Azərbaycan nümayəndə heyəti ilin sonunadək Ermənistana səfər edəcək
Icma.az, Modern.az saytına istinadən bildirir.
Azərbaycan və Ermənistan nümayəndələrinin “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində növbəti planlaşdırlan görüşü bir müddət əvvəl təxirə salınıb. Növbəti görüşün nə zaman keçiriləcəyi eləcə də görüşün harada baş tutacağı maraq doğurur.
Modern.az-a açıqlamasında “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru Fərhad Məmmədov bildirib ki, növbəti görüşün vaxtı və gündəliyi ilə bağlı hələlik konkretlik yoxdur.
O bildirib ki, "Sülh Körpüsü" çərçivəsində görüşlər keçirilməli idi. Lakin Ermənistanda Qarabağ diplomatlarının səfəri ilə bağlı verilən bəyanatlar vəziyyəti o həddə çatdırdı ki, növbəti səfəri təxirə salmaq qərarına gəldik.
"Bu, prosesin dayanması anlamına gəlmir. Növbə yenə Azərbaycan nümayəndə heyətinin Ermənistana getməsidir. Lakin səfərin tarixi və gündəliyi barədə hələlik müəyyənlik yoxdur. Bu ilin sonu və ya gələn ilin əvvəlində belə bir səfərin baş tutmasını istisna etmək olmaz” - deyə F. Məmmədov qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 20 Oktyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















