Icma.az
close
up
RU
Azərbaycan neft və qaz sahəsində böyük təcrübəyə malik Fatma Yıldırım

Azərbaycan neft və qaz sahəsində böyük təcrübəyə malik Fatma Yıldırım

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

“Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl-Şəaraanının 12 iyulda ölkəmizə işgüzar səfəri Azərbaycan-Suriya münasibətlərində yeni səhifənin açılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər, iki dost ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi ilə yanaşı, enerji, iqtisadiyyat və infrastruktur sahələrində qarşılıqlı maraqlara əsaslanan praktiki əməkdaşlığın inkişafı üçün real imkanlar yaradır. Xüsusilə neft və qaz sahəsində təcrübəsi ilə seçilən Azərbaycanın Suriyanın enerji sektorunun bərpasında rol alması, həm regional sabitliyə, həm də tərəfdaşlığın dərinləşməsinə xidmət edəcək mühüm addım kimi dəyərləndirilməlidir”.

Bu fikirləri 525.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, Azərbaycan neft və qaz sahəsində böyük təcrübəyə malik, regional və qlobal enerji bazarlarında etibarlı tərəfdaş kimi tanınır:

“Əgər bu gün Suriyada neft və qaz ehtiyatlarının təhlükəsiz və effektiv şəkildə işlənilməsi məsələsi gündəmdədirsə, burada SOCAR-ın iştirakı məntiqli və etibarlı seçim kimi çıxış edir. Bu, təkcə iqtisadi əməkdaşlıq deyil, həm də post-münaqişə dövründə Suriyanın bərpasına töhfə verəcək sivil təşəbbüsdür”.

Fatma Yıldırımın sözlərinə görə, Azərbaycanın neytral və balanslı xarici siyasəti, xüsusilə Yaxın Şərqdəki mürəkkəb geosiyasi şərtlər fonunda, ölkəmizi sabitlik və əməkdaşlıq platforması kimi önə çıxarır. Azərbaycanın Suriya ilə enerji əməkdaşlığı qurması, heç bir tərəfi narahat etmədən, regional sabitliyə və iqtisadi inkişafa xidmət edəcək səmərəli model ola bilər. Azərbaycan bu prosesdə tərəfsiz və qərəzsiz vasitəçi rolunda çıxış edir:

“Bu səfər həmçinin Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində yeni strateji tərəfdaşlıq modellərinin qurulması üçün zəmin yaradır. Əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır – tikinti, infrastruktur, kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə də potensial genişdir. Azərbaycan bu istiqamətlərdə öz təcrübəsini bölüşməyə və tərəfdaş ölkələrə dəstək göstərməyə daim hazırdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz xarici siyasətində prinsipial mövqe nümayiş etdirərək, qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlər qurur. Əhməd Əl-Şəaraanının Bakıya səfəri də bu siyasətin məntiqi nəticəsi olaraq qiymətləndirilməlidir”.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://525.az
archiveBu xəbər 12 İyul 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri