Qapıçı penaltidən vurulan zərbəni dəf edəcəyi təqdirdə təkrar vuruşun ləğvi təklif edildi
Icma.az, Oxu.az saytına istinadən bildirir.
FİFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina qapıçı 11 metrlik nöqtədən vurulan zərbəni dəf edəcəyi təqdirdə təkrar vuruşun ləğv edilməsi kimi gözlənilməz təkliflə çıxış edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, "Repubblica"ya müsahibəsində bəyan edib.
Kollina Beynəlxalq Futbol Assosiasiyaları Şurasında aparılan müzakirələrdə artıq öz fikrini bildirdiyini vurğulayıb.
"Hesab edirəm ki, ən yaxşı həll bir zərbə olacaq. Bu, əlavə vaxtdan sonrakı penalti kimidir: ya qol vurursunuz, ya da oyunu qapıdan zərbə ilə bərpa edirsiniz və hər şey bununla bitir. Beləliklə, biz adətən penalti qarşısında bütün oyunçuların cərimə meydançası ətrafında toplaşdığı zaman müşahidə olunan qarışıqlıqdan qaça bilərik", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 11 Fevral 2025 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















