Azərbaycan mütəfəkkiri Buxarada anılıb
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Buxarada təşkil olunan “Azərbaycan Mədəniyyəti: Ədəbiyyat və Sənət Həftəsi” çərçivəsində Buxara Dövlət Universitetində “Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Konfransın açılışında Buxara Dövlət Universitetinin rektoru, professor Obidjon Hamidov görkəmli Azərbaycan mütəfəkkiri Yusif Qarabağinin Şərq elmi-fəlsəfi fikir tarixindəki yerindən bəhs edərək, onun irsinin araşdırılmasına həsr olunmuş beynəlxalq konfransın məhz Buxarada keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Konfransda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli mövzu ilə bağlı məruzə ilə çıxış edib. O bildirib ki, Qarabağda doğulan və ömrünün mühüm hissəsini Mərkəzi Asiyanın elm və irfan mühitində keçirən alimin Buxarada yaşayıb-yaratması Azərbaycan və Özbəkistan arasında əsrlər boyu davam edən elmi-mədəni əlaqələrin parlaq nümunəsidir.
Beynəlxalq konfransda alim və tədqiqatçıların Yusif Qarabağinin həyat və yaradıcılığı, elmi-fəlsəfi irsi, Şərq düşüncə tarixindəki mövqeyi və Azərbaycan–Özbəkistan elmi-mədəni əlaqələrinə dair məruzələri dinlənilib.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Buxara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 15 Oktyabr 2026 01:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















