Azərbaycan nümayəndə heyəti Brüsseldə dinlərarası konfransda iştirak edir FOTO
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Belçikanın Brüssel şəhərində "İslam dünyası 2025 Belçika krallığında və Avropada" dinlərarası beynəlxalq konfransı başlayıb.
APA xəbər verir ki, konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinə Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə rəhbərlik edir.
Konfrans çərçivəsində mart ayının 6-da Avropa İttifaqı Parlamentinin üzvü, Asiya ölkələri ilə qrupun rəhbəri, Belçikanın Səhiyyə Naziri Volter Beke ilə Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib, mədəniyyətlərarası, dinlərarası dialoqun vacibliyi, tolerantlılıq prinsipinə uyğun olaraq birgə yaşayışın aspektləri vurğulanıb.
Həmçinin Şeyxülislam Avropa parlamentinin deputat Volter Bekenin simasında bütün Avropa Parlamentinin deputatlarını işğaldan azad edilmiş ərazilərə dəvət edib, 30 il ərzində bu ərazilərdə ermənilər tərəfindən törədilmiş vandallıqları gəlib gözləri ilə görməyi tövsiyyə ebid.
Görüşdə həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Məclisin deputatları Cavanşir Paşazadə və Qüdrət Həsənquliyev çıxış ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 06 Mart 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















