Icma.az
close
up
RU
Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə dayanıqlı əməkdaşlığını gücləndirir ŞƏRH

Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə dayanıqlı əməkdaşlığını gücləndirir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 23 may, AZƏRTAC

Müstəqilliyini əldə etdikdən sonra müasir Azərbaycan Respublikası bütün dünyanın bağlı olduğu ümumbəşəri dəyərləri özünün davamlı inkişafında prioritet hesab etməyə başladı. Xüsusilə də, son 20 ildən artıq müddətdə Prezident İlham Əliyevin rəhbərliyi altında tolerantlıq və multikultural dəyərlərə, xalqlar arasında dialoqun təşviqinə üstünlük verilməklə bütün Azərbaycan cəmiyyəti məhz bu dəyərlərin əsasında formalaşdırıldı.

Bu gün Azərbaycan artıq bütün beynəlxalq platformalarda tərəfdaşlığa olan sadiqliyini davam etdirərək, dünya ictimaiyyətinə davamlı inkişafa nail olmağın yolunu nümayiş etdirir. Bu əməkdaşlıqlar çərçivəsində son illərdə ölkəmiz özünün çoxvektorlu xarici siyasətində xüsusilə türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini prioritet olaraq müəyyən edib, Türk dünyasının ayrılmaz bir parçasına çevrilib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün əhəmiyyəti və vacibliyi ilə fərqlənən beynəlxalq platformalardan biri də məhz Türk Dövlətləri Təşkilatıdır. Azərbaycan bu vaxta qədər təşkilatın yaranması və fəaliyyətində hərtərəfli dəstək nümayiş etdirib. Yeniləşən dünyamızda sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk dövlətlərinin tarixi nailiyyətlərini müasir çağırışlarla uzlaşdıraraq xalqların daha yaxşı yaşamalarını təmin etmək, habelə bu gün yaranmış mürəkkəb geosiyasi vəziyyətdə türk dövlətlərinin daha dayanıqlı birliyini möhkəmləndirmək Azərbaycanın milli maraqlarını əks etdirir.

“Bu gün artıq türk dövlətləri demək olar ki, bütün sahələrdə dayanıqlı inkişafı xarakterizə edən əhəmiyyətli sənədlərini hazırlamaqdadırlar. Xüsusilə 2021-ci ildə qəbul edilən “Türk Dünyasına Baxış-2040” sənədi qloballaşan dünyamızda baş verən dəyişikliklərə uyğunlaşmaq üçün əsas yol xəritəsini təşkil edir. Burada prioritet istiqamətlərdən biri də türk dövlətlərinin həm regional, həm də qlobal iqtisadiyyata təsirlərinin dayanıqlılığının təmin olunması, eyni zamanda, onların vəhdətinin yaradılmasını diktə edir.

Son illərdə Avropa İttifaqının üzv dövləti, eyni zamanda, Azərbaycanın strateji tərəfdaşı olan Macarıstan da türk dövlətləri ilə əməkdaşlığa maraq nümayiş etdirir, TDT çərçivəsində siyasi-iqtisadi əlaqələrin daha da möhkəmlənməsini öz xarici siyasətində mühüm hədəf kimi müəyyən edir. Mayın 20-21-də Prezident İlham Əliyevin dost Macarıstan dövlətinə işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatda səsləndirdiyi kimi, “Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir”.

Bu baxımdan, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının ikinci qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi, dövlətlər tərəfindən həmin görüşün yekununa dair Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan dövlət başçıları və TDT-nin Baş katibi tərəfindən 71 bənddən ibarət imzalanmış Bəyannamənin imzalanması yeniləşən dünya siyasi arxitekturasında türk dövlətlərinin qarşıya qoyulan hədəflərə çatmaları üçün növbəti addım oldu”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının ilk Zirvə görüşü ötən il iyulun 6-da məhz Azərbaycanın təşəbbüsü ilə Qarabağın tacı Şuşa şəhərində keçirilib.

Məzahir Əfəndiyevin sözlərinə görə, Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri, səfər çərçivəsində Zirvə görüşündəki çıxışı Azərbaycanın gələcəyə baxışını özündə ehtiva etdi. Dövlətimizin başçısının məzmunlu çıxışı TDT çərçivəsində regional əməkdaşlığın, iqtisadi-ticari əlaqələrin daha da möhkəmləndirilməsi, xüsusilə rəqəmsallaşmanın inteqrasiya olunmasında Azərbaycanın gördüyü işləri və əhəmiyyətini bir daha ortaya qoydu.

“Prezident İlham Əliyev çıxışı zamanı türk dövlətləri ilə Azərbaycanın dostluq və qardaşlıq münasibətlərinin, eləcə də əməkdaşlığının müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırdı, eləcə də artan əmtəə dövriyyəsinin həcminə xüsusi toxunaraq, görülən işlərin bütün ölkələrin qarşılıqlı maraqlarına uyğun olduğunu bildirdi.

Belə ki, bu günə qədər Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti 2024-cü ildə Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatıb, eyni zamanda, dəniz ticarətinin də genişləndirilməsi istiqamətində əməli işlər görülür.

Beləliklə, əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın əsas hədəfi həm Türk dünyası çərçivəsində, həm də qlobal miqyasda beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfə vermək, xüsusilə mürəkkəb geosiyasi vəziyyətdə xalqlar arasında əməkdaşlıq, dostluq, sülhə və təhlükəsizliyə hesablanmış gələcəyin təmin edilməsindən ibarətdir”, - deyə deputat diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri