Azərbaycan neftinin qiyməti 75 dolları ÖTÜB
Icma.az, Modern.az-ə istinadən bildirir Azərbaycan neftinin qiyməti 75 dolları ÖTÜB.
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1 dollardan çox artıb.
Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,04 ABŞ dolları, yaxud 1,4 % artaraq 75,18 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
![see](https://icma.az/template/assets/label.png)
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
27 Noyabr 2024 10:00
![see](https://icma.az/template/assets/see.png)