Icma.az
close
up
RU
Azərbaycanda 1100 dən çox tələbə universitetdən XARİC edildi ÖZƏL/RƏSMİ

Azərbaycanda 1100 dən çox tələbə universitetdən XARİC edildi ÖZƏL/RƏSMİ

Icma.az, Bizim media saytına istinadən bildirir.

Ali təhsil müəssisələrində tələbələr bəzi hallarda universitetdən xaric edilə bilirlər. Bu, həm onların öz istəklərindən, həm də müvafiq qaydalara əməl etmədiklərindən baş verə bilər.
Bizim.Media bəzi universitetlərdə ötən tədris ilində xaric olunan tələbələrin sayını və səbəblərini öyrənib.
Azərbaycan Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev sorğumuza cavab olaraq bildirib ki, 2024-2025-ci tədris ilində ADPU-da ümumilikdə 164 nəfər universitetdən xaric edilib:
Bəs səbəb nə olub?
“139 nəfər öz istəyi ilə, 1 nəfər nizam- intizamı pozduğuna, 4 nəfər isə başqa ali təhsil müəssisəsinə köçürüldüyünə görə universitetdən xaric edilib”.
Azərbaycan Memarlıq və İnşaat Universitetində ötən il 173 tələbə universitetdən uzaqlaşdırılıb.
Bu barədə ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev sorğumuza cavab olaraq bildirib:
“Tələbənin universitetdən uzaqlaşdırılması Təhsil haqqında qanuna əsasən tənzimlənir. Əgər ödənişli təhsil alan tələbə təhsilhaqqını uzun müddət ödəməsə, dərslərdə iştirak etməsə, tələbə ilə universitetin münasibəti kəsilir, ancaq bu, bərpa oluna bilər.
 

Digər bir səbəb isə tələbənin şəxsi istəyinə görə universitetdən xaric olunmaq üçün  ərizə yazmasıdır. Həmçinin o əgər cinayət məsuliyyətinə cəlb olunarsa,  təhsil müəssisəsində onun iştirakı təhlükəli hesab olunarsa, universitetdən xaric edilir.  Sevindirici haldır ki, 2024-2025-ci tədris ilində  AZMİU-da cinayət məsuliyyətinə cəlb olunan tələbə olmayıb. Ancaq digər hallarda, 173 tələbə öz xahişi ilə və ya təhsil haqqını ödəmədiyinə görə universitetdən uzaqlaşdırılıb”.


Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova isə qeyd edib ki, ötən il ATU-dan uzaqlaşdırılanlar yalnız xarici tələbələr olub.
“Onların hər biri isə öz istəkləri ilə uzaqlaşdırılıblar”, - deyə Günel Aslanova bildirib.
2025-ci ildə Xəzər Universitetində ümumilikdə 45 tələbə xaric edilib.
Universitetin mətbuat xidmətinin rəhbəri Əlövsət Əmirbəyli bildirib ki, onlardan 27-si bakalavr, 18- isə magistr tələbəsi olub və hamısı öz ərizələrinə müvafiq olaraq xaric edilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin  ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Elnarə Məmmədova bildirib ki, 2024-də 913, 2025-də 723 tələbənin xaricolunma əmri verilib.
Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərovanın sözlərinə görə isə ötən semestr AZTU-dan xaric olunan tələbə olmayıb.  
Nəzrin Mirzəyeva, Bizim.Media 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:361
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Yanvar 2026 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri