Icma.az
close
up
RU
Azərbaycan Qahirədə keçirilən 12ci Ümumdünya Şəhərsalma Forumunda iştirak edir FOTOLAR KONKRET

Azərbaycan Qahirədə keçirilən 12ci Ümumdünya Şəhərsalma Forumunda iştirak edir FOTOLAR KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Misirin paytaxtı Qahirə şəhərində BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan 12-ci Ümumdünya Şəhərsalma Forumunda iştirak edir.

KONKRET.az xəbər verir ki, foruma həmçinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev və Azərbaycan Respublikası Prezident Administrasiyası, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Heydər Əliyev Fondundan nümayəndələr qatılıblar.

Forumda təşkil olunan Azərbaycanın milli pavilyonunda ölkənin işğaldan azad edilmiş ərazilərinin bərpasında, dayanıqlı şəhərsalma və mədəni irsin qorunması sahəsində əldə etdiyi nailiyyətlər nümayiş olunur. “Daha yaxşı yenidənqurma: Dayanıqlı və dinc şəhər inkişafında Azərbaycanın yolu” mövzusuna həsr olunan sərgidə dayanıqlı şəhərlərin yaradılması, iqlim təşəbbüslərinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və “Böyük Qayıdış” proqramının innovativ həll yollarından bəhs edən layihələr təqdim edilir. Təqdimatda diqqətçəkən əsas məqamlar arasında “Böyük Qayıdış” proqramı çərçivəsində torpaqların minalardan təmizlənərək, təhlükəsiz, dayanıqlı ərazilərə çevrilməsi, habelə həyata keçirilən sistemli və planlı şəhərsalma proseslərində mədəni irsin qorunması şərtilə innovasiyaların tətbiqi siyasəti yer alır.

Pavilyonda eyni zamanda Bakı şəhərinin 2026-cı ildə 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcəyi və qlobal şəhərsalma müzakirələrinin mərkəzinə çevriləcəyi elan edilir.

Qeyd edək ki, noyabrın 8-dək davam edəcək Forumda Azərbaycan nümayəndələri şəhərlərin inkişafı, innovasiyalar və iqlim dayanıqlılığı mövzularında keçiriləcək müzakirələrdə iştirak edərək, beynəlxalq ekspertlər və maraqlı tərəflərlə fikir mübadiləsi aparmaq imkanı qazanacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Noyabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri