərində ABŞ Rusiya Şahmat oyunu
20 Yanvar 2025 22:25
Vaşinqton razılaşması: ABŞ, Ermənistan, Azərbaycan və Türkiyə... Kim nə qazanacaq?
08 Avqust 2025 22:06
CBS News: ABŞ rəsmiləri aylardır Ermənistan Azərbaycan sazişi üzərində çalışır KONKRET
08 Avqust 2025 06:55
Baxış sayı:105
Bu xəbər 16 Yanvar 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















