Icma.az
close
up
RU
Tramp axtardığı sülhü Qafqazda tapdı: Azərbaycan Ermənistan razılaşması nə deməkdir?

Tramp axtardığı sülhü Qafqazda tapdı: Azərbaycan Ermənistan razılaşması nə deməkdir?

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Amerika mətbuatının məlumatına görə, “Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu” adlandırılan bu layihə Zəngəzur dəhlizinin ABŞ tərəfindən maliyyələşdirilməsi və işlədilməsini nəzərdə tutur


Ntv.com.tr-dən jurnalist Serkan Demirtaş 


Bu gün ABŞ prezidenti Donald Trampın ev sahibliyi ilə Ağ Evdə görüşəcək Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan  - Ermənistan arasında daimi sülh sazişinə gedən yolda mühüm bir sənədi imzalayacaqları gözlənilir. 

Tərəflərin “Sülh Zirvəsi”ndə Zəngəzur dəhlizinin ABŞ maliyyəsi ilə tikilməsi və “Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu” adlandırılan layihə çərçivəsində işlədilməsinə dair razılaşmanı da elan edəcəkləri ehtimal olunur.

ABŞ prezidenti Donald Tramp dünən axşam bəyan edib ki, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli “sülh zirvəsi” keçirəcək və “tarixi” imzalar atılacaq. Zirvənin bu gecə Bakı vaxtı ilə gecə yarısı baş tutacağı gözlənilir.

Paşinyan və Əliyev sonuncu dəfə 10 iyulda Birləşmiş Ərəb Əmirliklərində vasitəçi olmadan birbaşa görüşmüşdülər. O vaxt verilən açıqlamalar sülh sazişinə doğru müsbət irəliləyişlərin olduğunu göstərirdi.

Tramp seçki kampaniyası zamanı dəfələrlə müharibə yox, sülh tərəfdarı olduğunu, prezident seçilərsə həm Rusiya-Ukrayna, həm də İsrail  - HƏMAS münaqişələrini dayandıracağını vəd etmişdi.

Hələ ki, bu iki münaqişədə uğur əldə edə bilməyib. Lakin iyulun 28-də Şotlandiya səfərində 20 yanvarda vəzifəyə başladığı gündən bəri 6 müharibəni bitirdiyini, “Ayda bir müharibə dayandırıram” iddiasını irəli sürüb. ABŞ diplomatları bu münaqişələrə İsrail - İran 12 günlük müharibəsi, Konqo - Ruanda toqquşması, Kamboca - Tailand sərhəd mübahisəsi, Hindistan - Pakistan gərginliyi, Serbiya -Kosova və Misir- Efiopiya gərginliklərini daxil edirlər.

Ağ Evə görə Tramp bu gərginliklərin hamısının aradan qaldırılmasında birbaşa rol oynayıb. Ağ Evin mətbuat katibi Karolin Leavitt hətta onun Nobel Sülh Mükafatını çoxdan almalı olduğunu bildirib.

Azərbaycan və Ermənistan liderlərinin bu gün Ağ Evdə verəcəkləri görüntü, Trampın “sülh yaradan lider” imicini möhkəmləndirəcək mühüm nümunə kimi dəyərləndirilir.

Tramp həm də Ermənistan - Azərbaycan müharibəsini sona çatdırdığını iddia edərək, prezidentliyinin “yeddinci ayında yeddinci sülh təşəbbüsünü” uğurla başa vurduğunu deyə biləcək.

Mart ayında Azərbaycan və Ermənistan daimi sülhü təmin edəcək 17 maddəlik sənəd üzərində razılıq əldə etdiklərini açıqlamışdılar.

Azərbaycan bu sənədi yalnız Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvindən sonra imzalayacağını bildirmişdi. Ermənistan Minsk qrupunun ləğvinə etiraz etmir. Mətbuatda  yayılan məlumata görə, imzalanacaq sənəd bu müddəanı da əhatə edir.

Ancaq konstitusiya dəyişikliyi vaxt tələb etdiyindən və Ermənistanda 2026-cı ildə ümumi seçkilərin keçiriləcəyi nəzərə alındıqda, Paşinyan üçün bu proses çətinlik yaradır.

Bu səbəbdən Ağ Evdə imzalanacaq sənədlə tərəflər sülh prosesinin geri dönməz yola girdiyini və ABŞ prezidentinin bu prosesin “zəmanəti” olduğunu elan edəcəklər.

Liderlər ABŞ-la ayrıca iqtisadi sazişlər də imzalayacaqlar. Əsas razılaşma Azərbaycanı Naxçıvanla birləşdirəcək və Ermənistan ərazisindən keçəcək tranzit yola aiddir.

Amerika mətbuatına görə, “Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) adlandırılan bu layihə Zəngəzur dəhlizinin ABŞ tərəfindən maliyyələşdirilməsi və işlədilməsini nəzərdə tutur.

Həmçinin ABŞ və Azərbaycan arasında müdafiə sənayesi də daxil olmaqla ticarət əlaqələrinin inkişafı barədə saziş imzalanacaq. Dünən isə ExxonMobil və SOCAR enerji sahəsində əməkdaşlıq müqaviləsi bağlayıblar.

Vaşinqton görüşü Rusiyaya da mesaj verir. 2020-ci ildəki 44 günlük müharibədən sonra atəşkəs prosesində fəal olan Moskva, son illərdə hər iki ölkə ilə münasibətlərində gərginlik yaşayıb.

Ermənistan müharibədə Rusiyanın dəstəyini görmədikdən sonra Qərbə yönəlib, hətta Aİ-yə üzvlük üçün müraciət edib. Azərbaycan isə ötən ilin sonunda sərnişin təyyarəsinin Rusiya raketi ilə vurulduğu iddiasına görə Moskvanı ittiham edib, üzr və təzminat tələb etsə də cavab almayıb.

Belə bir vaxtda liderlərin Tramp vasitəsilə sülh və əməkdaşlığa yönəlməsi, strateji tranzit yolunun da ABŞ maliyyəsi ilə həyata keçirilməsi Rusiyanın bölgədəki ənənəvi nüfuzu üçün mənfi hal kimi qiymətləndirilir.

Türkiyə Cənubi Qafqazda iki qonşusu  - Azərbaycan və Ermənistan arasında daimi sülh istiqamətində atılan addımlardan məmnunluq ifadə edir.

Bu prosesin irəliləməsi Ankara - İrəvan münasibətlərində də 2021-ci ildən bəri davam edən normallaşma prosesinə təkan verəcək.

Türkiyə ilə Ermənistan arasında hələ diplomatik münasibətlər qurulmayıb, sərhəd qapıları açılmayıb. Lakin Paşinyan və prezident Rəcəb Tayyib Ərdoğan arasındakı dialoq son dövrlərdə inkişaf edib, İrəvanın 1915-ci il hadisələrinə dair mövqeyində yumşalma müşahidə olunub.

Paşinyan son olaraq 20 iyunda İstanbulda Ərdoğanla görüşmüşdü. Sülh sazişi irəlilədikcə Ankara  - İrəvan arasında diplomatik münasibətlərin qurulması və siyasi - iqtisadi əlaqələrin yaradılması gündəmə gələ bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Avqust 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri