Icma.az
close
up
RU
Vaşinqton razılaşması: ABŞ, Ermənistan, Azərbaycan və Türkiyə... Kim nə qazanacaq?

Vaşinqton razılaşması: ABŞ, Ermənistan, Azərbaycan və Türkiyə... Kim nə qazanacaq?

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Vaşinqton görüşündə razılaşdırılması gözlənilən “Tramp körpüsü” özündə (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu - Trump Route for International Peace and Prosperity – TRIPP) Naxçıvana yolun “dəhliz” məntiqi ilə açılmasını ehtiva edir. Birinci fərq, yolda təhlükəsizliyin hansısa üçüncü ölkəyə məxsus hərbi qüvvələrin yox, Amerikanın özəl şirkəti tərəfindən təmin ediləcəyidir.

Bakı bununla istədiyinə nail olacaq: Naxçıvana yüklərin daşınması və sərnişinlərin səfəri “Azərbaycandan -Azərbayacana prinsipi” üzrə təmin ediləcək; Xankəndidə son çıxışı zamanı “bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil” deyən Əliyev Əbu-Dabidə Paşinyana bu tələbi çatdırdığını dilə gətirdi və sirr deyil ki, Əliyev Vaşinqtona sənəd imzalamağa gedirsə, bu, tələblərin öncədən qəbul etdirildiyi deməkdir;

İkinci fərq, ritorika ilə bağlı ola bilər:

- Bakı Naxçıvana maneəsiz keçidi "dəhliz" adlandıracaq;

- İrəvan bunu “sülhün kəsişməsi” layihəsinin bir hissəsi kimi təqdim edəcək;


- ABŞ və beynəlxalq ictimaiyyət bu keçidə “Tramp dəhlizi/körpüsü” – TRİPP deyəcək;

“Tramp dəhlizi” regional müstəvidə bizim istəklərimizə adekvatdır. Hərçənd, Zəngəzur dəhlizində nəzarət imkanı qazanan Vaşinqton şərq ekspedisiyasında birdən çox hədəfinə çata bilər.

a) Orta dəhlizdə möhkəmlənməklə Çinin Avrasiyada genişlənmə planı qarşısında güclənir;

b) Rusiyanı Cənubi Qafqazda ciddi şəkildə sıxışdıracaq;

c) İran sərhədlərində mövqelənməklə Tehranın regional genişlənmə cəhdlərini məhdudlaşdırır;

ç) Türk coğrafiyasında Bakı və Ankara vektorlu birlik üzərində nəzarət imkanı əldə edir;

ABŞ prosesin əsas qazanan tərəfidir, lakin Bakı və Ankara...

1. Azərbaycana Naxçıvana maneəsiz keçid – dəhliz əldə edəcək;

2. Türkiyə dəhlizdə nəzarətçi olmasa da, burada Azərbaycana və Mərkəzi Asiyaya çıxış üçün istifadə edə biləcək;

3. Cənubi Qafqazda Bakı-Ankara-İrəvan üçbucağı ABŞ tərəfindən tanınacaq;

4. Ermənistanın gələcəyi coğrafi olaraq, Bakı və Ankaranın siyasi iradəsindən böyük ölçüdə asılı olacaq;

5. Ankara və Bakı Orta dəhliz coğrafiyasındakı geosiyasi mübarizənin mərkəzində həlledici rolunu gücləndirə biləcək;
Asif Nərimanlı,

Politoloq


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 Avqust 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri