Icma.az
close
up
RU
Azərbaycan NATO əməkdaşlığını müsbət qiymətləndirmək olar ŞƏRH

Azərbaycan NATO əməkdaşlığını müsbət qiymətləndirmək olar ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Azərbaycan ilə NATO arasında əməkdaşlığın əsas məqsədi regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsidir. Bu münasibətlər ölkəmizin müstəqillikdən sonra həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir. 

6 noyabr tarixində Prezident İlham Əliyevin NATO nümayəndə heyətini qəbul etməsi bu əməkdaşlığın aktual və qarşılıqlı əhəmiyyət daşıdığını bir daha göstərdi. Görüşdə Türkiyə, Yunanıstan, Macarıstan, Niderland, Norveç, İspaniya və digər ölkələrin NATO-dakı daimi nümayəndələri iştirak edib.

Bu görüş Azərbaycanın beynəlxalq təhlükəsizlik sistemində fəal rol oynadığını və NATO ilə tərəfdaşlığın gələcəkdə daha da dərinləşəcəyini göstərir.


Politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlamasında Azərbaycan ilə NATO arasında əməkdaşlığın əsasının 1992-ci ildən qoyulduğunu xatırladıb:


"Bu dövr ərzində tərəflər arasında bir sıra mühüm proqramlar həyata keçirilib. Onların sırasında “Sülh naminə tərəfdaşlıq” proqramı və digər çoxtərəfli təşəbbüslər xüsusi yer tutur. Əməkdaşlıq daha çox müxtəlif sahələrdə qarşılıqlı maraqlara əsaslanır. Bu sahələrə etimadın möhkəmləndirilməsi, sülhməramlı missiyalarda Azərbaycan hərbiçilərinin iştirakı və Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması prosesi daxildir.

Azərbaycan bu istiqamətdə xüsusilə Türkiyə ilə sıx əməkdaşlıq edir. Türkiyə həm NATO-nun ən aparıcı üzv dövlətlərindən biridir, həm də regionda güclü və müasir silahlı qüvvələrə malik ölkə kimi seçilir. Bu baxımdan Azərbaycan və Türkiyə arasında birgə hərbi təlimlərin keçirilməsi, tədris və silahlanma sahəsində təcrübə mübadiləsi kimi layihələr həyata keçirilir. Hazırda Azərbaycan Cənubi Qafqazda regional güc mərkəzinə çevrilməkdədir. NATO-ya akreditə olunmuş dövlətlərin səfirlərinin Azərbaycana səfərləri də bu prosesin göstəricisidir. Azərbaycan Prezidenti bu münasibətlərə xüsusi önəm verir. Qeyd edilməlidir ki, 8 avqustda Vaşinqton sammitində Azərbaycan və Ermənistan arasında paraflanan sənəddən sonra NATO-nun regiona diqqəti daha da artıb. Adətən, NATO dövlətləri aktiv münaqişə şəraitində olan tərəflərlə əməkdaşlığa üstünlük vermir. Lakin indiki mərhələdə nümayəndə heyətinin əvvəlcə Ermənistana, sonra isə Azərbaycana səfəri regionda sabitliyin güclənməsinə xidmət edir".


Analitik NATO və Cənubi Qafqaz əməkdaşlığının sabitliyin möhkəmləndiyi bir mühitdə yeni mərhələyə qədəm qoduğunu bildirib: 

"Azərbaycan bu əməkdaşlığı hər hansı quruma inteqrasiya vasitəsi kimi deyil, iki tərəfli əlaqələrin inkişafı kontekstində qiymətləndirir. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Bir neçə dəfə onun rəhbəri kimi rəsmi Bakı kifayət qədər dünya miqyasında tanınmasına şərait yaradıb.

Nəticə etibarilə, Azərbaycan-NATO əməkdaşlığını müsbət qiymətləndirmək olar. Bu münasibətlər regional sabitlik və təhlükəsizliyin güclənməsinə, eyni zamanda Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir".


Banuçiçək Kalbalıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Noyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri