“Buxarada Azərbaycan Sədaları” konsert proqramı keçirilib
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və Sənət həftəsi” çərçivəsində “Buxarada Azərbaycan Sədaları” adlı konsert proqramı təşkil olunub. Buxara Gənclər Mərkəzində keçirilən tədbirdə Azərbaycan və Özbəkistan musiqiçiləri birgə çıxış ediblər.
Tədbirdə çıxış edən Azərbaycanındakı səfiri Dr. Rəşad Məmmədov Buxarada göstərilən qonaqpərvərliyə və tədbirlərin təşkilinə verilən dəstəyə görə Buxara vilayətinin hakimi Botir Zaripova və Buxara şəhər hakimliyinə təşəkkürünü bildirib. Səfir xalqlarımızın ortaq tarixi və mədəni dəyərlərinin ikitərəfli münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb. O, konsert proqramının Azərbaycan musiqisinin zənginliyini və milli ifaçılıq ənənələrini Buxara ictimaiyyətinə təqdim etmək baxımından əhəmiyyətini qeyd edərək, belə mədəni layihələrin sənət nümayəndələri arasında yaradıcı əlaqələrin genişlənməsinə və tamaşaçıların Azərbaycan musiqi irsi ilə yaxından tanış olmasına imkan yaratdığını bildirib.
Daha sonra çıxış edən Buxara vilayətinin hakimi Botir Zaripov Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən, əlaqələrin müxtəlif sahələr üzrə inkişafından bəhs edib. O, xalqlarımızın ortaq tarixi və mədəni dəyərlərinin bu münasibətlərin möhkəm təməlini təşkil etdiyini vurğulayıb. Botir Zaripov “Azərbaycan Mədəniyyəti: Ədəbiyyat və Sənət həftəsi” çərçivəsində Buxarada belə bir konsert proqramının təşkilini yüksək qiymətləndirərək, tədbirin mədəni əlaqələrin genişlənməsinə və xalqlarımızın bir-birinin sənətini daha yaxından tanımasına töhfə verəcəyini bildirib.
Azərbaycan və Özbəkistan musiqiçilərinin ifasında təqdim olunan əsərlər konsert proqramına xüsusi ahəng qataraq tamaşaçılara xoş ovqat bəxş edib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Buxara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 14 Oktyabr 2026 08:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















