Icma.az
close
up
RU
Azərbaycan nümayəndə heyəti Almatı: Türk Dünyası Gənclər Paytaxtı 2025 in açılış mərasimində iştirak edib

Azərbaycan nümayəndə heyəti Almatı: Türk Dünyası Gənclər Paytaxtı 2025 in açılış mərasimində iştirak edib

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qazaxıstanın Almatı şəhərində "Almatı: Türk Dünyası Gənclər Paytaxtı 2025"in açılış mərasimi baş tutub. Türk Dövlətləri Təşkilatı (TDT) Katibliyindən göndərilən dəvətə əsasən tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Qeyd edək ki, ötən il Azərbaycanın Lənkəran şəhəri "Türk dünyasının gənclər paytaxtı - 2024"ə ev sahibliyi edib. Qazaxıstanın cənub paytaxtı ilk dəfə olaraq "2025-ci il Türk dünyasının gənclər paytaxtı" statusuna layiq görülüb.

Açılış mərasimində Lənkəran şəhərinin nümayəndələri rəmzi açarı təntənəli şəkildə Almatı gənclərinə təhvil verib, bununla da qardaşlıq, etimad və yeni imkanlar estafetini davam etdiriblər.

Azərbaycan nümayəndə heyətindən tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Cəfərzadə, Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və bir qrup gənc iştirak ediblər.

Nümayəndə heyəti tərkibində iştirak edən "İlin Gənci" mükafatçısı, IX "Muğam" Televiziya Müsabiqəsinin finalçısı, gənc və istedadlı xanəndə Yusif Cəfərbəyli və onu müşayiət edən gənc milli musiqi ifaçıları tədbirin mədəni proqramında Azərbaycan milli musiqilərini, muğam sənətimizi layiqincə nümayiş etdiriblər. Onlar öz çıxışları zamanı "Sizə salam gətirmişəm" mahnısını, "Qarabağ şikəstəsi" zərbi muğamını və bir çox milli ruhlu musiqilərimizi təqdim edib.

Həmçinin, tədbirdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin, o cümlədən, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistan nümayəndələri gənclər siyasəti, sahibkarlıq, vətəndaş fəallığı və sosial təşəbbüslərin inkişafı sahəsində layihələrin həyata keçirilməsində təcrübələrini bölüşüblər.

ŞAHANƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Avqust 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri