Icma.az
close
up
RU
Azərbaycan nümayəndə heyəti G20 Dinlərarası Dialoq Forumunda iştirak edir

Azərbaycan nümayəndə heyəti G20 Dinlərarası Dialoq Forumunda iştirak edir

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avqustun 10-dan 14-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində G20 Dinlərarası Dialoq Forumu keçirilir. “Fəaliyyətdə humanizm: Həssas icmalar diqqət mərkəzində” mövzusuna həsr olunan Forumda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinin tərkibinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Mərkəzin icraçı direktorunun müavini Ramin Qəmbərov, Milli Məclisin deputatları Fazil Mustafa və Cavanşir Paşazadə daxildir.

Forumun açılışında çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bəşəriyyətin sülh, tolerantlıq və qarşılıqlı hörmət dəyərlərinə hər zamankından daha çox ehtiyac duyduğunu vurğulayıb. O, dünyada münaqişələrin, dini və etnik zəmində ayrı-seçkiliyin artmasının qlobal sabitliyə ciddi təhdid yaratdığını qeyd edərək, beynəlxalq ictimaiyyəti dini liderlər və ictimai xadimlərlə əməkdaşlıqda fəal olmağa çağırıb.

Forumun “Həmrəylik üçün təhsil: Mədəniyyətlərarası dini savadlılıq, humanizm və dini gərginliklə, zorakılıqla mübarizə” mövzusuna həsr olunan panel iclasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış edib. O mövzu ilə bağlı fikirlərini bölüşüb, mövzu üzrə Azərbaycanın təcrübəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təhsil və gənclərlə bağlı fəaliyyəti haqda danışıb. Diqqətə çatdırıb ki, təhsil biliklə yanaşı həm də dəyərdır, cəmiyyətlərin formalaşdırılması, müxtəlif dinlərə, mədəniyyətlərə malik insanlar arasında körpülərin qurulması, sosial birliyin qorunması və qarşılıqlı hörmətin təşviqində mühüm rol oynayır.

Rəvan Həsənov vurğulayıb ki, müxtəlif dini və etnik icmaların bir arada yaşadığı  Azərbaycanda multikulturalizm xalqın mənəvi sərvəti, eyni zamanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu təhsildən başlayır. Azərbaycanın təcrübəsi göstərir ki, mədəniyyətlərarası və dinlərarası maarifləndirməyə əsaslanan təhsil ictimai harmoniyanı əhəmiyyətli dərəcədə gücləndirə bilər. Bu sahədə  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Mərkəz həm ölkə daxilində, həm də xaricdə tolerantlıq, birgəyaşayış kimi dəyərləri təbliğ edən təhsil proqramları hazırlayıb. Dünyanın 27-dən çox universitetində “Azərbaycan multikulturalizmi”, eyni zamanda Azərbaycanın bütün universitetlərində “Multikulturalizmə giriş” fənnləri tədris olunur. Bu proqram vasitəsilə tələbələr birgəyaşayışın real həyat modellərini araşdırır və inklüziv cəmiyyətlərin formalaşmasında din və ənənənin rolunu müzakirə edirlər. Mərkəz tərəfindən ildə iki dəfə Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəbləri təşkil olunur, Multikulturalizm Gənclər Forumu keçirilir.

O qeyd edib ki, Azərbaycanda olan bütün dini icmalar da – müsəlman, xristian, yəhudi və başqaları təhsil və mədəniyyət dialoquna öz töhfələrini verir. Onlar gənclər üçün düşərgələr, seminarlar və layihələr təşkil edir.

Rəvan Həsənov sonda bildirib ki, belə nüfuzlu beynəlxalq platformalarda Azərbaycanın davamlı iştirakı ölkənin multikulturalizm sahəsində qlobal səviyyədə nüfuzunun daha da möhkəmlənməsinə, həmçinin müxtəlif din və mədəniyyətlər arasında dialoqun təşviqinə mühüm töhfə verir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi gələcəkdə də bu kimi beynəlxalq tədbirlərdə fəal iştirakını, Azərbaycan multikulturalizm modelini beynəlxalq auditoriyalarda təqdim edilməsini və dünya ölkələri ilə əməkdaşlıq çərçivəsində yeni təşəbbüslərin irəli sürülməsini qarşıya məqsəd qoyub.

Məruzə maraqla qarşılanıb və mövzu ilə bağlı suallar cavablandırılıb.

Forum çərçivəsində nümayəndə heyəti Müsəlman Ağsaqqallar Şurasının sədrinin müşaviri Adama Dienq (2012-2020-ci illərdə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin müavini və Baş Katibin  Soyqırımın qarşısının alınması üzrə xüsusi müşaviri), Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq Komissiyasının komissarı Mohamed Elsanousi, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin sədri İbrahim Saleh Əl-Naimi, Özbəkistan Respublikasının Prezidentinin müşaviri Ruslanbek Davletov və Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilovla görüşüblər. Görüşlər zamanı Azərbaycan nümayəndə heyəti beynəlxalq tərəfdaşlarla dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, dini tolerantlıq və qarşılıqlı hörmətin təşviqi, radikalizm və ekstremizmə qarşı mübarizə, həssas icmaların müdafiəsi, İslam mədəni irsinin qorunması, eləcə də təhsil və elmi əməkdaşlıq istiqamətlərində fikir mübadiləsi aparıb. Tərəflər bu sahələrdə əməkdaşlıq imkanlarını dəyərləndirərək birgə layihələr və qarşılıqlı dəstək mexanizmləri barədə razılığa gəlib.

Qeyd edək ki, G20 Dinlərarası Dialoq Forumu G20 Sammitləri ərəfəsində keçirilən və bir neçə ildir davamlı fəaliyyət göstərən nüfuzlu dinlərarası qlobal platformadır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin G20 Sammitinin Dinlərarası Dialoq Forumunda iştirakı yeni əlaqələrin qurulması, gələcək layihələrin formalaşdırılması və Forum çərçivəsində müntəzəm əməkdaşlığın davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 12 Avqust 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri