Icma.az
close
up
RU
AHİK nümayəndələri Cenevrədə BƏT rəsmiləri ilə görüşdü Fotolar

AHİK nümayəndələri Cenevrədə BƏT rəsmiləri ilə görüşdü Fotolar

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin fəaliyyəti üzrə bürosunun (ACTRAV) yeni təyin olunmuş direktoru Oliver Röpke və BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktor müavini Emanuele Julien ilə görüşlər keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşlər zamanı Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə əmək hüquqlarının müdafiəsinin Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri olduğunu deyib, həmkarlar ittifaqlarının bu istiqamətdə fəaliyyətindən bəhs edib.

AHİK ilə BƏT arasında formalaşmış qarşılıqlı faydalı əməkdaşlıqdan, bu əməkdaşlığın praktik və nəticəyönümlü xarakter daşıdığından söz açan Konfederasiya sədri BƏT-in işçi hüquqları ilə bağlı onu fundamental olmaqla altmış konvensiyasının Azərbaycan tərəfindən ratifikasiya edildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, cari ilin fevral ayında Azərbaycanda BƏT-in “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi ölkəmizdə beynəlxalq əmək standartlarına verilən diqqətin bariz nümunəsidir. Vurğulanıb ki, konvensiyadan irəli gələn öhdəliklərin icrası istehsalat xəsarətlərinin azalmasına və insan kapitalının qorunmasına mühüm töhfə verəcək.

Görüşlərdə həmçinin “2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrasından, BƏT ACTRAV-la əməkdaşlığın genişləndirilməsindən danışılıb, Azərbaycan həmkarlar ittifaqları sistemində aparılan islahatlar və tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verilib.

BƏT nümayəndələri AHİK ilə əməkdaşlığın səviyyəsindən məmnunluqlarını ifadə edib, əməyin mühafizəsi, layiqli əmək şəraitinin yaradılması, ittifaq üzvlərinin maarifləndirilməsi və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən birgə layihələrin əhəmiyyətini qeyd ediblər.

Həmçinin Azərbaycanda həyata keçirilən sosial siyasət, əmək münasibətlərinin tənzimlənməsi mexanizmləri və sosial tərəfdaşlığın inkişafı yüksək qiymətləndirilib, həmkarlar ittifaqları sistemində aparılan islahatlar müsbət dəyərləndirilib.

Görüşlərdə əməkdaşlığın perspektivləri də müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Mart 2026 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri