Icma.az
close
up
RU
“Azərbaycan Ordusuna əsgərləri haradan tapacağıq?” Həyəcan təbili KONKRET

“Azərbaycan Ordusuna əsgərləri haradan tapacağıq?” Həyəcan təbili KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Bu ilin ilk 6 ayında Azərbaycanda 19 mindən çox nikah qeydə alınıb. Ötən ilin eyni dövründə isə bu göstərici 25 minə yaxın olub. Beləliklə, nikahların sayında 22 faizdən çox azalma qeydə alınıb. Eyni zamanda, doğulan uşaqların sayı da 11 faiz azalıb. Ekspertlər hesab edirlər ki, burada əsas məqam boşanmaların artması deyil, nikaha daxil olanların sayının azalmasıdır.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan sosioloq Mail Yaqub deyib ki, Azərbaycanda xüsusilə böyük şəhərlərdə yaşayan gənclərin ailə qurması ilə bağlı ciddi problemlər var:

“Əsas səbəblərdən biri isə mənzil və toy xərclərinin həddindən artıq yüksək olmasıdır. Nikahların sayının azalması və bir il ərzində doğulan uşaqların sayının 11 faiz azalması nə deməkdir? Bu, gələcəkdə əhalinin azalması ilə bağlı ciddi risklərin olduğunu göstərir. Bu azalma bizim üçün iqtisadi baxımdan da mənfi nəticələr yarada bilər. Biz gələcəkdə işçi qüvvəsini haradan gətirəcəyik? Azərbaycan Ordusunda xidmət edəcək gəncləri haradan tapacağıq? Mütəxəssislərimizi, mühəndislərimizi necə təmin edəcəyik?

Gənc ailələrə dövlət tərəfindən güzəştli mənzillərin verilməsi prosesi sürətləndirilməlidir. Şərtlər elə olmalıdır ki, gənclər onu qarşılaya bilsinlər. Mənzillər bahalaşıb, mövcud ipoteka məbləğləri isə gənclərin çoxunun gəlirinə uyğun deyil”.

M.Yaqubunun fikrincə, digər məsələ sadə və dəbdəbəsiz toyların təşviq edilməsidir:

“Məsələn, filmlər və seriallar vasitəsilə sadə toy mədəniyyəti təbliğ oluna bilər. Biz toy mərasimlərini o qədər bahalı və dəbdəbəli hala gətirmişik ki, hətta gəliri aşağı olan ailələr belə özlərini imkanlı ailələr kimi göstərməyə çalışırlar. Gənclər də bunun psixoloji təzyiqini hiss edirlər və sadə toy etməkdən çəkinirlər”.

Sosioloqun sözlərinə görə, boşanmaların artması da gənclərdə müəyyən qorxu yaradır:

“Gənclər düşünürlər ki, ailə quracağıq, bir neçə ildən sonra boşanacağıq. Bu məsələdə sosial şəbəkələrin təsiri də araşdırılmalıdır. Sosial şəbəkələrdə ailə münasibətlərinə mənfi təsir göstərən, ailə dəyərlərini zəiflədən və bəzən də boşanmanı təşviq edən məzmunların yayılmasının qarşısının alınması istiqamətində müəyyən tədbirlər görülməlidir”.

Mail Yaqub işsizliyin də ailə qurmağa mane olduğunu vurğulayıb:

“İş adamlarının qarşısındakı süni və əsassız əngəllər aradan qaldırılmalıdır ki, yeni müəssisələr və yeni iş yerləri yaradılsın. Gənclər işləməli, gəlir əldə etməli və öz gələcəklərini təmin edə bilməlidirlər. Maddi təminatı olmayan gənc necə ailə qursun? Bu gün gənclərin ailə qurmasının qarşısındakı əsas problemlərdən biri də məhz budur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Sentyabr 2026 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see433

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see351

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see319

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see317

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see306

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see305

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see305

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see298

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see287

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see278

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see277

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see266

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see262

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see256

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see256

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see247

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see247

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see244

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri