Icma.az
close
up
RU
Azərbaycan Ordusunda müxtəlif bölmələrin taktikixüsusi təlimləri keçirilib VİDEO

Azərbaycan Ordusunda müxtəlif bölmələrin taktikixüsusi təlimləri keçirilib VİDEO

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, "Həyəcan" siqnalı ilə qaldırılan bölmələr təlim rayonlarına çıxarılaraq qarşıya qoyulan tapşırıqları dəqiqləşdirib, döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətləri icra ediblər.
Şərti düşmənin döyüş mövqeləri və strateji obyektləri müxtəlif çaplı artilleriya qurğularından sərrast atəşlə məhv edilib. Həmçinin düşmənin təxribat-diversiya fəaliyyətinin qarşısının alınması məqsədilə çətin relyefli, dağlıq və meşəlik ərazilərdə döyüş tapşırıqları icra olunub.
Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki-xüsusi təlimlərdə bölmələr yüksək peşəkarlıq nümayiş etdirib.

seeBaxış sayı:69
embedMənbə:https://operativmedia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri